Yeni qaydalarda 5 yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruriliyi xüsusi qeyd olunur » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Yeni qaydalarda 5 yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruriliyi xüsusi qeyd olunur
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Yeni qaydalarda 5 yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruriliyi xüsusi qeyd olunur

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Yeni qaydalarda 5 yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruriliyi xüsusi qeyd olunur
 
 
Müəllif: Carchi | 19 Yanvar 2010 | 15087 dəfə oxunub
http://zeka.az/275-yeni-qaydalarda-5-yaeld-ueaqlar-gggn-mjktjbj-hazdrldq-zjruriliyi-xgsusi-qeyd-olunur.html

Yeni qaydalarda 5 yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruriliyi xüsusi qeyd olunur

Nazirlər Kabineti "Məktəbə hazırlığın təşkili qaydaları"nı təsdiq edib.

Lent.az-ın məlumatına görə, Baş nazir Artur Rasizadənin yanvarın 8-də təsdiq etdiyi qərara əsasan, "Təhsil haqqında" qanuna uyğun hazırlan bu qaydalar məktəbə hazırlığın təşkili məsələlərini tənzimləyir. Sənədə əsasan, 5 yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruri hesab olunur. Lakin məktəbəqədər yaşlı uşağın təhsili onun inkişafının süni surətdə tezləşməsinə deyil, zənginləşdirilməsinə istiqamətləndirilməlidir. Məktəbəqədər təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 5 yaşdan 6 yaşadək uşaqları əhatə edir və mülkiyyət formasından asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrində ehtiyac olduğu halda, 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq qrupları təşkil olunmalıdır.

Qaydalara əsasən, 5 yaşlıların məktəbə hazırlığı "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim Proqramı" əsasında (məktəbəqədər təhsil üzrə kurikulum) həyata keçirilir. Eyni zamanda yeni alternativ proqramlardan da istifadə oluna bilər. Məktəbəqədər təhsil müəssisələrində uşaqların fiziki, əqli və psixoloji cəhətdən məktəbə hazırlığını müəyyənləşdirmək məqsədi ilə onların diaqnostikası həyata keçirilməlidir.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.