Dəfn ilə əlaqədar müstəhəb işlər » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2018-ci il, iyunun 23-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əhkam » Dəfn ilə əlaqədar müstəhəb işlər
 
 » Din » Əhkam » Dəfn ilə əlaqədar müstəhəb işlər

     
 
Din » Əhkam: Dəfn ilə əlaqədar müstəhəb işlər
 
 
Müəllif: Kerbalayi_Rovshan | 19 Oktyabr 2016 | 876 dəfə oxunub
http://zeka.az/2753-djfn-ilj-jlaqjdar-mgstjhjb-ieljr.html

Dəfn ilə əlaqədar müstəhəb işlər

         Məsələ 772. Fəqihlər (Allah onlardan razı olsun!) rəcaən riayət edilməsi bəyənilən bir sıra işləri meyitin dəfni əsnasında, dəfndən öncə və sonra müstəhəb işlər kimi təqdim edirlər. O cümlədən:

         1) Qəbrin ortaboylu insan boyuna bərabər ölçüdə, yaxud onun çiyninin üst tərəfinədək qazılması.

         2) Yumşaq torpaqda qəbrin ortasında çay yatağına bənzər bir çuxurun qazılması və cəsədin oraya yerləşdirilməsi, sonra üzərinə ləhəd daşları qoymaqla tavan düzəldilməsi, ardınca qəbrin torpaqla doldurulması; bərk torpaqda (sərt yerdə) isə qəbir üçün onun qiblə tərəfində bir ləhədin qoyulması, qəbrin en və uzunluğunun cəsədin içinə sığa biləcəyi qədər geniş və içində oturula biləcək qədər dərin qazılması, sonra cəsədin onun içinə qoyulması və ləhəd daşlarının qəbirin qiblə tərəfindəki divara yerləşdirilməsi və daha sonra qəbrin torpaqla doldurulması.

         3) Meyitin ən yaxın qəbiristanlıqda dəfn edilməsi. Uzaqdakı qəbiristanlığın hər hansı bir cəhətdən, məsələn, orada yaxşı insanların dəfn edilməsi, yaxud insanların mərhumlara fatihə oxumaq üçün daha çox ziyarət etdiyi bir qəbiristanlıq olması və ya müqəddəs ziyarətgahlardan olması kimi səbəblərlə əlaqədar olaraq daha üstün olduğu hallar istisnadır.

         4)  Qohumların bir-birinə yaxın dəfn edilməsi.

         5) Cənazənin qəbrə bir neçə qulac məsafədə yerə qoyulması, üç dəfə az-az qəbrə yaxınlaşdırılması, bu üç dəfənin hər birində qaldırılaraq yenidən yerə qoyulması və dördüncü dəfə qəbrin içinə qoyulması. Bunun hikmətlərindən biri də ölünün özünü qəbrə daxil olmaq üçün hazırlamasıdır.

         6) Cənazə kişi olduğu təqdirdə onun üçüncü başı qəbrin ayaq tərəfinə düşəcək şəkildə yerə qoyulması və dördüncü baş tərəfindən (cəsədin) qəbrə daxil edilməsi, qadın olduğu təqdirdə isə üçüncü dəfə qəbrin qiblə tərəfində yerə qoyulması və qəbirə eninə daxil edilməsi.

         7) Cənazənin aram şəkildə tabutdan götürülməsi və təmkinlə, astaca qəbirə qoyulması.

         8) Cənazə qadın olduğu təqdirdə qəbrə daxil edilərkən qəbirin üzərinə bir parça tutmaq.

         9) Cənazə qadın olduğu təqdirdə nəşini ona məhrəm olan bir şəxsin qəbirə daxil etməsi, bir məhrəm tapılmadıqda isə qohumlarının onu qəbirə qoyması.

         10) Cənazəni qəbirə qoyan şəxsin təharətli, başıaçıq və ayaqyalın olması, qəbirdən meyitin ayağı qoyulan tərəfdən çıxması.

         11) Cənazəni ləhədə qoyduqdan sonra kəfənin düyünlərinin açılması. Daha yaxşı olar ki, kəfənin bağı öncə baş tərəfindən açılsın.

         12) Meyitin yalnız üzünü kəfəndən çıxarmaq, yanağını torpağa dayamaq və başının altında torpaqdan balış düzəltmək.

         13) Meyitin kürəyinə arxası üstə yıxılmasın deyə çiy kərpic, yaxud kəsək qoymaq.

         14) Həzrət Hüseynin (ə) türbətindən bir kərpic həcminə bərabər miqdarda torpağı meyitin bədəninin ön tərəfinə müqabil olan qəbirin qabaq hissəsinə cəsəd çürüdükdə ona toxunmayacaq şəkildə tökmək. Həzrət Hüseynin (ə) türbətindən az miqdarda olsa belə, qəbirin içinə tökülməsi bəyənilən əməldir.

         15) Meyitin üzərinə torpaq tökülməsin deyə ləhədi kərpic, daş, yaxud bu qəbildən olan şeylərlə örtmək. Daha yaxşı olar ki, daşları, yaxud kərpiclər meyitin baş tərəfindən başlanılaraq düzülsün. Əgər kərpic palçıqla bərkidilərsə, daha yaxşıdır.

         16) Cənazənin yaxın qohumları istisna olmaqla dəfn mərasimində iştirak edən digər şəxslərin əllərinin üstü ilə qəbirə torpaq tökərək: “İnna lillahi və inna ileyhi raciun”, - deməsi.

         17) Qəbirin dördkünc qazılması və yerdən dörd açıq, yaxud bağlı barmaq ölçüsündə hündür edilməsi.

         18) Qəbirin üstünün enli və hamar vəziyyətdə düzəldilməsi.

         19) Başqa bir şəxslə səhv düşməməsi üçün ölünün adının qəbirin yuxarı tərəfinə yazılması, yaxud bir lövhə və ya daşın üzərinə yazılması və onun cənazənin baş tərəfinə yerləşdirilməsi.

         20) Qəbri dağılmasın deyə möhkəm düzəltmək.

         21) Hədis kitablarında dəfndən öncə, dəfn əsnasında və qəbir görərkən oxunulması üçün nəql olunan duaları oxumaq. Bu dualara müfəssəl kitablarda yer verilmişdir. Onlardan biri də dəfn zamanı meyitə təlqin şəklində oxunan duadır. Həmin dua belədir:

         Ləhədin üstünü örtməzdən öncə bir şəxs sağ əlini meyitin sağ çiyninə vursun, sol əlini də qüvvətlə meyitin sol çiyninə qoysun, ağzını onun qulağına yaxınlaşdırsın və onu möhkəm şəkildə silkələyərək üç dəfə desin:[1]

         “İsmə, ifhəm (isməi, ifhəmi) ya fulanəbnə fulan (ya fulanə bintə fulan)”. “Fulanəbnə fulan”, yaxud “fulanə bintə fulan” sözlərinin yerinə mərhumun və atasının adlarını çəksin. Məsələn, əgər onun adı Məhəmməd, atasının adı isə Əlidirsə, üç dəfə: “İsmə, ifhəm, ya Muhəmmədəbnə Əli!”,ölünün öz adı Fatimə, atasının adı Əli olduğu təqdirdə isə: “İsməi, ifhəmi, ya Fatimə bintə Əli!” – desin. Sonra desin:“Həl əntə (ənti) ələl-əhdilləzi farəqtəna (farəqtina) əleyhi min şəhadəti ən la ilahə illəllahu, vəhdəhu la şərikə ləh, və ənnə Muhəmmədən səlləllahu əleyhi və alihi əbduhu və rəsuluhu və seyyidun-nəbiyyinə və xatəmul-mursəlin, və ənnə Əliyyən Əmirul-mumininə və seyyidul-vəsiyyinə, və iamun iftərəzallahu taətəhu ələl-aləmin, və ənnəl-Həsənə vəl-Huseynə və Əliyyəbnəl-Huseyni və Muhəmmədəbnə Əliyyin və Cəfərəbnə Muhəmmədin və Musəbnə Cəfərin və Əliyyəbnə Musa və Muhəmmədəbnə Əliyyin və Əliyyəbnə Muhəmmədin vəl-Həsənəbnə Əliyyin vəl-Qaiməl-Huccətəl-Məhdi sələvatullahi əleyhim əimmətul-mumininə və hucəcullahi ələl-xəlqi əcməinə, və əimmətukə (əimmətuki) əimmətu huda əbrarun. Ya fulanəbnə fulan (fulanə bintə fulan)”. “Fulanəbnə fulan”, yaxud “fulanə bintə fulan” sözlərinin yerinə mərhumun və atasının adlarını çəksin və sonra desin:“İza ətakə (ətaki) əl-mələkanil-muqərrəbani rəsuleyni min indillahi təbarəkə və təala, səələkə (səələki) ən rəbbikə (rəbbiki) və ən nəbiyyikə (nəbiyyiki) və ən dinikə (diniki) və ən kitabikə (kitabiki) və ən qiblətikə (qiblətiki) və ən əimmətikə (əimmətiki), fəla təxəf və la təhzən (fəla təxafi və la təhzəni) və qul (və quli) fi cəvabihima: Allahu rəbbi, və Muhəmmədun səlləllahu əleyhi və alihi və səlləmə nəbiyyi, vəl-islamu dini, vəl-Quranu kitabi, vəl-Kəbətu qibləti, və Əmirul-mumininə Əliyyubnu Əbi Talibin imami, vəl-Həsənubnu Əliyyinil-Muctəba imami, vəl-Huseynubnu Əliyyiniş-şəhidi bikərbəla imami, və Əliyyun Zeynul-abidinə imami, və Muhəmmədunil-Baqiru imami, və Cəfərunis-Sadiqu imami, və Musəbnəl-Kazimu imami, və Əliyyunir-Riza imami, və Muhəmmədunil-Cəvadu imami, və Əliyyunil-Hadi imami, vəl-Həsənul-Əskəriyyu imami, vəl-Huccətul-Muntəzəru imami, haulai sələvatullahi əleyhim əimməti və sadəti və qadəti və şufəai, bihim ətəvəlla və min ədaihim ətəbərrəu fid-dunya vəl-axirəti. Summə iləm (iləmi) ya fulanəbnə fulan (ya fulanə bintə fulan)”. Burada da “fulanəbnə fulan”, yaxud “fulanə bintə fulan” sözlərinin yerinə mərhumun və atasının adlarını çəksin və ardınca desin: “Ənnəllahə təbarəkə və təala nimər-rəbbu, və ənnə Muhəmmədən səlləllahu əleyhi və alihi və səlləmə nimər-rəsulu, və ənnə Əliyyəbnə Əbi Talibin və əvladəhul-məsuminə əl-əimmətəl-isna əşərə niməl-əimmətu, və ənnə ma caə bihi Muhəmmədun səlləllahu əleyhi və alihi və səlləmə həqqun, və ənnəl-məvtə həqqun, və sualə Munkərin və Nəkirin fil-qəbri həqqun, vəl-bəsə həqqun, vən-nuşurə həqqun, vəs-siratə həqqun, vəl-mizanə həqqun, və tətayurəl-kutubi həqqun, və ənnəl-cənnətə həqqun, vən-narə həqqun, və ənnəs-saətə atiyətun la reybə fiha və ənnəllahə yəbəsu mən fil-qubur”. Sonra desin: “Əfəhimtə ya fulanu (əfəhimti ya fulanətu)”. “Fulanu”, yaxud “fulanətu” sözlərinin yerinə mərhumun adını çəksin. Daha sonra desin: “Səbbətəkəllahu (səbbətəkillahu) bil-qəvlis-sabiti və hədakəllahu (hədakillahu) əla siratin mustəqim. Ərrəfəllahu beynəkə (beynəki) və beynə əvliyaikə (əvliyaiki) fi mustəqərrin min rəhmətih”. Sonra belə dua etsin: “Allahummə cafil-ərzə ən cənbeyhi(cənbeyha) vəsəd biruhihi (biruhiha) ileykə və ləqqihi (ləqqiha) minkə burhanən. Allahummə əfvəkə əfvəkə”.

         Əgər mərhumun ana dili ərəb dili deyilsə, daha yaxşı olar ki, ərəbcə təlqindən sonra bu sözlər bir dəfə də ona öz dilində təlqin edilsin.

         22) Cənazənin dəfnindən sonra qəbirin üzərinə su tökmək. Daha yaxşı olar ki, su tökən şəxs üzü qibləyə dursun, suyu meyitin baş tərəfindən başlayaraq qəbrin ayaqların altına düşən hissəsinədək, sonra əks istiqamətdə meyitin başınadək səpsin və qalan suyu qəbrin orta hissəsinə töksün. Qəbirin üstünə qırx gün boyunca gündə bir dəfə su tökmək müstəhəbdir.

         23) Su səpdikdən sonra dəfndə iştirak edənlərin əllərini qəbrin üzərinə qoysunlar, daha yaxşı olar ki, üzü qibləyə doğru və cənazənin baş tərəfində dursunlar, barmaqlarını bir-birindən aralayaraq torpağa batırsınlar, yeddi dəfə “Qədr” surəsini oxuyaraq mərhum üçün Allahdan əfv diləsinlər və bu duanı oxusunlar: “Allahummə cafil-ərzə ən cənbeyhi (cənbeyha) və əsid ileykə ruhəhu (ruhəha) və ləqqihi (ləqqiha) minkə rizvanən, və əskin qəbrəhu (qəbrəha) min rəhmətikə ma tuğnihi (tuğniha) bihi ən rəhməti mən sivakə”. Yaxud belə dua etsinlər: “Allahummərhəm ğurbətəhu (ğurbətəha) və sil vəhdətəhu (vəhdətəha) və anis vəhşətəhu (vəhşətəha) və amin rəvətəhu (rəvətəha) və əfiz əleyhi (əleyha) min rəhmətikə və əskin  ileyhi (ileyha) min bərdi əfvikə və səəti ğufranikə və rəhmətikə ma yəstəğni biha ən rəhməti mən sivakə vəhşurhu (vəhşurha) məə mən kanə yətəvvəllahu (yətəvəllaha)”.

         Qeyd etmək lazımdır ki, bu göstəriş yalnız dəfn zamanına xas deyil, insanın hər dəfə bir möminin qəbrini ziyarət etdikdə yeddi dəfə Qədr surəsini oxuyaraq onun üçün bağışlanma diləməsi və qeyd edilən duanı oxuması müstəhəbdir.

         24) Qırx, yaxud əlli nəfərin mərhumun yaxşı insan olduğunu: “Allahummə inna la nələmu minhu (minha) illa xeyrən və əntə ələmu bihi (biha) minna” (Allahım, biz ondan xeyirdən başqa bir şey görmədik, hərçənd Sən onu bizdən daha yaxşı tanıyırsan!)” – sözləri ilə iqrar etməsi.

         25) Təlqin üç məqamda müstəhəbdir:

         a) canvermə əsnasında;

         b) meyit qəbirə qoyulduqdan sonra;

         c) qəbir torpaqla doldurulduqdan və dəfn mərasimində iştirak edənlər dağılışdıqdan sonra. Sonuncu təlqinin qaydası belədir:

         Dəfn mərasimində iştirak edənlər dağılışdıqdan sonra müstəhəbdir ki, meyitin vəlisi, yaxud vəlisi tərəfindən icazə verilmiş bir şəxs dəfn əsnasında oxunan təlqin duasını mərhumun qəbri üstündə bir daha oxusun. Həmçinin, müstəhəbdir ki, təlqin zamanı üzünü qibləyə tutsun, qəbrin yuxarı tərəfində mərhumun başına yaxın bir yerdə otursun. Müstəhəbdir ki, təlqini oxuyan şəxs ağzını qəbrə yaxınlaşdırsın,iki ovucu ilə qəbirdən tutsun və təlqini uca səslə oxusun.

         Hədislərdə qeyd edilir ki, dəfndən sonra oxunan bu təlqin Nəkir və Münkərin ölüdən qəbir suallarını soruşmamasına və onu sıxmamasına səbəb olur.

         26) Müstəhəbdir ki, mömin sağlamlıq vəziyyətindən asılı olmayaraq qəbirini sağ ikən hazırlasın, içinə girərək orada Quran oxusun. Həmçinin, möminin cənazəsinin dəfn edilməsi üçün torpaq sahəsinin bağışlanması da müstəhəbdir.

         27) Ölü üçün dəfninin ilk gecəsi sədəqə verilsin.

         28) Ölü üçün “vəhşət namazı”, yaxud “qəbrin ilk gecəsinin namazı” kimi də adlandırılan“leylət əd-dəfn” (dəfn gecəsi) namazı qılınsın. Bu namazın qılınma qaydası müstəhəb namazlar mövzusunda, 1842-ci məsələdə izah ediləcəkdir.

         Rəcaən (savab ümidi ilə) çəkinmək tələb olunan və daha müfəssəl kitablarda şərh edilən bir sıra işlər də meyitin dəfni əsnasında məkruh sayılır.

Məlumatdan istifadə etdikdə www.zeka.az saytına istinad zəruridir!  



[1]Cənazə qadın olduğu təqdirdə mötərizədən öncəki sözlərin yerinə mötərizə daxilindəki sözlər deyilməlidir.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
Saytda şərhlərin baxdı 30 Dərc olunan gündən.
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 6
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.