20 Yanvar faciəsinə həsr olunmuş marka buraxılıb » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » 20 Yanvar faciəsinə həsr olunmuş marka buraxılıb
 
 » Xəbərlər » Həftə içi xəbərlər » 20 Yanvar faciəsinə həsr olunmuş marka buraxılıb

     
 
Xəbərlər » Həftə içi xəbərlər: 20 Yanvar faciəsinə həsr olunmuş marka buraxılıb
 
 
Müəllif: Carchi | 20 Yanvar 2010 | 12403 dəfə oxunub
http://zeka.az/278-20-yanvar-facijsinj-hjsr-olunmue-marka-buraxdldb.html

20 Yanvar faciəsinə həsr olunmuş marka buraxılıb

20 minlik ümumi tirajla çap olunub

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti dövriyyəyə 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş poçt markası buraxıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, 20 minlik ümumi tirajla çap olunmuş markanın nominal dəyərini 1 manat təşkil edir.

Yanvar ayının 20-si Azərbaycanda ümumxalq matəm günü kimi qeyd olunur. 1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə sovet qoşunları heç bir xəbərdarlıq etmədən  Bakı şəhərinə daxil olaraq dinc əhalini qətlə yetirib. Həmin gecə günahsız insanlara amansızlıqla zorakılıq törədilib, yüzlərlə dinc əhali öldürülüb və itkin düşüb.

20 Yanvar Azərbaycan xalqının yenilməzliyini, ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə əzmini nümayiş etdirən Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 10
Robot: 4
Qonaq: 6
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.