Nizami Gəncəvi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Nizami Gəncəvi
 
 » Elm və mədəniyyət » Dahilər » Nizami Gəncəvi

     
 
Elm və mədəniyyət » Dahilər: Nizami Gəncəvi
 
 
Müəllif: elsen | 21 Yanvar 2010 | 13672 dəfə oxunub
http://zeka.az/279-nizami-gjncjvi.html

Nizami Gəncəvi

         Azərbaycan ən qədim zamanlardan dünya mədəniyyətinin inkişafında özünə məxsus izlər buraxmışdır. Bu torpaq böyük alim, şair və dini xadimlər yetişdirib cəmiyyətə təhvil vermişdir. Bu dahilər öz yazdığı əsərləri ilə dünya kitabxanalarını bəzəyib zənginləşdirib böyük şöhrət qazanmışlar. Belə şəxsiyyətlərdən biri də 1141-ci ildə Gəncə şəhərində dünyaya göz açan Əbu Məhəmməd İlyas Yusif oğlu Nizami Gəncəvidir. XII əsrdə yaşayan Nizami Gəncəvi Azərbaycanın böyük şairi olan Xaqani Şirvaninin (1120-1194) müasiri olub, Şirvanşah Axsitan və Atabəylər dövründə yaşayıb yaratmışdır. Ömrünün bütün hissəsini Gəncədə keçirən bu şair 1209-cu ildə Gəncədə dünyasını dəyişmiş və burada da torpağa tapşırılmışdır.

        Nizami yazdığı “Xəmsə”si ilə özünə dünya şöhrəti qazanmış və hətta bu əsər sonrakı şairlər üçün bir nümunə olmuşdur. “Xəmsə” beş poemadan ibarətdir: “Sirlər xəzinəsi” , “Xosrov və Şirin” , “Leyli və Məcnun”,  “Yeddi gözəl” və  “İskəndərnamə”. “Xəmsə” poemasını diqqətlə mütaliə etdikdən sonra şairin bütün elmlərə yiyələnməsinin və tam şəkildə mənimsəməsinin şahidi oluruq. Onun əsərlərində riyaziyyat, astronomiya, fəlsəfə, tibb, əxlaq elmləri, o cümlədən İlahiyyat və İslamşünaslıq mühüm yer tutur. Nizami hər bir əsərini Allahın adı ilə başlayaraq öz xalis bəndəliyini göstərmişdir:

O kəsin adı ilə ki, varlıq ondan ad alıb

Fələk hərəkəti, Yer sükunəti ondan alıb

                                       (Xosrov və Şirin)

Ey adı ən yaxşı başlanğıc olan

Adın olmadan kitabı necə başlaram?

        Nizami hər hansı bir işin Allahın adı olmadan başlanmasını mümkün saymır və onun müqəddəs sifətlərini inkar edən şəxsləri kafir sanaraq belə yazır:

Onun sifətlərini inkar etmə, kafir olarsan

Ona cəhət vermə cahil olarsan

                                          (Sirlər xəzinəsi)

      Ümumiyyətlə, Nizami bütün əsərlərində Tanrının sübutiyyə və səlbiyyə sifətlərini sadalayır və Onun cisim, yaxud gözlə görünməsinin mümkün olmadığını belə açıqlayır:

Məbudu görmək (Ona) yaraşan iş deyil

Onu görmək gözün görməsi deyil

                                        (Sirlər xəzinəsi)

Yer sənin fərmanınla sükunət tapıb

Yaşıl qübbəni sütunsuz sən saxlamısan

Asimanın sirr pərdəsində

(Allah) bizim gözlərimizdən gizli bir sirdir.

                                          (Sirlər Xəzinəsi)

      Nizami Həzrət Peyğəmbərə eşqinin sonsuz olduğunu göstərərək belə yazır:

Ey Mürsəl Peyğəmbərlərin axırıncısı

Əvvəlin duzu, axırın halvası

                                (Leyli və Məcnun)

Səndə əbədi bir bağın gülü var

Çünki, üstündə Məhəmməd adının möhrü var.

                                                     (Yeddi Gözəl)

      Nizami peyğəmbərdən sonra xilafətin qəsb olunmasından şikayətlənərək Peyğəmbərə (s) belə xitab edir:

Sənin türbətin vilayətə bir ətir tapşırdı

(Lakin) Nifaq yeli gəldi, o ətri apardı

Bu (hökmranlıq) təxtindən rahatlananları geri çək

Bu minbəri çirkləndirənlərdən yuyub təmizlə.

                                                        (Sirlər Xəzinəsi)

       Nizami Qiyamətə də inanıb, etiqad edərək xalqını da bu dəhşətli günün əzabından qorxudaraq yalnız insanların xilasını dində görür:

Din hərəminin himayəsinə qaç ki,

Qiyamətin keşməkeşmələrindən nicat tapacan

                                                   (Sirlər Xəzinəsi)

       Nizami ümumiyyətlə, Qurana da dərindən yiyələnmiş və ayrı-ayrı şerlərində ayələri nəzmə çəkmişdir. Özünün Tanrı ilə raz-niyaz etməsini, Qədr gecəsinin fəzilətli olduğunu da əsərlərində əks etdirmişdir.

Sən demisən ki, hər kəs əzab-əziyyətdə olarkən

Dua etsə, mən onu müstəcab edərəm.

                                             (Mömün surəsi ayə 40

Bu gecə sənin Qədr gecəndir, tələs

Öz Qədr gecənin qədrini tap.

                               (Leyli və Məcnun)

      Beləliklə, Azərbaycanın böyük şairi Nizami Gəncəvi şerlərində öz fikir və ideyalarını insanlara layiqincə çatdıraraq, müsalmanları dinə vurulan zərbələrdən agah olmaq üçün belə yazır:

Bir tərəfdə dinə yarıq açırlar

Digər tərəfdən pusqu qururlar.

                          (Sirlər Xəzinəsi)

Kərbəlayi Elşən

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 6)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.