Allah bilən məsləhətdir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Lətifələr » Allah bilən məsləhətdir
 
 » İstirahət » Lətifələr » Allah bilən məsləhətdir

     
 
İstirahət » Lətifələr: Allah bilən məsləhətdir
 
 
Müəllif: Admin | 31 İyul 2009 | 13205 dəfə oxunub
http://zeka.az/28-allah-bi601ln-m601sl601h601tdir.html

 

 

Allah bilən məsləhətdir

 

Tarixdə “Bəhlul Danəndə” kimi özünə yer almış böyük şəxsiyyətlərdən biri də Vəhəb olmuşdur. İslam dünyasında, o cümlədən bizim vətənimizdə o şəxsiyyətlə bağlı ibrətamiz hekayələr mövcuddur. Yaşadığı dövrdə avam xalq arasında  Məcnun  (dəli)  kimi tanınsa da onun həyatını araşdıranlar  onun dəli yox, dövrünün ən savadlı və ağıllısı olduğunu isbat etmişlər. Dini mətnlərdə də onun altıncı İmam Cəfər Sadiq (ə) – ın tələbəsi olduğunu və müəyyən məsləhətlər üzərindən özünü dəliliyə vurduğunu qeyd etmişlər. Bu dəfə biz o dahi şəxsiyyətin maraqlı əhvalatlarından birini oxucularımızın diqqətinə çatdırırıq:

Dövrümüzdə bəziləri üçün “Qız övladın olub” xəbəri narahat edici olduğu kimi Bəhlulun dövründə də varlı bir adama qız övladı olduğu xəbəri verilir. O bu xəbərdən çox narahat olur və oğlan övladı istədiyinə görə narahatlığından yemək-içməkdən çəkinib, yaxınların ona təbrik deməsinə belə icazə vermir. Bəhlul onun evinə gedib qapını döyür. O,qapını açan kimi önündə bir dəlinin durduğunu görür. Amma dəli adlandırılan Bəhlul ona belə xitab edir:

“Allah tərəfindən sənə verilmiş sağlam, eyibsiz və kamil bir uşağa görəmi narahat olursan? Heç istəyirsənmi bu sağlam qızın yerinə mənim kimi dəli bir oğlan sənə veriləydi?”

Bu adam bu hikmətli sözləri eşitcək ixtiyarsız gülüb, tutduğu işdən peşiman oldu. Yemək və içmək üçün süfrə salıb təbrik deməyə gələnləri evinə dəvət etdi.

Əvvəldə qeyd etdiyimiz kimi, bəziləri qız övladından çox oğlan övladına daha üstünlük verir. O qədər bu mənfi adət geniş yayılıb ki, bəziləri oğlan övladı olmayanlara  sonsuz kimi baxır. Elə bunun ücbatından hər gün minlərlə günahsız uşaq qız olmağın ücbatından  valideynləri tərəfindən və əlinə bıçaq tutmuş bəzi həkimlər tərəfindən parça-parça olunurlar. Bəli bu gün abort əməliyyatına əl atan valideynlər öz əllərilə öz uşaqlarını parçalayırlar. Halbuki, uşağın oğlan və ya qız olması ailənin səadətinə heç bir təsir göstərmir . Əksinə, nə çox oğlanlar vardır ki, öz əli ilə atasının qanını tökmüş və nə çox qızlar ki, öz fadakarlığı nəticəsində atasına həyat bəxş etmişdir.

Şəxsən özümüz gündəlik həyatımızda ata-ananın zəhmət çəkdiyi və arzusunda olduğu oğlan uşağının narkamana çevrildiyinin  şahidi olmuşuq. Amma əksinə, ata-ananın istəmədiyi, bəlkə də abort etdirmək istədiyi qız övladının valideynlərinin adını ucaltdığını görmüşük. Bəhlulun sadə dili ilə desək: “Dəli və axmaq oğlan uşağındansa ağıllı kamil qız uşağı daha yaxşıdır”.

Bizlərin  gələcəkdə başımıza gələnlərdən, bizim üçün məsləhət və fəsadı olacaq şeylərdən xəbərimiz yoxdur. Elə buna görə də məsləhətimiz budur ki, Allah Təalanın bizlərə verdiyi pay və nemətlərə razı olub etiraz etməyək. Müqəddəs kitabımız Qurani-Kərimdə buyurulur: “Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz” (Surə 2, ayə 216). Əlbəttə bu o demək deyil ki, Allahdan dua edib bir şey istəyə bilmərik. Xeyr, hər kəs duasında Allahdan oğlan övladı ya qız istəyə bilər. Amma bizə istədiyimiz verilməyəndə ona razı olub, Allahın məsləhətinə etiraz etməməliyik. Necə ki, dini mətnlərdə Peyğəmbər (ə) və məsum İmamlarımızdan (ə) övlad istəmək, hətta qız və ya oğlan uşağı sahibi olmaq üçün gözəl mənəvi tövsiyyələr gəlmişdir.

Sonda bir neçə gün bundan qabaq mövludunu qeyd etdiyimiz İmam Səccad (ə) – dan bir əhvalatı diqqətinizə çatdırırıq: O İmama övladı olduğunu müjdə verəndə uşağın qız və ya oğlan olduğunu soruşmadan belə dua edərdi:

“Həmd olsun o Allaha ki, məndən qeyri–sağlam (anormal) uşaq dünyaya gətirmədi!”





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 3
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.