Nəzmsiz işlərin nəzmlə yerinə yetirilən işlərdən fərqi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » Nəzmsiz işlərin nəzmlə yerinə yetirilən işlərdən fərqi
 
 » Din » Əqidə » Nəzmsiz işlərin nəzmlə yerinə yetirilən işlərdən fərqi

     
 
Din » Əqidə: Nəzmsiz işlərin nəzmlə yerinə yetirilən işlərdən fərqi
 
 
Müəllif: Zaur | 21 Yanvar 2010 | 12368 dəfə oxunub
http://zeka.az/281-njzmsiz-ieljrin-njzmlj-yerinj-yetiriljn-ieljrdjn-fjrqi.html

Nəzmsiz işlərin nəzmlə yerinə yetirilən işlərdən fərqi

    Hesablama, nizam və tərtib üzündən həyata keçirilən işlər sözsüz ki, diqqətli olan kəsin fəaliyyətinin nəticəsidir. Yalnız nizamsızlığı müşahidə olunan işlərin bir təsadüfün nəticəsi olduğunu və şüursuz bir amilin törəməsi olduğunu deyə bilərik.

    Bu fikrin daha yaxşı aydın olması üçün hər iki iş növünə dair bir neçə misalı diqqətinizə çatdırırıq:

    Elə fərz edin ki, bir anbarda bina tikmək üçün lazım olan 2 milyon tonluq vəsait – daş, kərpic, dəmir, sement, əhəng, gəc, ağac, boru, şüşə və s. vardır. Bu vəsaitin bir tonu bir mühəndisin ixtiyarına verilir ki, onu anbardan çıxarıb düz yerdə bir neçə mərtəbəli bina tiksin. Anbarda qalan digər vəsaiti isə sel gəlib aparır və düz yerin bir neçə kilometrliyində təpə halına salır. Təbii ki, bina mühəndisin məhsulu, təpəciyə çevrilən vəsait isə selin təbii məhsuludur. Hər hansı bir əsrdə yaşayan hər hansı bir millətin ağıllı bir üzvü mühəndisin tikmiş olduğu binaya daxil olsa etiraf edər ki, bu binada hər şey dəqiq hesablama ilə yerləşdirilib, təpəcikdə isə nizam-intizamdan əsər-əlamət yoxdur.

     Şübhəsiz ki, bunları müşahidə edən şəxs anlayar ki, binanı tikən alim olmuş və hər şeyi öz iradəsi ilə hesablama əsasında yerləşdirmişdir. Sel isə iradə və ixtiyarı ilə yox, əksinə, suyun təzyiqi ilə təbii şəkildə bütün vəsaiti bir tərəfə atmışdır.

     Başqa bir misal: Mahir bir rəssam gözəl bir təbiət mənzərəsini kətan üzərinə həkk edir. O öz tablosunun arxa planında dərya kənarında yaşayanları, dənizdə üzənləri, sahildə dincələnləri əks etdirir. Hətta qayıqları, dalğaları, dənizin içərisindəki adanı, sahilin təravətli yaşıllığını belə o tabloda təsvir edir.

     Bu sənət əsəri onu yaradanın varlığından hekayət etdiyi kimi, bu yaradıcının şüur və fikir sahibi olmasından da danışır. Heç kəs bu əsərin hər hansı bir uşaq və ya həvəskar tərəfindən təsadüfən ərsəyə gəldiyini fərz edə bilməz.

     Elm və təcrübə sübuta yetirmişdir ki, hətta çox sadə bir nizam yalnız düşüncə sayəsində həyata keçir. Məsələn, qədim əsərlər muzeyində mixi xətti ilə yazılmış bir yazını gördüyümüz an dərhal onun aqil və şüurlu şəxs tərəfindən yazıldığını və heç bir təsadüfün nəticəsi olmadığını düşünürük.

     Varlığında nəzm və tərtib müşahidə olunan bütün yaranmışların ağıllı, bilikli bir yaradan tərəfindən vücuda gəldiyinə ağıl qəti şəkildə hökm verirsə, bu ağıl içərisində hesab maşınları (kalkulyator), kompüterlər, avtomobillər, kosmik gəmilərdən daha heyrətli mövcudlar olan yaradılış aləmi haqqında da bu hökmü verəcək və yüksək səslə deyəcək: “Aləmin Allah adlı bir yaradanı var!”

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 14)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.