Heyva » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Təbabət » Heyva
 
 » Sağlamlıq » Təbabət » Heyva

     
   
 
Müəllif: Namig2010 | 23 Yanvar 2010 | 16973 dəfə oxunub
http://zeka.az/285-heyva.html

    “Heyva yeyənin ürəyi güclü, mədəsi ətirli, özü zəkalı və qorxmaz olar”.

Həzrət Əli (ə)

    Heyva soyuqdəyməyə qarşı yaxşı müalicə vasitəsidir. O, büzüşdürücülük, ümumi möhkəmlik, ödqovucu, sidik qovucu, öskürək kəsici, həm də mədə xorasına qarşı antibakterial və antiseptik xüsusiyyətə malikdir.

   Müalicə vasitəsi kimi heyvanın meyvələri, yarpağı və toxumları istifadə edilir.
   Toxumlarından bəlğəmgətirici, öskürək kəsici, mədə-bağırsaq xəstəlikləri zamanı sakitləşdirici və yumuşaldıcı vasitə kimi istifadə edilir. Uşaqlarda ishal xəstəliyi zamanı heyva toxumlarından hazırlanmış sulu məhlul yaxşı nəticə verir.

    Toxum həlimi yaxşı kosmetik vasitədir. O, dərini yumşaldır, həmçinin göz xəstəlikləri zamanı kompres, boğaz ağrıları zamanı qarqara kimi istifadə edilir.

    Meyvələri, həmçinin onların cövhəri və ekstraktı qanazlığını aradan qaldırır, ürək döyüntülərini sakitləşdirir, ümumi zəifliyi aradan qaldırır.

    Təzə meyvələr vərəm və bronxial  astma  xəstəliyi üçün faydalıdır. Heyva meyvələrindən alınmış həlim mədə (qastrit) və bağırsaq (ishal) pozuntuları  zamanı yaxşı Müalicə vasitəsi hesab edilir.

    Heyvanın ətri çox ürəkaçandır. O, əhval-ruhiyyəni yaxşılaşdırır, sıxıntıları aradan götürür. Hamilə qadınlara heyva yemək daha çox faydalıdır. Peyğəmbər (s) buyurur: “Heyva yeyin və başqalarına hədiyyə edin. Ona görə ki, gözü işıqlandırır, məhəbbəti qəlbə daxil edir və onu hamilə qadınlar yedikdə, uşaq gözəl olur”.

    Namiq Tahirov (əczaçı)                                                                     

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 13)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.