Bermud üçbucağı » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Bermud üçbucağı
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Bermud üçbucağı

     
   
 
Müəllif: Zaur | 24 Yanvar 2010 | 14077 dəfə oxunub
http://zeka.az/286-bermud-ggbucadd.html

Bermud üçbucağı 

    Planetimizdə möcüzəli yerlər çoxdur. Bunlardan biri də Atlantik okeanının qərbində Bermud adaları yaxınlığında Bermud üçbucağıdır. Buna “Atlantik qəbiristanlığı“,  “ölüm və ya şeytan üçbucağı” da deyilir. Çünki bu ərazidən keçən gəmilər və ya təyyarələr tələf olurlar. İlk qurban Xristofor Kolumbun donanması olmuşdur. 

     Ən məşhur hadisə isə ingilis “Meri Selist” gəmisinin yoxa çıxmasıdır. Lakin sonra (1872-ci il) “Deya Qrasiya” ingilis gəmisi təsadüfən “Meri Selist” gəmisinə rast gəlir. Gəmidə həyat əlaməti yox idi, lakin bütün əşyalar (sənədlər, çarpayılar, stol, ərzaq və sair) səliqə ilə yerində dururdu.

    Sonralar bir çox gəmilər, ekspedisiyalar da buranın qurbanı olmuşdur. 1945-ci ildə patrul uçuşa gedən bombardmançı təyyarələr, gəmiyə gələn təyyarələr, 1974-cü ildə Norveç gəmisi, 1970-ci ildə “AH-22” təyyarəsi və s. heç bir iz qoymadan Bermud üçbucağında yoxa çıxmışdır.

    Son 30 ildə 100-ə yaxın təyyarə və gəmi itmişdir. Bəzən təyyarə və ya gəminin birdən yoxa çıxması, sonra yenidən görünməsi, vaxtından əvvəl təyinat yerinə çatması hadisələri də olmuşdur. 1965-ci ildə “Çayta” gəmisi təyin olunmuş yerə (Tokelauya) yox, Fici adasına gedib çıxmışdı. Gəmidə kapitan Millerdən başqa hamı yoxa çıxmışdı. Bu hadisə də naməlum qaldı. Hələlik bu uğursuz üçbucağın sirri açılmayıb. Bermud üçbucağına oxşar sahə Yaponiya sahillərində də vardır.

    Alimlər hesab edirlər ki, bu qeyri-münasib təbii şərait (geomaqnit , anomaliya, temperatur, təzyiqlik və s.) qeyri-adidir. Bu holfstrim axını və son dərəcə şıltaq hava ilə izah olunur. Sözsüz ki, səbəb tamam başqa şey də ola bilər.   

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 25)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 12
Robot: 1
Qonaq: 11
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.