Gəlin – qayınana münasibəti » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Gəlin – qayınana münasibəti
 
 » Sağlamlıq » Psixologiya » Gəlin – qayınana münasibəti

     
 
Sağlamlıq » Psixologiya: Gəlin – qayınana münasibəti
 
 
Müəllif: Zeyneb | 27 Yanvar 2010 | 12662 dəfə oxunub
http://zeka.az/289-gjlin-v-qaydnana-mgnasibjti.html

Gəlin – qayınana münasibəti 

   Son  zamanlar  ailələrdə  baş  verən ən aktual problemlərdən biri gəlin – qayınana münasibətlərinin düzgün formalaşmamasıdır. İlk öncə deməliyik ki, bu problem adətən bütün ailələrdə mövcuddur. Bu problem hər iki tərəfdən qaynaqlana bilər. Bəzən bu hallar ailənin dağılmasına belə gətirib çıxara bilir. Qaynana-gəlin münaqişəsi zamanı arada qalan oğul - ər olur.

   Bəs bu problem nədən yaranır? Bu problem bir çox səbəbdən yarana bilər. Məsələn: Ananın öz oğlunu gəlininə qısqanması, gəlinin arzu olunmaz olması və ya əri özününküləşdirmək istəyib anadan uzaqlaşdırmaq istəməsi və s.

    Bəs bu problemləri necə həll etmək olar? Bəzən bu problemi həll etmək istəyərkən səhvin kimdə olduğu axtarılır. Amma bu çox yanlış fikirdir. Əsas səhvin kimdə olub-olmaması deyil, əsas bu problemi aradan qaldırmaqdır. Aşağıdakı məsləhətlərə əməl etmək bu problemin həllinə kömək edər:

    1. Hər iki tərəf doğurdan arada olan gərginliyi götürmək istəməlidir.

    2. Ailə daxilində bu söz-söhbətlərin artıq yersiz olduğunu heç olmasa düşünsünlər.

    3. Gəlin öz valideyninə etdiyi hörməti qayınanasına da etməlidir.

    Bu məsələyə doğrudan önəm vermək lazımdır. Hər bir cəhətdən bu vacibdir.

    Bəyənilməyən, istənilməyən gəlin olsa da, gəlininizi artıq qəbul etmək lazımdır. Çünki, oğlunuz bu insanla bir ömrü paylaşmaq istəyib və bu qərara hörmət etmək valideynlik-analıq borcunuzdur.

    Əks təqdirdə bu məsələ oğlunuzun bədbəxtçiliyi ilə nəticələnə bilər.

    Ümumiyyətlə, gəlinlərə bir sual verək?! Məgər ehtiyacınız olmadığı halda hər hansı yeməyin hazırlanma qaydasını qayınananızdan soruşsanız aranızda heç olmasa səmimilik yaranmayacaq?

    Hər hansı paltarı alanda “anacan hansı rəngi münasib görürsünüz?” – deməklə axı aranızdakı buzları əridə bilərsiniz...

    Bəs qayınanalar???

    Axı siz yaşlı nəslin nümayəndəsisiniz. Heç nəyə yox, sırf oğlunuza görə, onun xoşbəxtliyinə görə gəlininizə “can” və ya “qızım” demək çoxmu çətindir?

    Bu haqda çox məsləhət vermək olar, lakin bu qədərlə kifayətlənirəm. Son olaraq demək istəyirəm ki, heç olmasa ailədə bir-birinizi Allah xatirinə yola verin.

Psixoloq:  Zeynalova Zeynəb 

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 7)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.