Ruhun fəlsəfəsi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Ruhun fəlsəfəsi
 
 » Sağlamlıq » Psixologiya » Ruhun fəlsəfəsi

     
 
Sağlamlıq » Psixologiya: Ruhun fəlsəfəsi
 
 
Müəllif: Admin | 31 İyul 2009 | 14351 dəfə oxunub
http://zeka.az/29-ruhun-f601ls601f601si.html

                               Ruhun fəlsəfəsi

 

Ruh və fəlsəfəsinin nəzərləri.

Bəşər tarixi və bəşər elmi göstərir ki, ruhun yaranması  və sirrli xüsusiyyətləri alimlərin diqqətini cəlb etmişdir.

Hər bir alim öz dərki ilə ruhun sirrli mühitinə qədəm qoyub, onun gizlin guşələrindən bir hissəsini və ruhun ağılları heyrətə salan işlərini tanımaq üçün çalışıb.

Şübhəsiz ki, insanda iki tərəf (cəhət) var:

Birincisi, cismi tərəf insanın xarici və daxili bədən üzvlərinə aiddir.

İkinci tərəf isə ruhudur. Məhəbbət və düşmənlik şüuru, şəfqət, elmi vasitələrin dərki və əməllərin yerinə yetirilməsi ruhi tərəfdədir. İnsanın cismi tərəfinin sirrli və mürəkkəb olmasına baxmayaraq, ruh və canı daha mürəkkəbdir. Çünki insanın cismi tərəfi maddi, müşahidə və tədqiq etmək qabiliyyətinə malikdir, həm də təcrübə və sınaq altında qərar tutmuşdur. Lakin can və ruh tərəfi belə deyil, heç vaxt təcrübə və əməliyyat (operasiya) bıçağı altında qərar tutmur və hiss ilə müşahidə etməyə qabil deyil. Yalnız əql ilə mümkündür ki, insan onun  əzəmətli işlərin, əsərlərini dərk edə bilsin və onun vicudunun qüdrətini tanısın. Buna əsasən də İslam Peyğəmbərindən (s) nəql olunmuş bir hədisdə buyurulur ki; “Hər kəs öz nəfs və ruhunu tanısa, öz Allahını tanıyacaq” (“Əvaliyul-ləali” ,4-cü cild, səh: 102) başqa sözlə, yaxudda öz həyatımızla desək:

İnsan ruhunun gözlə müşahidəyə qabil olmadığını, amma onun içərisində olmadığını və bədənin heç bir yerinin ruhun vücudundan boş qalmadığını bilən kəs Allahın da maddi gözlə müşahidə edilmədiyini biləcək və onun ruh kimi maddi əşyaların hamısında təcəlli etdiyini dərk edəcək.

Necə ki Allah(ə.c) buyurur:

“Hər yerdə olsanız, O Allah sizinlədir” (Hədid surəsi, 4-cü ayə).

Başqa bir ayədə daha gözəl deyilir: “İnsana onun boynunun damarından daha yaxınıq” (Qaf surəsi, 16-cı ayə)

Amma bu əlaqə və yaxınlıq həyatı özündən olan bir əlaqədir, heç vaxt insanın və ya əşyanın içərisində olma mənasında deyil.

Qurani-kərimin nəzərinə görə, yerdə və göylərdə Allah üçün bir nümunə və məsəllər var. Quran buyurur:

“Ən üstün nümunə və məsəllər Allah üçündür” (Nəhl surəsi: ayə 60 və Rum surəsi: ayə 27). Və o, insan ruhudur. Əlbəttə Allahın insana olan yaxınlığı səlb cəhətindən deyil, sübut cəhətindəndir və insan da bəzi cəhətlərdə Allaha bənzəyir. (“Əsfare ərbəə”, 6-cı cild, səh:108). Lakin Allah ilə insanın arasında olan fərq yer ilə göy qədərdir. Torpaqdan yaranan insan hara, Allah hara?..

Mövlana nə gözəl deyir:

Ey birun əz vəhmo qalo qile mən,

Xak bər fərqe məno təmsile mən.

Mənası:

Ey mənim vəhmimdən, sözümdən, söhbətimdən çöldə olan, kül mənim və mənim misalımın başına.

İnsan nəfsinin zikri nümunə və zehnin təqribi fəslindən olmasına baxmayaraq, “Allah üçün heç bir tay yoxdur” ayəsi nöqsan qəbul etməyən möhkəm bir ayədir.

Hədislərdə buyurulub: “Nəfsi tanımaq ən faydalı elmdir” (Əbdülvahid Amudi: “Gorərul hikəm” və “Dorərul kəlim”, 1ci cild, səh:232. 4637 hədis). Buna görə ki, insana Allahı tanımaqda kömək edir və insan tovhidi düzgün başa düşərək Allahı bənzətmədən və cisimləşdirməkdən uzaqlaşacaq.

Bəziləri insanda olan əzəmətdən heyran olub onu dünyanın müqabilində kiçik dünya adlandırıblar və ya Karl Marksın bir kitabda yazdığı kimi, ona “insan tanınmayan varlığdır” deyirlər.

Amma İlahi alimlər ümumi insan elmlərində çox bilməklə başqalarından daha çox qabağa addım atıb, insanı böyük dünya adlandırıblar.

Buna İmam Əli (ə)-ı nümunə göstərmək olar. Allah Rəsulundan sonra ən böyük alim – “Aranızdan getməmişdən əvvəl hərnə istəyirsinizsə, soruşun məndən, cavab verim” (Seyyid Rəzi , “Nəhcul-Bəlağə”, 189-cu xutbə) deyən İmam Əli(ə) insan ruhunun əzəmətini belə tərif edir:

“Sən güman edirsən ki, kiçik varlıqsan? Sənin kiçik cismində böyük dünya gizlənib. Sən Allahın kitabısan ki, həriflər və sözlərin vasitəsi ilə gizli məsələləri aşkar edirsən” (Əli ibni Əbi-Talib, Divan, səh: 175).

 

İnsan ruhu haqqında

məşhur filosofların nəzəri

Qədim dövrdən bəşəri düşündürən suallardan biridə budur: İnsan ruhunun həqiqəti nədir? Maddidir, yoxsa qeyri maddi? Bədəndən əvvəl yaranıbdır, ya ana bətnində? Bədənin kamil olması ilə bir zamanda yaranıb və.....?

Bu əzəmətli və mürəkkəb varlığın tanınmasında yalnız alimlər deyil, əksinə, dünyagörüşü və elmi səlahiyyəti olmayan adi insanlar da həmçinin nəzərləri aşkar etməyə məşğul olublar (Cəfər Sübhani: “Ruhun əsilliyi quranın nəzərində”, səh. 9)

İndiyə qədər ruh haqqında yüzdən çox fikir toplanıb, amma biz bu yazıda ixtisarla və məqalənin imkanına görə yalnız filosofların məşhur və mühüm nəzərlərini qeyd edirik.

1. Dünyada şöhrət tapmış və bu günə qədər yaşayan nəzəriyyələrdən biri Platonun nəzəriyyəsidir. O inanır ki, insan bədənindən əvvəl yaranıb və bütün ruhlar “Ruhlar aləmi” adlı bir aləmdədirlər. Sonra uşaq ana bətnində böyüyüb kamal həddinə yetişəndə ruh bədənə daxil olur və insan qocalıb solana qədər bu bədənlə birlikdədir. Bədən qocalan və solan zaman ruh bədəndən ayrılır.

Ruhun bədənlə əlaqəsi at ilə ata suvar olan atlı kimi, ya gəmi ilə gəmiçi kimidir və ya bir müddət qəfəsdə qalan quşun yuva qurub müəyyən zamandan sonra qapını sındırıb başqa dünyaya pərvaz etdiyi kimi bu bədən də ruhun qəfəs evidir. Ruh bu bədəndə zindandadır, bədəndən xilas olanda azad olur.

Əlbəttə bu nəzəriyyənin dini mətnlərdən bəzisinin zahiri ilə uyğun gəldiyinə görə indi də yaşayır.

Quranın bir ayəsində deyilir: “Öz ruhumdan ona üfürdüyüm zaman” (Hicr surəsi, ayə 29), və bunun oxşarı olan “insana ruh üfürmək haqqında” (Sad surəsi, ayə 72 və Səcdə surəsi, ayə 9) və ya “zərr aləmində əhd-peyman bağlamaq” (Əraf surəsi, ayə 172). Haqqında olan ayələrə bu nəzəriyyə layiqdir.

Həmçinin Rəsuli-Əkrəm (s)-dan nəql olunan bir hədisdə buyrulur:

“Allah ruhları bədənlərdən iki min il əvvəl yaratdı” (Muhəmməd məclisi, “Biharul-ənvar”, 40-cı cild, səh 41).

Platonun bu nəzəriyyəsi yazıçıların və şairlərin də arasında deyilib və deyilməkdədir. İmam Qəzali şerində deyir (sətri tərcümə):

Mən quş kimiyəm və bu bədən mənim qəfəsimdir,                                

Ondan çölə uçduğum zaman o qəfəs boş qalar.

Xoş bəyan şair Hafiz Şirazi deyir:

Mən mələk idim, ali dərəcəli cənnət yerim idi,

Adəm gətirdi məni bu xarabaya qalmış daxmaya.

Mələkut bağının quşuyam, torpaq aləmindən deyiləm,

Neçə gün qəfəs düzəldiblər mənə bədənimdən.

Şadam o günə ki, uçacam dostumun kənarına,

Şadam qanad çalam onun məqamına getmək üçün.

Başqa bir şair deyir:

Çenin qəfəs nə səzayi məne xuş əlhanist,

Rəvəm be rovzeye rizvan ke morğe an çemənəm (Nasir Məkarim Şirazinin (nəql etdiyinə görə) “Məad”, səh. 25). (Mənası)

Belə qəfəs mən kimi xoş avaza layiq deyil,

Gedim cənnət bağlarına ki, o cənnətlərin quşuyam.

İbn-Sinanın fikri də bu şerdə Platonun nəzəri ilə düzğündür: (Şerin mənası)

Məkan və yerdən çox yüksəkdən bu ruh

Sənin bədəninə endi, ey insan!

Əlbəttə, bunu da demək lazımdır ki, bu qəbildən olan sözlərin zahirlərinin izah olunmasına ehtiyac vardır və “Hikməti Mütaliə” məktəbinin fikri ilə də uyğundur.

2. Platonun tələbəsi Aristotel ustadının nəzəriyyəsini bu surətlə izah etdiyini deyir: Ruh bədəndən əvvəl yaranmayıbdır və ruhun bədənlə əlaqəsi at ilə ata suvar olan atlı, ya gəmi ilə gəmiçi və ya qəfəsdə olan quş kimi deyil. Əksinə, ruhun bədənlə dərin, həqiqi və qırılmaz əlaqəsi var. Əlaqələri forma ilə maddənin arasında olan əlaqə kimidir. Bədən maddədir, formada maddə ilədir və bədənin forma kamilliyi də ruhun vasitəsi ilədir.

Ruh əvvəlcə qüvvə və istedad şəklində olur və sonra mücərrəd mərhələsinə yetişir. (Cəfər Sübhani “Quranın nəzərində ruhun əsilliyi”, səh. 10).

Deməli, insanın ruhu maddə ilə birlikdə və bədənlə bağlı olan mücərrəd bir varlıqdır. Amma bədəndə deyil, əksinə, maddənin formasıdır. Çünki ümumi fəlsəfədə sübut olunub ki, hər şeyin həqiqəti maddə ilə deyil, forma ilədir. Beləliklə, insanın həqiqəti də bədəni deyil, onun ruhudur.

3. Dekartın nəzəriyyəsi:

Dekartın üç müstəqil əslə etiqadı var: 1) Allah; 2) Nəfs və insanın ruhu; 3) Cism.

Dekart Əflatunun nəzəriyyəsini yenidən diriltdi. (Həmən mənbə).

4. Materialistlərin nəzəriyyəsi:

Molşut, Holbax, Epikur və Demokrit kimi materialist alimlərin nəzərinə görə, ruh əsəb və beyin hüceyrələrinin kimyəvi və fiziki dəyişilmələri nəticəsində əmələ gəlir.

Deməli, ruh bədənə bağlı olduğuna görə maddidir. Bədənin yox olması ilə aradan getməlidir. Ruh bədəndən ayrı heç vaxt mövcud ola bilməz. Ruhani həyat maddi şeylərin aşkar və əyan olmasıdır (Əli Əkbər Dehxoda lüğətnamə səh. 108475).

Başqa sözlə: Ruh ayrılmaz hissədir, yəni bir şey deyil ki, araşdırılsın və təhlil olunsun, əksinə, maddənin xüsusiyyətlərindəndir. Deməli, özü də maddədir.

Materialist fəlsəfənin əsasına görə, mərifət (tanımaq) yalnız zahiri hissələrin vasitəsilə əmələ gəlir. Çünki ruhi hisslərlə tanımaq mümkün olmadığına görə, ruhun müstəqil və qeyri-maddi varlıq olduğuna inanmırlar. Hətta materialistlərin tanınmış alimi Bruse deyir: Ruhu operasiya bıçağı altında görməsəm, onun varlığına etiqadım olmayacaq (həmin mənbə).

5. Molla Sədra Şirazinin nəzəriyyəsi:

Molla Sədranın bu cümləsi məşhurdur:

Cismaniyyətul-hudus və ruhaniyyətil-bəqa.

Yəni, insan cismdən yaranır və mücərrəd halında əbədi qalır.

Molla Sədra fəlsəfənin əsasında böyük dəyişiklik yaratmaqla misilsiz, yeni nəzəriyyələr ələ gətirdi.

Onun nümunələrindən biri ilk dəfə olaraq cövhəri hərəkəti sübut etməsidir. Molla Sədra deyir: Varlıq aləmində hərəkət iki növdür:

1-ci bütün dünya filosoflarının qəbul etdiyi aləmin üzərində hökmran olan ərəzi hərəkətlərdir (Ərəzi hərəkət yaranmasında mövzuya (cövhəri hərəkətə) ehtiyacı olan hərəkətlərdir).

2-ci hərəkətin adı isə əşyanın dərinliyində olan cövhəri hərəkətdir (Cövhəri hərəkət hər bir şeyin zatında olan inkişaf qabiliyyətinə deyilir).

Ərəzi (keçici) hərəkətlərin hamısı cövhəri (maddi) hərəkətin təcəlli və göstəricisidir. Cövhəri hərəkət əsas, çox saylı hərəkətlər isə ərəzidir.

Maddə zati hərəkət və dəyişiklik ilə öz sinəsində ruh adında bir varlığı tərbiyə edir. Maddədə bu qabiliyyət var ki, təkamül sayəsində mücərrəd bir varlığı özündə yaratsın və əbədi yaşayışa qovuşsun. Həqiqətdə maddə cövhəri hərəkətin və kamillik seyrinin nəticəsində mücərrəd və metafiziki bir varlığa dönür. Nəticədə ruh dünya cövhəri hərəkət qanununun məhsulu olur və bu, Molla Sədranın söz və kəlamlarının məfhumunda belə deyilir: Ruh öz zatında mücərrəddir, lakin əməldə digər qüvvələr kimi maddidir və cismdə yaranıb tərbiyələnir. Amma cismani qalmır, əksinə, mücərrəd mərhələsinə yetişir. Cismani təsiri olduğu halda ruhani və mücərrəd qalır (“Əsfari-Ərbəə”, VI cild, səh. 109 və Hadi Səbzivari də həmin nəzəriyyəni Mənzumə kitabında bəyənib). Molla Sədra bu nəzəriyyəni sübut etməklə materialistlərin dəlillərini batil edib və Platonun, Aristotelin və Dekartın nəzəriyyəsini doğruldub sübutlamışdır.

Qeyd etməliyik ki, Molla Sədra materialist və qeyri-materialist filosofların dəlil və sübutlarının hamısını insan ruhu haqqında olan “Əsfari-Ərbəə” adlı kitabının 9-cu cildində təhqiq edib, onların hamısına cavab verib və öz nəzərini sübuta yetirib.

Bu məqalədə Molla Sədranın fəlsəfi dillərini şərh etməyə imkan olmadığına görə onu bir münasib vaxta saxlayırıq.

 

  





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 11
Robot: 1
Qonaq: 10
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.