“Donuz qripi” - əsrin ən böyük fırıldağı » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » “Donuz qripi” - əsrin ən böyük fırıldağı
 
 » Xəbərlər » Həftə içi xəbərlər » “Donuz qripi” - əsrin ən böyük fırıldağı

     
 
Xəbərlər » Həftə içi xəbərlər: “Donuz qripi” - əsrin ən böyük fırıldağı
 
 
Müəllif: Carchi | 28 Yanvar 2010 | 12382 dəfə oxunub
http://zeka.az/290-vdonuz-qripiv-jsrin-jn-bgygk-fdrdldadd.html

Donuz qripi” - əsrin ən böyük fırıldağı

AŞPA ekspertləri xəstəliyin iri dərman şirkətlərinin böyük məbləğdə gəlir əldə etməsinə hesablandığını düşünür.

Sən demə dünyanı təşvişə salan “donuz qripi” süni şəkildə yaranıb. Avropa Şurası Parlament Assambleyasının ekspertləri bu qənaətə gəliblər ki, “donuz qripi” əslində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) iri dərman şirkətlərinin böyük məbləğdə gəlir əldə etməsinə hesablanıb.

AŞPA-nın sağlamlıq üzrə alt komitəsinin iclasında “donuz qripi” ilə bağlı müzakirələr aparılıb. Toplantıda komitənin sədri epidemioloq Volfqanq Vodarq “A qripi” təhlükəsinin əslində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən süni olaraq şişirdildiyini deyib. O “donuz qripi” pandemiyasını “əsrin ən böyük fırıldağı” adlandıraraq ÜST-ün iri dərman şirkətlərinin təzyiqi ilə bu həyəcanı elan etdiyini bildirib. Belə ki, bir il ərzində bu xəstəliklə mübarizəyə 18 milyard dollar xərclənib ki, bu vəsaitin böyük hissəsi əczaçı şirkətlərinə ödənilib. Ekspertlərin hesablamalarına görə, təkcə Böyük Britaniyanın üç şirkəti 5,1 mlrd. dollar əlavə gəlir götürüblər.

Xatırladaq ki, ən son rəsmi məlumatlara görə, dünyada 13 mindən artıq insan "A H1N1" virusunun qurbanı olub. ÜST-ün məlumatına görə, xəstəlik 208 ölkədə yayılıb.

Hazırda bir neçə ölkə aldıqları vaksinləri geri qaytarmağa hazırlaşırlar. Fransa isə “donuz qripi” əleyhinə vaksinlərə ehtiyac qalmadığından onları elə aldığı qiymətə, vaksinin biri 7 avro olmaqla digər ölkələrə satmaq istəyir.

Azərbaycan isə bu günə qədər 170 min doza vaksin alıb və gələcəkdə daha 730 min doza vaksin almağı planlaşdırır. Əhalinin vaksinlərə münasibəti də birmənalı deyil.  (ans)





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 1
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.