Azərbaycanda hər 1000 nəfərə düşən nikah sayı ötən il azalıb » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycanda hər 1000 nəfərə düşən nikah sayı ötən il azalıb
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycanda hər 1000 nəfərə düşən nikah sayı ötən il azalıb

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Azərbaycanda hər 1000 nəfərə düşən nikah sayı ötən il azalıb
 
 
Müəllif: Carchi | 30 Yanvar 2010 | 12339 dəfə oxunub
http://zeka.az/294-azjrbaycanda-hjr-1000-njfjrj-dgejn-nikahlardn-sayd-gtjn-il-azaldb.html

Azərbaycanda hər 1000 nəfərə düşən nikahların sayı ötən il azalıb

Ötən il ərzində Azərbaycanda 78,9 min nikah və 7,8 min boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, 2008-ci illə müqayisədə əhalinin hər 1 000 nəfərinə hesabı ilə nikahların sayı 9,2-dən 8,9-a qədər azalıb, boşanmaların sayı isə eyni səviyyədə qalıb.

Birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 27, qadınlar arasında isə 23 yaş təşkil edib.

Bundan başqa, 2009-cu il ərzində Azərbaycanda 152,2 min və ya əhalinin hər 1 000 nəfərinə 17,3 körpə doğulub. Doğulanların 54,1%-i oğlanlar, 45,9%-i isə qızlardır. Körpələrin 1 710-u əkiz, 33-ü isə üçəmdir. Ötən il doğulan uşaqlara ən çox verilən oğlan adları Əli, Məhəmməd, Hüseyn, Murad, Nihad və Kənan, qız adları isə Fatimə, Zəhra, Fidan, Nuray, Nərmin və Aysu olub.

Orta hesabla bir qadına bütün ömrü boyu 2,3 doğulmuş uşaq düşür.

Bununla yanaşı, ötən il ölkədə 52 min ölüm halı qeydə alınıb ki, 2008-ci illə müqayisədə əhalinin hər 1 000 nəfərinə hesabı ilə ölənlərin sayı 6-dan 5,9-a qədər azalıb.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.