Azərbaycan həqiqətlərini təsdiqləyən tarixi xəritələr aşkarlanmışdır » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycan həqiqətlərini təsdiqləyən tarixi xəritələr aşkarlanmışdır
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycan həqiqətlərini təsdiqləyən tarixi xəritələr aşkarlanmışdır

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Azərbaycan həqiqətlərini təsdiqləyən tarixi xəritələr aşkarlanmışdır
 
 
Müəllif: Carchi | 2 Fevral 2010 | 13480 dəfə oxunub
http://zeka.az/297-azjrbaycan-hjqiqjtljrini-tjsdiqljyjn-tarixi-xjritjljr-aekarlanmdeddr.html

Azərbaycan həqiqətlərini təsdiqləyən tarixi xəritələr aşkarlanmışdır

Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına əsasən Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyevanın ötən ay Misirin Dar-ül-Kütub kitabxanasından əldə edərək gətirdiyi xəritələr böyük əhəmiyyətə malikdir. Həmin kitabxananın kartoqrafiya şöbəsində 15 mindən artıq müxtəlif tarixi xəritə saxlanılır. Misirə qısa səfəri dövründə Gövhər Baxşəliyeva bu xəritələrin yalnız bir qismi ilə tanış olmaq imkanı əldə etmişdir. Lakin elə bu xəritələr arasından o, Azərbaycan üçün çox dəyərli olan 5 xəritəni üzə çıxararaq həmin xəritələrin surətini götürmüşdür.

Avropa və Asiya ölkələrində ötən əsrlərdə nəşr edilmiş və tarixin müxtəlif dövrlərini əhatə edən bu xəritələrlə tanış olarkən Azərbaycanın ərazi bütövlüyünün, Ermənistanın isə indiki ərazisindən çox-çox uzaqlarda, cənubda olmasının Qərb alimlərinə, xəritəşünaslarına açıq-aydın bəlli olduğu təsdiqlənir. Bütün bunlar mənfur qonşularımızın son dövrlərdəki yalançı təbliğatının ifşa edilməsinə yeni bir əsas verir.

Gövhər Baxşəliyeva həmin xəritələrin surətini Bakıya gətirmiş və onları dərindən araşdırmışdır. G.Baxşəliyevanın bu araşdırmalarının nəticəsi ilk növbədə Azərbaycan oxucusuna, daha sonra isə bütün dünya ictimaiyyətinə çatdırılacaqdır.

Bu xəritələrdən birincisi (şəkil 1a, şəkil 1b) ötən əsrin əvvəllərində Parisin Sent Denis Bulvarı 18-20 ünvanında A.Tarid tərəfindən nəşr edilmişdir. Dəmir yolları və naviqasiya xətlərini göstərmək üçün tərtib olunan bu xəritə Avropa və Asiya ölkələrini əhatə edir. Bu xəritədə Xəzər dənizinin qərb sahillərində təsvir edilən və Azərbaycan kimi təqdim edilən dövlətin ərazisi Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920-ci illər) ərazisi ilə uyğun, hətta nisbətən geniş verilmişdir.

Azərbaycan Milli Ensiklopediyasında təqdim edilən müvafiq xətirədə (səh. 290) mübahisəli ərazi kimi qeyd edilən yerlər də A.Taridin xəritəsində Azərbaycan ərazisi kimi verilmişdir. Dağlıq Qarabağın, o cümlədən Şuşanın tarixi Azərbaycan ərazisi olduğunu təsdiqləyən bu xəritədə ölkəmizin ərazisinə indiki dövlətimizin ərazisindən əlavə şimaldan Dərbənd, Qasımkənd və daha yuxarı olan yerlər verilir. Qərbdən sərhəd Göyçə gölündən keçir. Müasir Ermənistanın Mehri, Qafan, Gorus, Sisyan, Vardenis, Krasnoselsk rayonları, Berd rayonunun yarıdan çoxu və s. Azərbaycan ərazisi kimi göstərilir. Bu xəritənin Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən tarixi coğrafiyasının öyrənilməsində mühüm əhəmiyyəti vardır.

Digər bir xəritədə Gülüstan, Türkmənçay müqavilələrindən sonrakı İran ərazisi əks olunmuşdur. Fars dilində tərtib olunan bu xəritədə Azərbaycan toponimi Araz çayının sahillərindən ta İraqın sərhədlərinə kimi uzanan ərazi üzərində yazılmışdır. Burada Azərbaycan ərazisində Əhər, Mərənd, Savalan dağı, Urmiya gölü, Marağa, Mahabad, Maku, Xoy, Ərdəbil, Miyanə, Təbriz və digər şəhərlər göstərilir.

Xəritələrdən üçüncüsü (şəkil 3a, şəkil 3b, şəkil 3c) 1785-ci ildə İtaliyanın Venesiya şəhərində tərtib olunmuşdur. Böyük makedoniyalı İsgəndərin imperiyası adlanan bu xəritə Avropa, Afrika və Asiyanı əhatə edir. Xəritə Antonio Zatta və onun oğlanları tərəfindən italyan dilində tərtib edilmişdir. Burada Xəzər dənizinin qərb sahilində Albaniya ərazisi göstərilir. Ərazinin cənubunda Araz çayı qeyd edilir. Xəritəyə diqqət yetirdikdə dövlət deyil, sadəcə coğrafi ərazi kimi böyük və kiçik Ermənistanın Araz çayından xeyli cənubda Assuriya və Mesopatamiya ilə qonşuluqda verildiyini görmək olar.

Növbəti iki xəritə Niderlandın Amsterdam şəhərində tərtib olunmuşdur və Osmanlı imperiyasını əhatə edir. Rəssam Yudukus Hundius tərəfindən tərtib edilən bir xəritə Sultan III Məhmətin dövrünə (1595-1603) aiddir. Digər xəritə isə 1775-ci ildə rəssam Fridrix dö Vid tərəfindən tərtib edilərək çap olunmuşdur. Bu xəritələrdə də erməni ərazilərinin indikindən xeyli cənubda olaraq, müasir Ermənistan dövlətinin ərazisinə heç bir aidiyyətinin olmaması aşkar görünür. Fridrix dö Vidin xəritəsində Azərbaycan ərazisində Şirvan toponimi qeyd edilir.

Göründüyü kimi, bütün bu xəritələr Azərbaycanın ərazi bütövlüyünü təsdiqləməklə, erməni uydurmalarını ifşa etməklə yanaşı, bunun Qərbdə və Şərqdə ötən əsrlərdə xəritəşünas alimlər tərəfindən şəksiz qəbul edildiyini tam olaraq sübuta yetirir, tarixi Ermənistan ərazilərininin isə nəinki Dağlıq Qarabağa, heç indiki Ermənistan dövlətinin özünə də aidiyyəti olmadığını göstərir.

http://www.science.gov.az





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 1
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.