Necə namaz qılmalıyıq? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 4-ü, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Necə namaz qılmalıyıq?
 
 » Din » Əxlaq » Necə namaz qılmalıyıq?

     
 
Din » Əxlaq: Necə namaz qılmalıyıq?
 
 
Müəllif: Abdullah | 3 Fevral 2010 | 13753 dəfə oxunub
http://zeka.az/298-necj-namaz-qdlmaldydq.html

     “Kitabdan Sənə vəhy olunanları oxu və namaz qıl ki, namaz pis və bəyənilməyən işdən çəkindirər. Şübhəsiz ki, Allahı yad etmək hər ibadətdən üstündür. Allah etdikləriniz əməlləri bilir”. (Ənkəbut surəsi, ayə 45)

Necə namaz qılmalıyıq?

     İnsanı Allaha yaxınlaşdıran bir çox ibadət və amillər vardır ki, onlardan ən başlıcası namazdır. Namaz  Allah qarşısında bəndəliyin izahıdır. İnsan namaz qılmaqla Allaha yetişir. O, öz kiçikliyini də etiraf etməlidir. Namaza duran insan kimin qarşısında dayandığını anlamalı və Allahın əzəmətini hiss edib diqqətli və təvazökar olmalıdır. Çoxumuz namaz qılarkən on illər öncə baş verən hadisələri xatırlayır, yalnız namazın salamını verərkən namazda olduğumuzu  yada salırıq. Axı necə ola bilər ki, insan Böyük Varlığın qarşısında dayandığı halda tamamilə başqa şeylər haqqında düşünsün? Allahın hüzurunda öz dərdini deməyi qənimət saymaq əvəzinə, dilində Allah deyib, qəlbində isə tamamilə başqa şeylər haqqında düşünən insan əslində zülmə yol verir. Allah rəsulu buyurur: “Allah-Taala ürəyi bədəni ilə birgə olmayan şəxsin namazını qəbul etməz”. (Əl-Muhasin, c.1 səh. 406, hədis 921)

     Hədisi qüdsidə Allah buyurur: “Namaza dayanıb əllərini kimə doğru qaldırdığını və kimin qarşısında dayandığını bildiyi halda yuxulu olan bəndəmə təəccüb edirəm!”  Hədisdə elə bir nöqtəyə işarə olunub ki, bu hamımızın dərdidir. Bəli, əksəriyyətimiz yetərincə məlumatlı olduğumuz halda namaza diqqətsiz yanaşırıq. Hamımız da bilirik ki, qıldığımız namazlar övliyaların namazları kimi deyil. Onu da bilirik ki, namazımızda Quran və hədislərdə zikr olunmuş xüsusiyyətlər yoxdur. Yenə də sakit halda öz məsuliyyətsiz münasibətimizi davam etdiririk. Bu çox təhlükəli bir haldır.

      Namaz insanın əbədi səadətində təsirli rol oynadığına görə şeytan var qüvvəsilə çalışır ki, bizi həqiqi namazın feyzindən məhrum etsin. Elə bu səbəbdən də insanların düşüncəsinə daxil olub diqqətini Allahdan yayındırır. Qəlbimizdə şeytana yol verən əslində biz özümüzük. Sair vaxtlarda şeytani əməl və fikirlərə yol verdiyimiz üçün o da namaz zamanı bizdən əl çəkmir. Diqqətlə iki rükət namaz qılmaq əgər günahların bağışlanmasına səbəb olursa Allahın qəbul edəcəyi şəkildə edilən ibadətlər insanı uca bir məqama çatdırır. İnsan bir şey itirdikdə pərişan olur. İtirdiyi dəyərsiz bir şeyə görə təəssüf edən insan bütün dünya ləzzətlərinin fövqündə duran namaz feyzini əldən verir, amma heç narahat da olmur. Əgər namazın mahiyyətini dərk edib ondan düzgün bəhrələnsək çirkinlikdən təmizlənərik. Təəssüf ki, namazın qədrini bilmir, ona ciddi yanaşmırıq və əksər hallarda nə özümüzdə müsbət dəyişiklik görürük, nə də imanımız artır. Onu da qeyd edək ki, namaza dayanmış insan əmin ola bilməz ki, növbəti namazadək yaşayacaq. Əgər insan qıldığı namazın son namaz olduğunu təsəvvür edə bilsə, Allah dərgahında çox üstün şəkildə namaz qılmağa çalışar. Əlbəttə ki, namazdan sonra da Allahı yaddan çıxarmaq olmaz. Məgər sevdiyiniz bir dostla görüşdən sonra onu dərhal unudursunuz?

İlahi Pərvərdigara! Sənə həmd etmək mümkün olanadək, əbədi olaraq Sənə həmd olsun! Sənə həmd etməyə söz qalanadək və həmdi ifadə etməyə söz olanadək həmd olsun!

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 17)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 4
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.