Azərbaycan Mətbuat Şurası 2009-cu illə bağlı hesabatını açıqlayıb » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycan Mətbuat Şurası 2009-cu illə bağlı hesabatını açıqlayıb
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycan Mətbuat Şurası 2009-cu illə bağlı hesabatını açıqlayıb

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Azərbaycan Mətbuat Şurası 2009-cu illə bağlı hesabatını açıqlayıb
 
 
Müəllif: Carchi | 4 Fevral 2010 | 12162 dəfə oxunub
http://zeka.az/299-azjrbaycan-mjtbuat-eurasd-2009-cu-illj-badld-hesabatdnd-agdqlaydb.html

Azərbaycan Mətbuat Şurası 2009-cu illə bağlı hesabatını açıqlayıb

Azərbaycan Mətbuat Şurası (MŞ) 2009-cu illə bağlı hesabatını açıqlayıb. APA-nın xəbərinə görə, bununla bağlı keçirilən tədbirdə çıxış edən şura sədri Əflatun Amaşov bildirib ki, ötən il quruma 489 müraciət daxil olub. Onlardan 176-sı vətəndaşlar, 167-si dövlət idarə müəssisə və təşkilatları, 61-i özəl müəssisələr, 45-i ictimai qurumlar, 29-u özünü idarəetmə orqanları, 11-i siyasi partiyalar tərəfindən edilib. Onun sözlərinə görə, 267 müraciət şura katibliyində həllini tapıb. 222 müraciət isə Şikayətlər Komissiyasında araşdırılıb. Bu müraciətlərin 195-i Bakıdan, qalanları regionlardan gəlib.

Ötən ili reket jurnalistikasına qarşı mübarizə ili elan etdiklərini xatırladan şura sədri bununla bağlı çoxlu işlər görüldüyünü, 8 dəfə iclas keçirildiyini qeyd edib. Ə. Amaşov şura tərəfindən 94 nəşrin reket elan edildiyini də qeyd edib.

O, həmçinin bildirib ki, MŞ tərəfindən reket mətbuata qarşı maarifləndirmə işləri də aparılıb.

Ə. Amaşov ötən il Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması istiqamətində şuranın gördüyü işlərdən də danışıb.

MŞ sədri daha sonra həbsdə olan jurnalistlərin azadlığa çıxmaları üçün müxtəlif səviyyəli görüşlər keçirdildiyini, dövlət qurumlarına müraciət olunduğunu deyib.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.