Müsahibimiz Əsgərov Sərxan Əşrəf oğludur » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Müsahibələr » Müsahibimiz Əsgərov Sərxan Əşrəf oğludur
 
 » Xəbərlər » Müsahibələr » Müsahibimiz Əsgərov Sərxan Əşrəf oğludur

     
 
Xəbərlər » Müsahibələr: Müsahibimiz Əsgərov Sərxan Əşrəf oğludur
 
 
Müəllif: Abdullah | 5 Fevral 2010 | 12514 dəfə oxunub
http://zeka.az/300-mgsahibimiz-zhsgjrov-sjrxan-zherjf-odludur.html

       Müsahibimiz  Əsgərov Sərxan Əşrəf oğlu 1936-cı ildə Lənkəran şəhəri Şağlaser kəndinin fəhlə ailəsində dünyaya göz açıb. 1963-cü ildə Vladimir İliç adına tarix-filologiya fakültəsini bitirdikdən sonra Lənkəran şəhərinin  Şağlaser kəndində tarix müəllimi işləyib. Daha sonra fəaliyyətini Lənkəran şəhər 2 saylı orta məktəbində tarix elmi üzrə davam etdirib. Hal-hazırda təqaüdçüdür. Fərdi olaraq ictimai-siyasi düşüncə sahibidir. Evlidir, dörd övladı var.      

      Sual: Hörmətli Sərxan müəllim! Artıq bilirsiniz ki, İmam Hüseyn (ə) əzadarlığının qırxıncı günü ərəfəsindəyik. Bu əzadarlığın müsbət yönlü təsirlərini açıqlayardınız.

      Cavab: İmam Hüseyn (ə) əzadarlığının keçirilməsi hər bir müsəlman vətəndaşı doğrudan da düşündürür. İnsan hər dəfə bu əzadarlığın tarix və əhəmiyyətinin yeni-yeni çalarlarını dərk edir. Mən bir tarix müəllimi kimi bu məsələ ilə əlaqədar çox düşünmüşəm və görürəm ki, biz İmam Hüseyn (ə) şəhadətinin fəlsəfi yönlərini hələ də yaxşı dərk edə bilməmişik. Onun şəhidliyi ilə bağlı hələ çox şeylər naməlum qalıb. Hər əzadarlıq  keçirildikcə bu şəhidliyin fəlsəfi çalarları daha da dərinləşir. Dünyada bir çox şəxslər müəyyən ideya uğrunda öz canlarından keçmişlər. Məsələn: Janna Darkı Fransada tonqalda yandırdılar və s. Lakin onların heç birinin şəhidlik əzadarlığı İmam Hüseyn (ə) əzadarlığı kimi bəşəri formada keçirilmir. Bu özü İmam Hüseyn (ə) şəhidliyində bir İlahilik və bəşərilik olduğunu sübut edir. Mənə elə gəlir ki, nə qədər İslam var və olacaq İmam Hüseyn şəhidliyinə əzadarlıq da yaşayacaq, çünki İslamın meydana gəlmə tarixindən sonrakı dövrdə İmam Hüseyn şəhadəti çox böyük tarixi rol oynamışdır.

      Sual: Bəzi dayaz düşüncəli və məlumatsız insanlar İmam Hüseynə (ə) əza saxlamağı mənasız bir iş hesab edirlər. Siz bunu necə təhlil edərdiniz?

      Cavab: Bəli belə düşünənlər var.  Lakin İmam Hüseyn (ə) əzadarlığının keçirilib və ya keçirilməmək məsələsinin müzakirəyə qoyulub efirə buraxılması özü səhv bir addımdır. Mən bunun əleyhinəyəm. Hətta bununla bağlı öz etirazlarımı müəyyən distansiyalara bildirmişəm. Çünki din – heysiyyətdir, xalqın, millətin heysiyyətidir. Dünyanın təkallahlılıq dinlərinin hamısında təriqətlər var, lakin dünyanın heç bir ölkəsində din və dini təriqətlər müzakirə olunmur. Məsələn: pravoslav və ya katoliki müzakirəyə qoymurlar, çünki dini və ya dini təriqəti müzakirəyə qoymaq dini heysiyyətə toxunmaqdır. Bunu yalnız bizdə edirlər və bunun da öz müəyyən obyektiv və subyektiv səbəbləri var. Bu məsələ bir müəllim və bir müsəlman kimi məni çox düşündürür, hətta mən özümü təhqir olunmuş hiss edirəm. İmam Hüseynə (ə) əza saxlamaq məsələsini müzakirəyə qoyurlar, özü də necə bir gündə? İmam Hüseyn (ə) təziyəsinin kuliminasiya günü – Aşurada. Burada əvvəl doğrudan da dayazlıq var, ikincisi isə sionizmin təsiri. Din müzakirəyə qoyula bilməz. Din haqqında o adam danışa bilər ki, geniş dini bilgisi və məlumatı olsun. Müxbirlərin hamısı mütəxəssis deyil axı, onların hamısı İmam Hüseyn şəhidliyinin tarixini bilmirlər, onların bəzilərində İmam Hüseynə (ə) məhəbbət yoxdur axı və dini bilmirlər. İmam Hüseyn əzadarlığına belə iradlar çox böyük nöqsan və səhvdir.

       Sual: Siz elimizin ziyalı ağsaqqalı kimi bu dövrdəki İmam(ə) əzadarlığı ilə keçmiş dövrdəki əzadarlığın fərqini nə ilə əlaqələndirərdiniz?

      Cavab: Bilirsiniz əzadarlığın keçirilməsində fərq yoxdur. Xalq bu təziyəni həmişə keçirib. Amma necə keçirmək məsələsi var. Kommunist rejimi dövründə onlar böyük səhvə yol verdilər. Hətta Lenin öz tövsiyələrində deyirdi ki, dinə toxunmaq olmaz, din vətəndaşın heysiyyətidir. Bütün dinlər içində İslam  həmişə olduğu kimi, keçmiş SSRİ  məkanında da təqiblərə məruz qalıb. O zaman Azərbaycanda İslama təzyiqlər oldu, məscid və ibadətgahlar bağlandı, təziyələr qadağan olundu. Xalq bu qadağa və təzyiqlərə baxmayaraq, təziyə saxlayırdı, amma bunu evlərdə edirdilər, məsciddə yox. İndi İmam Hüseyn təziyələrinə irad tutulsa da qadağalar yoxdur. Xalq bu qırx günü keçirir, özü də normal keçirir. Məsələn: Bu əzadarlıq yas kimi qəbul olunur, toy olmur, ehsanlar verilir: kimi hədik aşı, kimisi südlü aş, kimisi də plov bişirib paylayır. Bunun qarşısını almaq olmaz. Bu bəşəri bir işdir. İlahi bir işdir və şəhidlik Allahla bağlıdır. Buna kim nöqsan tutmağa cürət edər?

      Sual: Sonda bizim sayta diləkləriniz?

      Cavab: Siz insanları dinləyirsiniz  və bu təqdirə layiq bir işdir.

Müsahibəni apardı: Ramın Əkbərli 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 12
Robot: 2
Qonaq: 10
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.