İnkişafa təsir edən amillər » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » İnkişafa təsir edən amillər
 
 » Sağlamlıq » Psixologiya » İnkişafa təsir edən amillər

     
 
Sağlamlıq » Psixologiya: İnkişafa təsir edən amillər
 
 
Müəllif: Zaur | 6 Fevral 2010 | 13637 dəfə oxunub
http://zeka.az/301-dnkieafa-tjsir-edjn-amilljr.html

İnkişafa təsir edən amillər

        İnsanın inkişafı müxtəlif amillərdən təsir götürür və bu amillər, ümumi mühit və bioloji amillər adı altında iki dəstəyə ayrılırlar. Bu əsnada onu da qeyd etmək yerinə düşərdi ki, insan iradəsinin inkişafda çox mühüm rolu vardır. Yuxarıda adları çəkilən iki amil iradə üzərində əsas təsir qoysa da onun rolu ayrıcadır və biz bu haqda əlavə danışacağıq.

İnkişafın bioloji əsasları

       Mühitlə irsiyyət arasındakı uyğunlaşma, adətən insanın inkişafını təyin edir. Erkək nütfənin dişi nütfəyə daxil olması zamanı, yəni qadın və kişi cinsiyyət hüceyrəsi birləşdikdə yeni orqanizm əmələ gəlir və bu yeni orqanizm valideynlərin əlamətlərini irsən götürür; şəxsi xüsusiyyətlərin bir çoxu irsiyyət hüceyrəsinin quruluşu ilə müəyyən edilir. Genlər inkişaf halında olan hüceyrələr üçün proqram hazırlayır və varlıq bir balıq, ya bir quş, ya bir meymun və ya insan kimi inkişaf edir. Genlər “DNA” biokimyəvi molekullarının və ya ribonuklein  dioksid (turşusunun)  məcmuəsindən ibarətdir. Hər bir insan bədəninin hüceyrələrində çoxsaylı genlər vardır. Məsələn: hər hüceyrənin nüvəsində 960 min gen vardır. Hər bir canlı orqanizmin – bitki, heyvan, insanın hüceyrələri onların xromosomlarını təşkil edən gen məcmuəsinə malikdir. Xromosomların sayı canlı orqanizmin növündən asılıdır. İnsan bədənində bu xromosomların sayı 23 cüt və ya 46 ədəddir. Nütfəni təşkil edən spermaların formalaşması üçün nəzəri olaraq, fərqli genlərin mövcud olduğu fərz edilir. Bu məsələ inkişaf yolundakı şəxsi fərqləri icad edir. Genlər bədənin və saçın rəngini, bədənin ümumi ölçüsünü, cinsiyyəti təyin edir. Yaranışın əvvəlindəki bioloji hazırlıqlar inkişaf dövranındakı təcrübələrlə qarışaraq hər bir fərdin inkişaf yolunu müəyyən edir. Genetika elmi insanlarda və digər varlıqlarda oxşar və oxşar olmayan xüsusiyyətlərin əmələ gəlməsinə səbəb olan bioloji əsasları öyrənir. İrsiyyətdə ən çox müşahidə olunan iki əsas məsələ mövcuddur:

        1.  Nütfə bağlandığı zaman mövcud olan bütün genetik amillərin irsiyyətin təyin olunmasında payı vardır.

        2.  İrsi xüsusiyyətlərin özünü büruzə verməsində heç bir məşqə ehtiyac yoxdur.

       Genlərin təsir və əks-təsirinin keyfiyyəti ilə bağlı saysız və mürəkkəb ülgülər vardır, o cümlədən gizli və açıq genlərə tabe olan gizli və açıq sifətlərin bəzisi. İnsan xüsusiyyətlərinin bəzisi bir cüt genin qarşılıqlı təsiri nəticəsi deyildir ki, birinin qalib gəlməsi ilə digərinin taleyi həll olunsun. Əksinə, müxtəlif genlərin maddələr mübadiləsi – növü (bitki, heyvan, insan) və onun ölçüsünü təyin edir. Bu mövzuya “ bir neçə genli irsiyyət ” deyirlər. Genlərin bir-birinə qarşılıqlı təsir və əks təsirindən əlavə mühit də onların dəyişməsində öz təsirini göstərir.

       Genlərin dəyişməsi bəzən bir “ sıçrayış ” təsiri ilə baş verir. İnsanın məxsus bədəni, onun əsas sistemini və xüsusi hormonlarını (böyüklük, kiçiklik, sürət və s.) formalaşdıran genlər – ömrün sonunadək psixoloji inkişaf keyfiyyətində qeyri müstəqim və davamlı təsirini qoruyub saxlayır.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 14)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.