Yuxarı aləmdə nizamın cilvələri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » Yuxarı aləmdə nizamın cilvələri
 
 » Din » Əqidə » Yuxarı aləmdə nizamın cilvələri

     
 
Din » Əqidə: Yuxarı aləmdə nizamın cilvələri
 
 
Müəllif: Zaur | 6 Fevral 2010 | 12721 dəfə oxunub
http://zeka.az/302-yuxard-aljmdj-nizamdn-cilvjljri.html

Yuxarı aləmdə nizamın cilvələri

    Yaradılış aləminin tutumu metrlə, kubmetr və ya kilometrlə ölçülə bilməz. Buna görə də bəşər ulduzlar arasındakı məsafəni ölçmək üçün başqa miqyasa üz tutmuşdur ki, bu da hər saniyədə üç yüz min (300.000) kilometr məsafəni qət edən işıq sürətidir.

   Səma cisimlərinin sayı adi rəqəm hesabına gəlməyəcək həddə çoxdur. Çünki bizim Günəş milyonlarla ulduzdan ibarət olan qalaktikanın (kəhkəşanın) ulduzlarından biridir. Hətta Günəş sistemi və milyonlarla ulduzdan ibarət qalaktika özü də milyon qalaktikadan biridir və heç kəs bilmir ki, aləmdə neçə milyon qalaktika vardır?! Hər dəfə yeni teleskop icad olunduqca daha çox qalaktika kəşf edilir və onların bəzisi o qədər çox uzaqdadır ki, onların işığının Yerə çatması üçün milyonlarca ilin keçməsi lazım gəlir.

   Bizim qalaktikanın iki tərəfi (bu baş o başı) arasındakı məsafəni – işıq iki yüz milyon ildən üç yüz milyon ilə qədər qət edir. Alimlərdən birinin dediyi kimi: “ Bu gün bizim “ ram edilmiş fəza ” adlandırdığımız bu aləm Üst Aləmin əzəməti müqabilində, eynilə ağaclarla dolu yüzlərcə kvadrat metrlik meşədə minlərcə budağı və milyonlarca yarpağı olan bir ağac üzərində oturmuş kəpənəyə bənzəyir. Bu ağacın birinci yarpağı bizim Yer kürəmiz, ikinci yarpağı Ay, həmin yarpaqların yerləşdiyi budaq isə Günəş sistemi kimidir. Bu ağac qalaktikaya, meşə isə Varlıq Aləminə bənzəyir. Asteroidlər  meşədə gəzintiyə çıxan müsafirlər kimi bu meşənin ulduzlarını təşkil edirlər. Hər meşə məhdud olduğu kimi ulduzların sayı da məhduddur. Yaxşı bəs onun sayı nə qədərdir? Göstərilən təxmini məlumatlarda ulduzların sayı qırx milyardı təşkil edir. ”

    Bəşər səma cisimlərinin bu əzəməti və vəsfə sığmayan genişliyi müqabilində özünü olduqca kiçik görüb başını aşağı dikir.

    Günəş sisteminin bir hissəsini əks etdirərək onu Yaradanın sonsuz elm və qüdrətinə vaqif ola bilərik.

   Günəşin həcmi: bu yanar kürə olduqca sirli bir mənbədir, onun heyrətamizliyi insan zəkasına sığmır. Burada bu yanar məşəlin Yaradanının hikmət və elmindən bəhs edən əcaibliklərindən bəhs edəcəyik. Günəşin həcmi bir milyon üç yüz doxsan bir min Yer həcminə bərabərdir, yəni Yerin həcmi 1 milyon 391 min bərabər böyüməlidir ki, Günəş boyda olsun. Yerin həcmi ilə tanış olsaq Günəşin əzəmətini daha yaxşı anlayarıq: Yer kürəsinin həcmi 1083 milyard 320 milyon kub kilometrdir.

   Günəşin kütləsi: alimlər elmi üslubla Günəşin kütləsini müəyyən edərək bu nəticəyə yetişmişlər ki, Günəşin kütləsi təqribən 330.000 Yer kütləsinə bərabərdir. Günəşin Yer kütləsi ilə müqayisədə həcm və kütləsi arasındakı fərqin səbəbi, yəni Günəşin həcminin təqribən 1.391000 (bir milyon üç yüz doxsan bir min) Yer kürəsinə bərabər olub, lakin Günəşin kütləsinin təqribən 3330.000 Yer kütləsinə bərabər olmasının səbəbi – Günəşin məxsus kütləsinin qaz halında olması, Yer kürəsinin məxsus kütləsinin isə daha yüngül olmasıdır.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 10)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.