Katolik kilsəsi Fransada müsəlmanlara dəstək verdi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Katolik kilsəsi Fransada müsəlmanlara dəstək verdi
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Katolik kilsəsi Fransada müsəlmanlara dəstək verdi

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Katolik kilsəsi Fransada müsəlmanlara dəstək verdi
 
 
Müəllif: Carchi | 7 Fevral 2010 | 12336 dəfə oxunub
http://zeka.az/304-katolik-kilsjsi-fransada-muselmanlara-destek-verdi.html
Rəsmi Parisin niqablı çadranın inzibati binalarda qadağan olunması təşəbbüsü kilsədə narazılıqla qarşılanıb
Fransada Katolik kilsəsi üzü örtən çadranın qadağan olunmasına etiraz edərək ölkə rəsmilərini müsəlmanların hüquqlarına hörmət göstərməyə çağırıb. Rahib Maykl Santier müsəlman ölkələrinin xristianlara göstərdiyi rəftarı Fransanın da müsəlmanlara göstərməli olduğunu deyib. “Əgər İslam ölkələrinin öz torpaqlarında xristian etniklərə hörmət göstərməsi istənirsə, Fransa da öz torpaqlarında müsəlmanların hüquqlarına hörmət etməlidir”.
Fransada dinlərarası dialoq üzrə katolik kilsəsinin nümayəndəsi də olan Santier hazırda çox az sayda müsəlman qadının niqablı çadra geyindiyini, amma qərar parlamentdən keçərsə əks-təsirlə bu geyimdən istifadə edənlərin çoxalacağını vurğulayıb.
Xatırladaq ki, Fransa parlamentində qurulan araşdırma komissiyası keçən həftə hazırladığı hesabatda niqablı çadraların inzibati binalarda qadağan olunması üçün əvvəl parlamentdən qərar, daha sonra isə qanun çıxarılmasını tələb etmişdi.ANS




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.