Bunu bilmək maraqlıdır » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Bunu bilmək maraqlıdır
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Bunu bilmək maraqlıdır

     
 
Elm və mədəniyyət » İxtiralar və kəşflər: Bunu bilmək maraqlıdır
 
 
Müəllif: Zaur | 7 Fevral 2010 | 14605 dəfə oxunub
http://zeka.az/305-bunu-bilmjk-maraqlddr.html

Bunu bilmək maraqlıdır

   Hindistanın Kerala ştatının Fil dağlarında çolanaykenlər adlı kiçik bir tayfa yaşayır. Dumduru çayları və saysız-hesabsız şəlalələri olan bu əlçatmaz cəngəllik rayonuna ayaq basmağa hər adamın cürəti çatmır. Çünki burada hər addımbaşı pələngə və vəhşi fillərə rast gəlmək olur.

    Tayfa cəmi 100 nəfərdən ibarətdir və 5 qəbiləyə bölünmüşdür. Çolanaykenlərin dərisinin rəngi ağdır. Kişilər ucaboy, qədd-qamətlidirlər. Sifətlərinin cizgiləri mütənasibdir. Cavan qadınlar və qızlar öz gözəllikləri və pak əxlaqları ilə fərqlənirlər. Kişilər heyvan ovlayır, balıq tuturlar, qadınlar isə giləmeyvə, yeməli köklər və bal toplayırlar. Tayfanın əsas silahı kaman və oxdur. Balıq tutmaq üçün qəribə bir ağacın köklərindən istifadə edirlər. Balıqlar bu ağac köklərinə toxunduqda iflic olur və suyun üzərinə çıxırlar. Heyvan ovlamaq, balıq tutmaq və meşə nemətlərini toplamaq üçün hər qəbilənin öz ərazisi vardır. Qəbilə başçıları bu qaydanın pozulmasına yol vermirlər.

    Çolanaykenlər ensiz girəcəyi olan dərin mağaralarda yaşayırlar. Onlar gecə yatdıqda və ova getdikdə vəhşi heyvanlar girə bilməsinlər deyə mağaranın ağzını iri daşlarla və bambuq arakəsmələrlə qapayırlar. Bu yerlərdə mağara çoxdur. Təzə evlənmiş gənclər valideynlərdən ayrı yaşamaq istədikdə asanlıqla mağara tapırlar. Nikahı qəbilə başçıları təşkil edirlər. Toy olmur. Qəbilə başçısı evlənmək istəyən gənclə birlikdə digər qəbilənin ərazisinə (oğlanın gözaltı etdiyi qızın yaşadığı yerə) gedir. Qız razılıq verdikdə ər-arvad kimi qayıdırlar. Lakin qız rədd cavabı da verə bilər. Tədqiqatçılar qeyd edirlər ki, çolanaykenlər ailəsinin mənəvi dayaqları çox möhkəmdir və hər kişinin bir arvadı ola bilər.

    Lakin tayfada qoyulmuş anlaşılmaz bir qaydanın nəticəsində qadınlar bəzən vəhşi heyvanların şikarı olurlar. Kişilər ağaca dırmaşıb fillərdən və ya başqa heyvandan canlarını qurtardıqları halda, qadınların ağaca çıxması qadağan edilir.

    Çolanaykenlər cənubi Hindistanının başqa tayfalarına qətiyyən bənzəmirlər. Onların bu yerlərə necə gəlib çıxdıqlarını və əcdadlarının kim olduğunu bilən yoxdur. Hazırda hind alimləri çolanaykenlərin bu və ya başqa sirlərini aydınlaşdırmaqla məşğuldurlar.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 16)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 2
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.