Fanat » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » İdman » Fanat
 
 » Sağlamlıq » İdman » Fanat

     
 
Sağlamlıq » İdman: Fanat
 
 
Müəllif: Muslim | 8 Fevral 2010 | 12237 dəfə oxunub
http://zeka.az/307-fanat.html

Fanat

         Bir neçə gün qabaq internetdə aşağıdakı xəbəri oxuyanda fikirləşdim ki, bu xəbəri oxucularımıza catdırıb, bir neçə sətir onun haqqında yazmağa dəyər. Axı keçən bəhsimizdə elə idmançılarımızın hər şeydən qabaq ailədə həqiqi idmançı əxlaq və ruhiyyəsində böyüməsi haqqında idi. Xəbəri oxuyaq:

          “Beşiktaş” fanatından fanatik addım

         Türkiyədə “Beşiktaş” futbol komandasının azarkeşi dünyaya gələn qızının adını komandasının şərəfinə Beşiktaş qoyub. Hadisə Türkiyənin Muğla vilayətinin Milas rayonunda baş verib. Bu komandanın pərəstişkarı olduğunu deyən 37 yaşlı ata qızının “Beşiktaş”a uğur gətirəcəyinə və komandanın bu il çempion olacağına inanır. Qeyd edək ki, bu fanat atanın atdığı ilk belə addım deyil. O, hazırda 4 yaşı olan oğlunun adını “Beşiktaş”ın gerbindən ilham alaraq Qartal qoyub.

Subay vaxtlarında heç bir komandanın azrkeşi olmadığını deyən ata, ailə qurduqdan sonra həyat yoldaşının “Beşiktaş” fanatı olduğunu görərək bu komandanın pərəstişkarı olduğunu bildirib.ans

         Zənnimizcə oxucularımız hansı mətləbə işarə edəcəyimizi kifayət qədər bildilər. Əvvəllər dediyimiz kimi biz bir idmanın kiminsə maraq dairəsində olmasına və hansısa idmançıya ya kuluba pərəstişkarlığına mənfi baxmırıq. Demək istədiyimiz nöqtə bu pərəstişkarlığın ifrat dərəcədə olmasından ibarətdir. Hətta bəzən belə fanatların pərəstiş etdiyi komanda uduzduqda özlərinə sui-qəsd edir ya infrakt keçirərək yerindəcə keçinir. Psixoloqlar və cəmiyyətşünaslar da belə fanatlığın mənfi təsirlərinin olduğunu qeyd etmişlər.  Bu heç də bir ailənin ya xalqın xeyrinə deyil. Alimlərdən biri demişkən futbola olan bağlılığla bir xalq ya cəmiyyət bir sivilizasiyaya ya inteqrasiyaya çatsaydı Cənubi Amerika dövlətləri Uruqvay, Brazilya, Argentina və s. indi gərək hamıdan öndə olardı.

          Allah bizləri ifratçılıqdan və fanat olmaqdan uzaq etsin.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 3
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.