TARİXÇİ ALİMDƏN ŞOK İDDİALAR » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Tarixi abidələr » TARİXÇİ ALİMDƏN ŞOK İDDİALAR
 
 » Elm və mədəniyyət » Tarixi abidələr » TARİXÇİ ALİMDƏN ŞOK İDDİALAR

     
 
Elm və mədəniyyət » Tarixi abidələr: TARİXÇİ ALİMDƏN ŞOK İDDİALAR
 
 
Müəllif: Muslim | 9 Fevral 2010 | 12604 dəfə oxunub
http://zeka.az/308-tardqiqatgd-alimdjn-eok-iddialar.html

TARİXÇİ ALİMDƏN ŞOK İDDİALAR

 “Şaumyan güllələnməyib”; “o, Hindistanda dəfn olunub”, “bu barədə Rəşid Behbudavda videokaset olub”, “müğənni deyib ki, kasetə görə onu aradan götürəcəklər”.

“Ötən il yanvarın 24-26-da 26 Bakı Komissarının cəsədləri “Sahil bağı”ndan ümumi şəhər qəbiristanlığına köçürülüb. 3 gün ərzində Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi əməkdaşlarının və Tarix İnstitutunun mütəxəssislərinin iştirakı ilə orda tədqiqatlar aparılıb və orada cəmi 23 cəsədin qalıqları tapılıb”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Mili Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov deyib.

Y. Mahmudov bildirib ki, bundan sonra Tarix İnstitutu dərhal tədqiqatlara başlayıb: “Bəzi şəxslər arxivləri qaldırmadan, araşdırma aparmadan israr etməyə başladılar ki, Stepan Şaumyanın cəsədi orda olub. Amma həmin cəsədlər yaş göstəricilərinə görə düzülmüşdü. “26-lar”ın arasında 3 nəfərin yaşı 40-dan yuxarı olub – Məşədi Əzizbəyov, Stepan Şaumyan və Tatevos Əmiryanın. “Sahil bağı”ndan çıxarılan cəsədlərdən isə yalnız biri 40 yaşdan yuxarı şəxsin idi ki, bu da Məşədi Əzizbəyovun yaş göstəricilərinə uyğun gəldi. Şaumyanla Əmiryanın heç birinin cəsədinin qalıqları tapılmadı. Cəsədi tapılmayan üçüncü şəxs isə İçərişəhərdə komendaturaya rəhbərlik etmiş Arsen Avakyandır. Avakyan daşnakları silahla təmin edən əsas şəxslərdən biridir. Həmin vaxt onun 23 yaşı olub. “Sahil bağı”ndan həmin yaş həddində bir neçə cəsəd tapılıb. Araşdırma nəticəsində məhz onun orada basdırılmadığı müəyyənləşdirilib. Bunu Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi də təsdiq edir”.

Y. Mahmudov deyib ki, Tarix İnstitutunun apardığı tədqiqatlar zamanı Türkmənistanda arxivdən xüsusi teleqram aşkarlanıb: “Bu teleqram Stepan Şaumyanın güllələnməsi ilə bağlıdır. “26-lar” 1918-ci il sentyabrın 20-də güllələniblər. Həmin teleqramda isə göstərilir ki, sentyabrın 20-dən sonra 10 gün ərzində Krasnovodskda məhbəsdə Stepan Şaumyana və Anastas Mikoyana “suxoy payok” verilib. Şaumyan necə güllələnə bilərdi? O, Mikoyan vasitəsi ilə Leninə xəbər göndərib. Teleqramda o da göstərilib ki, ona orada ilk günlər gündəlik 1 manat 50 qəpik, ayın 2-dən sonra isə 2 manat, daha sonra 17 manat veriblər”.

Y. Mahmudovun sözlərinə görə, Tarix İnstitutu Stepan Şaumyanla bağlı 4-5 belə teleqram da aşkarlayıb: “Həmin teleqramlarda da Şaumyanın güllələnmədiyi, Daşnaksutyun Partiyasının əsas simalarından biri olduğu aşkarlanıb”.

Tarix İnstitutunun direktoru deyib ki, “26-lar” Azərbaycan xalqının qatı düşməni olublar: “Buna baxmayaraq, cəsədlər köçürülərkən onların cəsədləri ipək tabutlarda və dini qaydalara uyğun dəfn edildi. “26-lar”ın cəsədləri ilə bağlı DNT analizinin aparılması həddən artıq vəsait tələb edir. Bunun üçün külli miqdarda vəsait lazımdır. Bundan əvvəl isə onların qohumlarının qan qohumluğu sübuta yetirilməlidir. Əgər “26-lar”ın qohumları bu məsələni qaldırarlarsa və bunun üçün pul ayrılarsa, cəsədlərin DNT analizi mümkündür. Amma Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi o vaxt II Nikolayın kəllə sümüyünün dəqiqləşdirilməsində müstəsna rol oynamışdı və buna görə təşəkkür almışdı. Hesab edirəm ki, II Nikolayın kəlləsini dəqiqliyi ilə təyin edən birliyə Şaumyan məsələsində də inanmaq lazımdır”.

Yaqub Mahmudov onu da deyib ki, azərbaycanlılara qarşı qırğınlar törədən Stepan Şaumyanın Hindistanla bağlılığı faktı dərindən araşdırılacaq. Onun sözlərinə görə, Şaumyanın güllələnməməsi və Hindistanla əlaqələri ilə bağlı bir neçə qaranlıq məqam var: “SSRİ xalq artisti Rəşid Behbudov Hindistanda olarkən bu ölkənin şimalına konsert verməyə gedəndə yerli müxbirlərdən biri ona deyib ki, bu günlərdə burada sizin məşhur həmyerliniz dəfn olunub. R. Behbudov həmyerlisinin kim olduğunu soruşub, cavabında “Şaumyan” deyiblər. Təbii ki, həmin vaxtlar Rəşid Behbudovun ətrafında sovet kəşfiyyatının nümayəndələri olub. Müğənni Bilal Əliyev də şahidlik edir ki, o zaman rus dilini yaxşı başa düşməsə də, söhbətin mənasını anlayıb. Rəşid Behbudov müxbirdən orada çəkiliş aparılıb-aparılmadığını soruşub. Həmin jurnalist geri qayıdanda həmin kaseti Rəşid Behbudova verib. 1988-1989-ci illərdə Dağlıq Qarabağ problemi başlayanda böyük sənətkarımız ərazi məsələləri üstündə Mixail Qorbaçovla dalaşıb və erməni tarixinin uydurma olduğunu sübut etməkdən ötrü həmin kaseti Mixail Qorboçova verib. Bunu Rəşid Behbudovun yoldaşı da təsdiq edir. Rəşid Behbudov xəstəxanada yatanda xanımına deyib ki, kaset məsələsinə görə onu aradan götürəcəklər”.

Y. Mahmudov deyib ki, bu faktla bağlı əsas məqamlardan biri sovet hökumətinin liderlərindən olan Anastas Mikoyanın Stepan Şaumyanla bağlı izi itirməyə çalışmasıdır: “Mikoyan uzun müddət izi itirməkdən ötrü məlumat verib ki, guya o, Şaumyanla bağlı Hindistan arxivlərinə sorğu göndərib və ona orada heç bir sənədin olmamasını deyiblər. Guya onun oğlu Serqo Mikoyan da eyni şəkildə arxivlərə müraciət edib. Guya bu sənəd tapılmayıb. İngilis jurnalisti Brayn Pirs isə Hindistana, Dehliyə gedərək arxivə müraciət edib. Arxivdən ona arayış veriblər ki, Mikoyan soyadlı şəxslər həmin arxivə müraciət etməyiblər. Bunların hamısı çox aydın sübut edir ki, güllələnən “26-lar” sırasında Şaumyan olmayıb”.

Y. Mahmudovun sözlərinə görə, sovet dövründə turizm xətti ilə Hindistana gedən şəxslərdən Stepan Şaumyanın Hindistanda qaldığı evlərdə olanlar da olub: “Həmin adamların çoxunu üzə çıxaranda biri xəstələnir, biri demək istəmir. Vəd edirəm ki, bu məsələ dərindən araşdırılacaq. Hazırda xarici ölkələrin arxivlərində iş gedir. Mən bunu bütün təfsilatı ilə açmaq istəmirəm, çünki dərhal bunun əleyhdarları meydana çıxır. Biz Hindistandakı arxivlərlə əlaqədar işlər də görürük. Yəqin ki, bu iş bir nəticə verəcək”.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 1
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.