Bilməz » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Poeziya » Bilməz
 
 » İstirahət » Poeziya » Bilməz

     
 
İstirahət » Poeziya: Bilməz
 
 
Müəllif: Abdullah | 10 Fevral 2010 | 12338 dəfə oxunub
http://zeka.az/309-bilmjz.html

   “Allah istədiyi kəsin ruzisini bol edər, ya da azaldar. İnsanlar isə dünya həyatını sevirlər, halbuki, dünya həyatı axirət həyatının müqabilində azacıq maldan başqa bir şey deyil“.

(Rəd surəsi, ayə 26)

                                     Bilməz

             Zillət yolunun sadiqi millət nədir bilməz

             Millət yolunun aşiqi zillət nədir bilməz.


             Millət və Vətən eşqi də Allah üçün olsun

             Çün özgə təmənnayla məhəbbət nədir bilməz.


             Millət ucalar din və ibadət ilə ey xəlq!

             Dinsiz yaşayan məxluqat ümmət nədir bilməz.


             Quransız ötən gün nə deyib ömrə yazılsın?

             Peyğəmbərə biganə də sünnət nədir bilməz.


             Təqvayla olur Əhli-beyt sevgisi, eşqi

             Təqvasız olan Əhli-Muhəmməd nədir bilməz.


             Sığmaz din ilə dünya, könül, bir sinə altda

             Dünya kimə cənnətdisə Cənnət nədir bilməz.

                                                             Altay Cəmil





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.