Əbülfət Məhəmməd ibn Əbdülkərim Əş-Şəhristani (1076-1153) » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Əbülfət Məhəmməd ibn Əbdülkərim Əş-Şəhristani (1076-1153)
 
 » Elm və mədəniyyət » Dahilər » Əbülfət Məhəmməd ibn Əbdülkərim Əş-Şəhristani (1076-1153)

     
 
Elm və mədəniyyət » Dahilər: Əbülfət Məhəmməd ibn Əbdülkərim Əş-Şəhristani (1076-1153)
 
 
Müəllif: Zaur | 11 Fevral 2010 | 12768 dəfə oxunub
http://zeka.az/311-zhbglfjt-mjhjmmjd-ibn-zhbdglkjrim-zhe-ejhristani-1076-1153.html

Əbülfət Məhəmməd ibn Əbdülkərim Əş-Şəhristani (1076-1153)

  Məhəmməd peyğəmbərin (s) rehlətindən100 il sonra müsəlmanlar İspaniyadan Əfqanıstana qədər uzanan bir ərazini əhatə edən dövlətə sahib oldular. Sonrakı 4 əsr coşqun intellektual inkişaf əsri olmuşdur. Həmin dövrdə İslam mütəfəkkirləri həm özlərinin ənənələri və həm də əldə etdikləri ölkələrin əhalisinin mədəni və dini irsini fəal surətdə öyrənməyə başlamışdılar. Həmin müsəlman mütəfəkkirləri içərisində xüsusi yeri olan alimlərdən biri də Əbülfət Məhəmməd ibn Əbdülkərim Əş-Şəhristani hesab olunur. O haqlı olaraq ” İslam ensiklopediyaçısı ” adını qazanmışdır. “ Orta əsr şərqi dinlərinin əsas tarixçisi ” sayılan Şəhristani Yaxın Şərq, Cənubi Asiya və Aralıq dənizi ətrafında yaşayan xalqların dinləri və dini-fəlsəfi təlimlərinin konseptual inkişafı, qarşılıqlı mədəni təsiri problemlərini sistemləşdirmişdir. Onun həyatının tarixi haqqında məlumat olduqca azdır. Şəhristani ilahiyyatı və fiqh elmini öyrənmişdir və onun şəxsi fəlsəfi və dini zövqləri məsələsi mübahisəli məsələdir. Özünün ən güclü əsəri olan “ Dinlər və təriqətlər haqqında kitab ” (“ Kitab əl-Miləl və Ən-Nihəl ”) ilə yanaşı ilahiyyat haqqında “ Kəlamda demonstrasiyanın kuliminasiyası ” (“ Kitab nihayət əl-ikdam fi ilmi əl-kəlam ”) adlı kitabını da yazmışdır. Adətən Şəhristaninin “ Dinlər və təriqətlər haqqında kitab ” ı  nı mütəxəssislər Yaxın Şərq və Aralıq dənizi ətrafı xalqların dinlərinin və dini fəlsəfi təlimlərinin qısa ensiklopediyası adlandırırlar.

  Məhəmməd ibn Əbdülkərim 1076-cı ildə Xorasanın şimalında Şəhristan şəhərində anadan olmuşdur. O, ənənəvi müsəlman təhsilini almış, Nişapurda və Kürgəncdə zəmanəsinin ən görkəmli alimlərini dinləmişdi. Xorasanı və Xarəzmi başdan-ayağa gəzmişdir. Həmin yerlərdə xəlifəliyin ən məşhur alimləri ilə maraqlı disputlar aparmışdır. Məşhur olmağı ilə yanaşı müasirləri arasında tənqidçiləri də olmuşdur. Onlar Şəhristanini batini-ismaililərin fəlsəfi arqumentasiyalarına bağlılığına görə məzəmmət edirdilər. 1116-cı ildə Şəhristani Məkkə ziyarətindən qayıdarkən Bağdadda yubanmalı olur. O, məşhur Nizamiyyə mədrəsəsində üç il mühazirə oxuyur.

  Şəhristaninin dini-siyasi baxışlarını birmənalı qiymətləndirmək olmaz. Bir tərəfdən o əşəri teoloqu kimi çıxış edir digər tərəfdən ismaili baxışlarının filosofu və xətibi olmuşdur. Səlcuqi sultanı Səncər(1118-1157) ilə şəxsi münasibəti olan adamlar içərisində Şəhristaninin də adını çəkirlər. Sultan Səncər həm də ismaili səbbahitlərlə əlaqə saxlayırdı. Şəhristaninin tələbəsi Əbu Səd Səmani xatırladır ki, onun müəllimini ismaili-nizaritlərlə əlaqəsinə görə günahlandırırdılar, çünki Şəhristani onlar üçün adamlar cəlb edirmiş. Onu həm də mühazirələrində nə Qurandan, nə də Məhəmməd peyğəmbərdən (s) sitatlar çəkmədiyinə görə qınayırdılar. Şəhristaninin teoloqiya və fəlsəfəyə dair çox saylı əsərləri olmuşdur. Zəmanəmizə gəlib çatmış 4 əsərindən başqa, mənbələr onun 10-dan artıq əsərinin adını çəkir. Onun əsərləri içərisində “ Dinlər və təriqətlər ” kitabı önəmli yer tutur. Şəhristaninin kitabının fərqləndirici cəhəti müxtəlif nöqteyi-nəzərlərin izahında təsvir xarakteridir. Şəhristaninin ərəb dilində yazdığı dini və fəlsəfi təlimlər tarixi haqqında başlıca əsərlərinin xülasəsində V.V. Bartold “ Kitab əl-miləl və ən-nihəl ” əsərini çox yüksək qiymətləndirmişdir.   

  Məlumatdan istifadə etdikdə istinad zəruridir! 




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 10)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 8
Robot: 2
Qonaq: 6
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.