Dua etmək » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Dua etmək
 
 » Din » Əxlaq » Dua etmək

     
 
Din » Əxlaq: Dua etmək
 
 
Müəllif: Abdullah | 12 Fevral 2010 | 12781 dəfə oxunub
http://zeka.az/312-dua-etmjk.html

Dua etmək

      Bəndələrim məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam, dua edib məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da mənim çağırışımı qəbul edib mənə iman gətirsinlər...  (Bəqərə, ayə 186)

Görəsən bizi Yaradan, bu dünyada məskunlaşdıran, şüur və bədən sahibi edən Allaha lazımı qədər yaxınıqmı?

   Allahı yalnız çətinlikdə yad edirik, yoxsa hər an dilimizdə və xatirimizdədir ? Dua edəndə Onun bizə çox yaxın olduğunu, pıçıltı ilə tələffüz etdiyimiz və ürəyimizdən keçirdiyimiz hər sözü eşitdiyini dərk edirikmi? Dua Allahla insanlar arasında əlaqə yoludur. Allahla əlaqə yaratmaq ehtiyacı isə insanın təbiətində,  yaradılışında mövcuddur.

  İnsanlar üçün dua etmək  həyatlarının ayrılmaz və çox təbii bir hissəsi olduğu halda əksəriyyəti üçün ancaq böyük çətinliklərə məruz qalarkən,  həyatına tuşlanan təhlükələrlə üzləşərkən xatırlanan bir ibadətdir.

Əksər insanlar duanı çətinliyə düşəndə, əllərindən  gələn bütün ehtimallar yoxlanandan sonra Allahı xatırlamaq şəklində başa düşürlər. Bu cür insanlar yaşadıqları sıxıntıya son qoyulduqdan sonra yeni bir çətinliklə üzləşənə qədər

Allahı  yaddan çıxarır və ondan bir şey tələb etməyi ağlının ucundan belə keçirmirlər. Hazırdakı cəmiyyətlərdə diqqəti cəlb edən bir məqam özünü büruzə verir, bu bəzi başqa ibadətlər kimi duanın da tərk edilmiş bir ənənə olaraq nəzərdən keçirilməsidir. Buna görə də bəzi insanlar çətinliyə düşməmiş və ya faciə ilə qarşılaşmamış Allaha dua etmək ehtiyacı hiss etmirlər. Hətta bəziləri duanı keçmiş dövrlərdən  günümüzə qədər gəlib çatmış vərdiş olduğuna inanırlar. Hansı ki,  Allah - təala buyurur : ,, Əgər duanız olmasa Rəbbinin yanında nə qədər qiymətiniz olar? “ (Furqan,  ayə 77) Təkcə kasıb, xəstə və çətin şəraitdə yaşayan bir adamın, imkanlı və ya sağlam bir şəxsə nisbətən duaya daha çox ehtiyacı olduğunu fikirləşmək, duanı kökündən səhv başa düşməkdi. Əli (ə) buyurur: ,, Bəla dalğalarını dua ilə geri qaytarın. Başı bəlalar çəkmiş şəxsin duaya olan ehtiyacı – xoşbəxt yaşayan, ancaq bəladan amanda olmayan şəxsdən çox deyil... “ (Biharul ənvar,  səh 301) Digər bir hədisdə Peyğəmbər (s) buyurur: “ Dua möminin silahı, dinin sütunu, səmaların və yerin nurudur...” (Əl-Kafi c 2 səh 300 hədis 37) Dua insan qarşısına çıxa biləcək çətin və ya asan hər cür vəziyyəti və bütün hadisələri  Yaradanın təqdirinə həvalə etməsidir. Kaş ki, biz insanlar duanın nə olduğunu olduğu kimi dərk edə biləydik!

İlahi! Nə çox çətin bəlalar olub ki, məndən döndəribsən, mən çarəsiz olarkən duamı qəbul edibsən, səhvimi və xətamı bağışlayıbsan, sonsuza qədər Sənə şükürlər olsun! Sən hər şükürə və tərifə layiqsən!

Məlumatdan istifadə etdikdə istinad zəruridir!     




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 7)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.