Azərbaycanlı seysmoloqdan təhlükəli proqnoz » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycanlı seysmoloqdan təhlükəli proqnoz
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycanlı seysmoloqdan təhlükəli proqnoz

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Azərbaycanlı seysmoloqdan təhlükəli proqnoz
 
 
Müəllif: Carchi | 13 Fevral 2010 | 12353 dəfə oxunub
http://zeka.az/314-azjrbaycanld-seysmoloqdan-tjhlgkjli-proqnoz.html

Azərbaycanlı seysmoloqdan təhlükəli proqnoz

Elçin Xəlilov bu ildən seysmik fəallığın artacağını deyib

Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, seysmoloq Elçin Xəlilov zəlzələ ilə bağlı qorxuducu proqnoz verib. Zəlzələni 85 faiz əvvəlcədən xəbər vermək qabiliyyətinə malik sistem yaradan seysmoloq 3 il sonra dünyada böyük seysmik fəallığın yaşanacağını bildirib. "Dünyada 2010-cu ildən başlayaraq seysmik fəallıq artacaq. Bu fəallıq 2013-2015-ci ildə yüksək həddə çatacaq. Dünyadakı bütün gərginlik mərkəzləri boşalacaq, bu da dünyanın 80 faizində zəlzələ olacağı deməkdir.

İstanbul, İzmir, San-Fransisko, Los-Anceles, Alma-Ata, Meksika kimi şəhərlərdə güclü zəlzələ riski var. Çin, İndoneziya, Yaponiya da risk altındadırlar. Bu ilin sonunda hamı bunu görəcək. Dünyanın geoloji quruluşunda ciddi dəyişiklər olacaq. Günəş də öz fəallığını göstərəcək".

O, dünyanın 16 ölkəsinin mütəxəssislərinin bir ay içərisində həm BMT-ni, həm də dünya ictimaiyyətini bu barədə məlumatlandıracağını deyib.

Məlumata görə, E.Xəlilov özünün yaratdığı sistemi indi Türkiyədə qurmaq üçün danışıqlar aparır. Seysmoloq "Atropatena" adlı cihazın mövcud sistemlərə görə, daha həssas olduğunu və dəqiq ölçmə aparmaq qabiliyyətində olduğunu bildirib. O, 2000-ci ildə Bakıda və 2008-ci ildə Çində baş verən zəlzələləri əvvəlcədən müəyyən etdiyini qeyd edib. "Cihaz Cenevrədə patent alıb. Bu yeni elmi kəşfdir".ANS





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.