Özümüzü islah edək! » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Özümüzü islah edək!
 
 » Sağlamlıq » Psixologiya » Özümüzü islah edək!

     
 
Sağlamlıq » Psixologiya: Özümüzü islah edək!
 
 
Müəllif: Zeyneb | 13 Fevral 2010 | 12323 dəfə oxunub
http://zeka.az/315-gzgmgzg-islah-edjk.html

Özümüzü islah edək!

          İnsanın hədəfi düz olmasa, əməli də düz olmayacaq. Psixoloqlar əxlaqın formalaşmasında – mühiti, tərbiyəni, irsiyyəti mühüm tutur. Əslində bunların insan əxlaqı üçün vəhdət təşkil etdikləri zaman rolu böyükdür. Təzadlı hallar da var. İnsan pis mühitə düşüb əxlaqsız ola bilər. Din alimləri buna belə izahat verirlər: “ Günahı çox edən adamla oturub-durmaq düzgün deyil, çünki onlar insana günahı adi bir hal kimi göstərər və nəticədə insan günah içində boğular. Amma tarixdə insanlar olub, məsələn: Fironun xanımı kimi. Onun mühiti nəinki pis idi, hətta ətrafında özünə uyğun bir kəs də yox idi. Lakin o, imanını qorudu və dərəcəyə çatdı. Demək ki, insanın öz ağlı, iradəsi, məntiq və zəkasından çox şey asılıdır.

      Gəlin öz həyat tərzimizdə də buna önəmli yer verək. Allahı – Onun qanunlarını inkar etmədən öz əqidəmizlə yola gələk. Bir şəxsi qınayanda da Allahın əmrindən çıxdığı üçün qınayaq. Daha bir şəxsi öz mənfəətimizə, çıxarlarımıza görə mühakimə etməyək. Özümüzü kiçik səviyyəyə endirməyək. Biz Allahın xəlifələriyik. Yaraşarmı bizə belə şeylər? Oturub ailəmizlə mehribancasına axşam yeməyi yemək əvəzinə kiminsə qeybətini qırırıq, özü də övladlarımızın yanında.

      Hörmətli valideynlər! İndi etdiyiniz hər bir əməl gec-tez övladınızda özünü büruzə verəcək. “ Yetər! “ – deyin pis düşüncələrə... Hər gün bir yeni (yaxşı) əməl edin. Dünyanızı, axirətinizi gözəlləşdirmək üçün! Hələ heç nəyə gec deyil. Allah sevir tövbə edən günahkar cavanı. Hər nə olubsa keçib... Həyat gözəldir! Bu gün depressiyadan əziyyət çəkən insanların sayı getdikcə artır. Növbənöv xəstəliklər baş alıb gedir. Gəlin hər şəraitdə, mühitdə, ailədə, qohumlar arasında Haqqa Haqq deyə bilək. Bu əslində böyük əməl olmaya bilər. Amma insan daim bunu özünə örnək tutmalıdır ki, həyatda meyar insanların abrını tökmək deyil, günahları araşdırmaq deyil.

     Təhsilimizi mükəmməlləşdirək... Ailəmizi sağlamlaşdıraq... Dostlarımızı ələkdən keçirək və s.

     Bunlardan başlasaq artıq yolun startını keçmiş olarıq. Finiş də görüşmək ümidilə...

Psixoloq:  Zeynalova Zeynəb

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 3
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.