Məhərrəm ayının “Qasım otağı” şəbihilə səhnəyə qədəm qoyan M.Sənani » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Məhərrəm ayının “Qasım otağı” şəbihilə səhnəyə qədəm qoyan M.Sənani
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Məhərrəm ayının “Qasım otağı” şəbihilə səhnəyə qədəm qoyan M.Sənani

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Məhərrəm ayının “Qasım otağı” şəbihilə səhnəyə qədəm qoyan M.Sənani
 
 
Müəllif: Carchi | 14 Fevral 2010 | 12749 dəfə oxunub
http://zeka.az/317-mjhjrrjmlik-aydndn-vqasdm-otaddv-ejbihindjn-sjhnjyj-qjdjm-qoyan-mghsgn-sjnani.html
            Bu gün, ömrünün 50 ilini Azərbaycan teatr sənətinə həsr edən dahi Azərbaycan aktyoru Möhsün Sadıq oğlu Cəfərovun (Sənani) vəfatından 29 il ötür. O, 19 iyun 1900-cu ildə Tiflis şəhərinin Şeytanbazar məhəlləsində ruhani ailəsində anadan olmuşdur. O, 4-5 yaşında ikən ata-anasını itirmiş, nənəsinin himayəsində qalmışdır. 1906-cı ildə nənəsi Möhsünü mədrəsəyə qoyur. Uşaqlıqdan İmam Hüseynin (ə) əzadarlıq məclislərinə, oxunan mərsiyə-qəsidələrə böyük həvəsi olan Sənani, mədrəsədə digər dərslərlə yanaşı, həm də mərsiyəxanlıq sənətini öyrənir.
Səhnə həvəsi Sənanidə yeniyetmə yaşlarından baş qaldırmışdı. O, yerli teatrların və Tiflisə qastrola gələn artistlərin tamaşalarına böyük həvəslə baxırdı. Möhsün həm teatr aktyorlarının oyununa, həm də meydanlarda əzadarlıq məclislərində oxuyanların səsinə fikir verir və onları təqlid edir.
1911-ci ildə Möhsün Sənani ilk dəfə geniş izdiham qarşısına çıxaraq şirin və məlahətli səsi ilə müqəddəs Məhərrəmlik ayında göstərilən şəbih tamaşalarında "Qasım otağı" epizodunda çıxış edir. "Hicaz" muğamı üstündə oxuduğu mərsiyə-qəsidənin xoş sədası məhəlləyə yayılır . Tiflis şəhərində azərbaycanlıların “Müsəlman artistləri dəstəsi”-nin məşhur aktyoru Mirzəxan Quliyev onu şagird və yeniyetmələrin dram dərnəyinə dəvət edir .1914-cü ilin axırlarında aktyorluğa ciddi maraq göstərən, səylə çalışan Möhsün Sənani taleyini ömürlük səhnə sənətinə bağlayıb.
Gənc olmasına baxmayaraq, az bir zaman içərisində ona Heydər bəy, Süleyman bəy, Vəli ("Arşın Mal Alan"), Hambal ("Məşədi İbad"), Rzaqulu ("Nadir Şah"), Kasio ("Otello") kimi məsul rollar tapşırılmışdır. Həmin rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradır, ona həqiqi aktyor şöhrəti qazandırır. M.Sənani 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışır. M.Sənani 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayır. O, nəinki teatrda, eləcə də kino sənətində də çox yadda qalan, təkrarolunmaz rollar ifa etmişdir. Bunlardan "Səbuhi", "O olmasın, bu olsun", "Sehrli xalat" və s. filmləri qeyd etmək kifayətdir. Bundan başqa o, onlarla teatrda əsas rolları oynayıb.
Aktyorun yumor istedadının güclü cazibə qüvvəsi vardı və bu məhrəmlik onun öz tamaşaçı qüvvəsini yetişdirmiş, onları kökləmişdi. Sənətkarın istedadına, səhnəyə hər çıxışa məhəbbət ruhuna görə Möhsün Sənani Azərbaycan Respublikasının əməkdar artisti (17 iyun 1943) və xalq artisti (21 iyul 1949) fəxri adlarına layiq görülüb.
Möhsün Sənani 11 fevral 1981-ci ildə Bakıda vəfat edib və ikinci Fəxri xiyabanda dəfn olunub/Deyerler.org                                          




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 4
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.