İdmandan hədəfimiz nədir? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » İdman » İdmandan hədəfimiz nədir?
 
 » Sağlamlıq » İdman » İdmandan hədəfimiz nədir?

     
 
Sağlamlıq » İdman: İdmandan hədəfimiz nədir?
 
 
Müəllif: Admin | 7 Avqust 2009 | 13247 dəfə oxunub
http://zeka.az/32-304dmandan-h601d601fimiz-n601dir.html

İdmandan hədəfimiz nədir?

 

İdmançılar xalq arasında yüksək ehtirama malikdirlər. Xüsusilə də ölkə daxili yaxud xarici yarışlarda (çempionatlarda) medal və qələbə qazanmış  idmançılar. Onların qazandıqları qələbə, adlarının xalq arasında məşhurlaşmasına zəmin yaratmışdır. Hətta idmana məhəbbəti olmayan şəxs də heç olmasa xəbərlərə baxdıqda idman xəbərlərində ya xəbər başlıqlarında həmyerlisindən birinin dünya səviyyəsində milli himnimizin çalınmasının müşayətilə vətənimizin bayrağını qaldırdığını görmüşdür. Doğrudan da idmançı üçün o andan üstün heç nə yoxdur. Hər bir idmançının arzusu o zirvəyə çatmaqdır. Sonralar belə idmançılar xalq arasına çıxan kimi hamısı onu barmaqla göstərir, cavanlar ondan avtoqraf istəyir və başqa birisi onunla şəkil çəkdirmək istəyir. Hətta bu məşhurluq o qədər onun həyatına təsir qoyur ki, dövrümüzdə bəzi idmançıların bu məşhurluğu  sayəsində gələcəkdə siyasətdə də yüksək vəzifələrə qalxdığının şahidi oluruq. Məsələn: Müşhadəçilərin fikrincə hal-hazırda Amerikanın Kaliforniya ştatının qubernatoru Arnold Şvarçneqrin qubernator seçilməsində (aktyor və kino ulduzu olmaqla bərabər) idmançı olmağının da xüsusi rolu olmuşdur. Xalqına xidmət etməyi özünə borc və vəzifə bilən bir idmançının yüksək mərtəbələrə ucalmasının və elə bu müqəddəs hədəfə (xalqa xidmətə) çatmaq üçün öz məşhurluğundan istifadə etməsinin heç bir zərəri yoxdur. Lakin bəzən xalq arasında özünə mövqe qazanmış idmançıların bəzisi öz məşhurluğundan sui istifadə də etmişlər. Ən azı öz rəqibini aradan götürməsindən tutmuş, yüksək vəzifə sahibi olub əlinə düşən imkanlardan öz şəxsi mənafei üçün istifadə etməsinə qədər. Belə olan halda idmançıların həqiqi çöhrəsi bizim üçün aşkar olur. Bir vaxtlar bütün dillərdə adı gəzən,  mətbuatda adı tez-tez çəkilən bir idmançının əxlaqdan, ədəbdən və özünün müqəddəs idmançı hədəflərindən əl çəkib dünya, pul, vəzifə və şan-şöhrət qazanmaq naminə çirkinliklərə əl atmış olması təsəvvürümüzə belə gəlməz. Necə ki, xəbərlərdə bəzən bəzi idman ulduzlarının narkomaniya və insan alverində, cavan pərəstişkar qızların aldadılmasında, hətta qətl hadisəsində iştirakını görürük. Onda bilirik ki, belələri üçün idmanda hədəf xalqa xidmət, vətənin adını ucaltmaq və təbii ki, bununla da özünün fərəh hissi duyması deyil, nəfsin istəklərinə nail olmaqdır. O, idmanı sadəcə olaraq, öz çirkin istəyinə çatmaq üçün vasitə qərar vermişdir. Belə mövqe isə bəzilərinin dili ilə desək: “hədəf (məqsəd) vasitəyə bəraət qazandırır” ideologiyasıdır ki, milli-mənəvi dəyərlərimizə uyğun deyil. Həm hədəfimiz müqəddəs olmalıdır, həm də hədəfə çatmaq üçün seçdiyimiz vasitə. Əgər belə olmasa gərək əvvəlcədən idmanda hədəf və məqsədimizi paklaşdıraq. Yox əgər idmandan məqsədimiz şan-şöhrət, vəzifə, pul qazanmaq olsa bu insanlığın uca zirvəsi ilə uyğun gəlmir.

Sonda 8-ci imamımız həzrət Riza (ə)-ın hədəf və məqsəd haqqında buyurduğunu diqqətinizə çatdırırıq: ”Allah xeyir bir iş qəsd edib sonra onu yerinə yetirən şəxsə, yaxud pis bir iş qəsd edib onu yerinə yetirməkdən çəkinən şəxsə rəhm etsin.” (Nəfslə cihad, səh. 169)

Uca Allahdan vətənimizin bütün idmançılarının bu müqəddəs yolda müvəffəqiyyət qazanmasını diləyirik. Amin!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 68
 (səs sayı: 3)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 10
Robot: 4
Qonaq: 6
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.