Tək olan vaxt » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Lətifələr » Tək olan vaxt
 
 » İstirahət » Lətifələr » Tək olan vaxt

     
 
İstirahət » Lətifələr: Tək olan vaxt
 
 
Müəllif: muslim | 16 Fevral 2010 | 12914 dəfə oxunub
http://zeka.az/323-tjk-olan-vaxt.html

Tək olan vaxt

        Hakim məhkəmədə əxlaqsızlıq edib qanunsuz yolla dünyaya uşaq gətirən qadından (qızdan) soruşur. Siz uşağın atasının həqiqətən filankəs olduğuna şahid gətirə bilmədiniz, heç olmasa bir kişi ilə evlənməyinizə ya nikah kəsdirdiyinizə dair bir neçə şahid gətirin.

Qadın: Mən bir neçə rəfiqəmə dedim, amma onlar gəlmədilər.

Hakim: Nə ücün?

Qadın: Adətən belədir. Dostlar adamı belə vaxtlarda tək qoyurlar .

 DiqqətAzyaşlılar arasında hamiləlik İngiltərədə əsl qlobal problemə çevrilib.

2002-ci ildən indiyədək 15 yaşdan kiçik 63 min 587 azyaşlı ana olub.   

Aparılan araşdırmalara görə, son 8 il ərzində ibtidai məktəbi bitirməmiş 54 qız hamilə qalıb. Onlardan 15-nin cəmi 10, 39-nun isə 11 yaşı olub.

Hökumətin açıqladığı rəqəmlərə görə, İngiltərə və Uelsdə hər il 13 və daha az yaşı olan 300 azyaşlı hamilə qalır. 2002-ci ildən indiyədək 15 yaşdan kiçik 63 min 587 azyaşlı ana olub. Onların yaş səviyyəsi belədir: 12 yaşında 268, 13 yaşında 2 257, 14 yaşnda 14 777 və 15 yaşında 45 861.

Hamilə qalan azyaşlıların 60 faizinin abort etdirdiyi də nəzərə alınsa, statistik göstəricilərdə əks olunmayan hamiləlik hallarının sayının daha çox olduğu görünür.

Kent Universitetinin nümayəndəsi Frank Furedi yaranmış vəziyyəti “faciəvi” adlandırıb.ANS

Əziz oxucular xatırladırıq ki, yuxarıdakı xəbərdə qeyd olunmasa da məlumatınız vardır ki, bu deyilənlər evlənənlərə aid deyil, əxlaqsızlıq və qeyri-rəsmi cinsi (seksual) pozuntuların nəticəsində yaranmışdır. Çünki bildiyiniz kimi İngiltərədə qanunda gələn rəsmi evlənmək yaş həddi xəbərdə verilənlə uyğun gəlmir ki, bu nəticənin evliliklə əlaqədar yarandığını düşünək. Necə ki, professor Frank Furedi yaranmış vəziyyəti “faciəvi” adlandırır. Hətta bəzi xəbər saytları professorun dilindən əlavə olaraq bu cümləni yazırlar:  ” Rəy sorğusunun bizə göstərdiyi nəticə cinsi və intim (seksual) məsələlərin uşaqların yanında baş verməsindən  irəli gəlir”. Bəli televizor, kino və s. verlişlərin az yaşlılara nəyi təlqin etdiyini çoxları bilmir. Alimlərdən biri demışkən: “ Televizor evdə valideynlərin yerini doldurub.” Gəlin gizlətməyək, bu gün bizdə vəziyyət Avropada olduğu kimi olmasa da, çox da ürək açan deyil. Hamımız gündən günə cəmiyyətimizdə mənəvi dəyərlərin aşağı düşməsinin şahidi oluruq. Pozğun filmlərin, çılpaq geyimlərin, televizorda verilən ya deyilən bəzi intim məsələlərin necə fəsadlar törətdiyini bilirik. Belə getsə vətənimizdə də rəy sorğuları bir gün bizə belə nəticələr göstərə bilər. Necə ki, bəzi rəsmi statistik məlumatlar bizə xətər təbilini çalır. İnşallah gələn bəhsimizdə daha bəzi nöqtələrə toxunacağıq.

Allah xalqımızı mənəvi dəyərlərdən ayırmasın!

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 12
Robot: 2
Qonaq: 10
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.