Çexiyanın Lidiçe şəhərindəki küçələrdən birinə Xocalı adı veriləcək » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Çexiyanın Lidiçe şəhərindəki küçələrdən birinə Xocalı adı veriləcək
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Çexiyanın Lidiçe şəhərindəki küçələrdən birinə Xocalı adı veriləcək

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Çexiyanın Lidiçe şəhərindəki küçələrdən birinə Xocalı adı veriləcək
 
 
Müəllif: Carchi | 17 Fevral 2010 | 12322 dəfə oxunub
http://zeka.az/324-gexiyandn-lidige-ejhjrindjki-kggjljrdjn-birinj-xocald-add-veriljcjk.html

Çexiyanın Lidiçe şəhərindəki küçələrdən birinə Xocalı adı veriləcək 

 Çexiyanın Lidiçe şəhərinin küçələrindən biri bundan sonra Xocalı adlandırılacaq. Bu barədə qərarı şəhərin icra hakimiyyəti qəbul edib.

"Lidiçe şəhər İcra Hakimiyyətinin başçısı Yosef Klima bu gün Azər-Çex Cəmiyyətinin sədri Elşən Nəzərova qəbul etdikləri tarixi qərarı təqdim edib", - cəmiyyətin məlumatında deyilir.

Qərara əsasən, bu iki şəhər bundan sonra qardaş şəhərlər olacaq.

Bu təşəbbüsü ilk dəfə Azərex Cəmiyyəti 2007-ci ildə irəli sürüb.

Lidiçe 1942-ci ildə faşistlər tərəfindən dağıdılıb, şəhər əhalisi isə terrora məruz qalıb. Xocalı və Lidiçe faciələrinin oxşarlığı da bundadır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı amansız qətliam törədilib, bir gecədə Xocalı şəhəri yerlə-yeksan edilib, dinc əhaliyə vəhşicəsinə divan tutulub. Bütün sivilizasiya normalarına zidd olan bu qanlı aksiyanı erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının hərbi qulluqçularından və zirehli texnikasından istifadə edilməklə törədiblər. Həmin alayın şəxsi heyətində milliyyətcə erməni olan 40-dan çox zabit və gizir olub. Qətliamda 613 nəfər Xocalı sakini amansızcasına öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70 nəfəri ahıl yaşda insanlar olub. Erməni vəhşiləri 8 ailəni tamamilə məhv edib, 487 nəfəri şikəst edib, Xocalı şəhərinin 1275 sakinini - qocalar, uşaqlar və qadınları girov götürüb, bu insanlara ağlasığmaz işgəncələr veriblər. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil.

Trend News





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 3
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.