Çingiz Abdullayev: Azərbaycan mütaliə səviyyəsinə görə » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Çingiz Abdullayev: Azərbaycan mütaliə səviyyəsinə görə
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Çingiz Abdullayev: Azərbaycan mütaliə səviyyəsinə görə

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Çingiz Abdullayev: Azərbaycan mütaliə səviyyəsinə görə
 
 
Müəllif: Carchi | 18 Fevral 2010 | 12283 dəfə oxunub
http://zeka.az/326-gingiz-abdullayev-vazjrbaycan-mgtalij-sjviyyjsinj-ggrj-ggrcgstan-vj-ermjnistandan-geri-qaldrv.html
 
Çingiz Abdullayev: “Azərbaycan mütaliə səviyyəsinə görə Gürcüstan və Ermənistandan geriqalır" 

           Gənclər və İdman Nazirliyi, İrəli İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Gənc Liderlər üçün Qış Universiteti” sessiyası çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib . APA-nın məlumatına görə, görüşdə Ç. Abdullayev bu kimi tədbirlərin keçirilməyini yüksək qiymətləndirib və iştirakçıların çoxsaylı suallarını cavablandırıb. Azərbaycanda Yazıçılar Birliyinin 1500 üzvü olduğunu qeyd edən katib, öz qonorarı hesabına yaşayan yeganə yazıçı olduğunu deyib: “Gəlirlərimin hamısı kitablardan, kinolardan, ssenarilərdəndir. 20 ildən artıqdır ki, Azərbaycandan pul almıram”. Xalq yazıçısı Qarabağ azad olmayınca Azərbaycanda çap olunan əsərlərinə görə pul almayacağını vurğulayıb. Kitablarının dünyada 27 dilə tərcümə olunduğunu bildirən Ç. Abdullayev gələcək planlarından da söz açıb. Yazıçı qeyd edib ki, yaxın vaxtlarda onun əsəri 28-ci dilə - Çin dilinə tərcümə olunacaq: “Hazırda tərcümə üçün icazə alınır. Eyni zamanda bildirim ki, bu vaxta kimi mənim ssenarilərim əsasında 8 film çəkilib. 9-cu filmin isə artıq çəkilişləri başlanılıb və bu film rejissor Ənvər Əbluc tərəfindən çəkilir. Sözügedən ekran əsəri Azərbaycan və İranın müştərək istehsalı olacaq”. Gənclərin mütaliə səviyyəsinə də toxunan yazıçı, hazırda bununla bağlı Azərbaycanda vəziyyətin ağır olduğunu açıqlayıb: “Statistikaya görə, bu gün Avropada mütaliə səviyyəsi 70%, İngiltərədə 62%, Sankt-Peterburqda 58%, Gürcüstanda 31%, Ermənistanda 29% təşkil etdiyi halda, Azərbaycanda bu cəmi 8% təşkil edir. Bu nəticənin dəyişməsi üçün biz gərək lazımi tədbirləri görək. Heç olmasa Gürcüstan və Ermənistana çatmalıyıq”.

                                     Azərbaycanda bəzi kitabxanalar bağlanacaq

            Ölkənin ucqar yaşayış məntəqələrində yerləşən, hətta şəhər və rayon mərkəzlərindəki bəzi kitabxanalar bağlanacaq. APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu Bərdə rayonunda səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəz Qarayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, ölkə ərazisindəki bütün kitabxanaların fəaliyyəti araşdırılır: “Fəaliyyətində qüsur olan, yararsız binalarda, hətta yaşayış evlərində yerləşən kitabxanalar oxuculara yetərincə xidmət göstərə bilməməklə yanaşı, həm də dövlət vəsaitinin havayı xərclənməsinə səbəb olur. Bunun qarşısını almaq üçün nazirlik qısa müddətdə tədbirlər planı həyata keçirəcək”.

            Əbülfəz Qarayev onu da əlavə edib ki, SSRİ dövründə inzibati idarə və təşkilatlarda, kolxoz və sovxoz binalarında yerləşən büstlər, ideoloji çağırışları əks etdirən lövhələr toplanacaq. Bu materialların toplanıb nümayiş etdirilməsi üçün paytaxt ətrafında ərazi ayrılacaq. Bu məkan bir növ açıq səma altında muzey kimi fəaliyyət göstərəcək.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 2
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.