Dəhşət filmi 14 yaşlı qızı iflic etdi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Dəhşət filmi 14 yaşlı qızı iflic etdi
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Dəhşət filmi 14 yaşlı qızı iflic etdi

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Dəhşət filmi 14 yaşlı qızı iflic etdi
 
 
Müəllif: Carchi | 18 Fevral 2010 | 12313 dəfə oxunub
http://zeka.az/327-djhejt-filmi-14-yaeld-qdzd-iflic-etdi.html

Dəhşət filmi 14 yaşlı qızı iflic etdi

            Minlərlə insan “Paranormal hadisələr” filminin təsirindən hələ də çıxa bilmir

Amerika kinematoqrafçılarının təzəlikcə lentə aldıqları “Paranormal hadisələr” (“Paranormal Activity”) dəhşət filmi İtaliyada qalmaqala səbəb olub. “The Telegraph” yazır ki, əgər Böyük Britaniya və ABŞ-da sözügedən filmə baxmaq üçün yaş məhdudiyyəti tətbiq edilmişdisə, İtaliyada istənilən şəxs bu filmə baxmaq imkanı əldə edib.

        Bu qorxunc filmin İtaliyadakı təqdimatından dərhal sonra ölkənin xilasetmə xidmətinə qorxu və təlaşdan sürəkli olaraq pis hallara düşən kinohəvəskarlarından zənglər daxil olmağa başlayıb. Həkimlərin sözlərinə görə, daha ağır hal qorxudan iflic vəziyyətinə düşən və xəstəxanaya yerləşdirilən 14 yaşlı qız uşağı ilə bağlı olub.

        Hətta vəziyyət o yerə çatıb ki, İtaliyanın müdafiə naziri İqnasio La Russa da vəziyyətə müdaxilə etməli olub. O, yerli televiziyalarda nümayiş etdirilən filmin reklam çarxınının minlərlə uşağı qorxuya saldığını bildirib. ANS





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.