Azərbaycanda əsərləri ən baha qiymətə satılan rəssamlar kimlərdir? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycanda əsərləri ən baha qiymətə satılan rəssamlar kimlərdir?
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycanda əsərləri ən baha qiymətə satılan rəssamlar kimlərdir?

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Azərbaycanda əsərləri ən baha qiymətə satılan rəssamlar kimlərdir?
 
 
Müəllif: Carchi | 19 Fevral 2010 | 13574 dəfə oxunub
http://zeka.az/329-azjrbaycanda-jsjrljri-jn-baha-qiymjtj-satdlan-rjssamlar-kimljrdir.html

Araşdırma zamanı məlum olub ki, Azərbaycanda əsərləri ən baha qiymətə satılan rəssam əməkdar incəsənət xadimi Sakit Məmmədovdur. Adı çəkilən rəssamın bir rəsm əsərinin qiyməti 30-40 min manat təşkil edir. Fransada yaşayan azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun da əsərləri 40-50 min arasında, bəzən 60 minə satılır. Ancaq rəssamın xaricdə yaşaması, əsərlərinin satışını orada həyata keçirməsinə imkan yaradır. Əsərləri baha qiymətə satılan rəssamlar sırasında Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov da var. Xalq rəssamının bir əsərinin qiyməti orta hesabla 30 min manat təşkil edir. Ancaq bu qiymət əsərin ölçüsünə, mövzusuna görə dəyişə bilər. F. Xəlilovdan 10 min manat məbləğinə də rəsm əsəri almaq olar. Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov da əsərləri baha satılan rəssamlar arasındadır. Rəssamın əsərlərinin qiyməti 30-40 min ətrafında dəyişir. Rəssam Mirzə Mikayılovun da əsərlərinin qiyməti 20-30 min təşkil edir. İttifaqın katibi Ənvər Qarayevin əsərləri isə 15-20 min manat arasında satışa çıxarılır. Kukla hazırlayan rəssamlar arasında ən çox gəlir əldə edən Elmira Aslanlıdır. Əldə etdiyimiz məlumata görə, Elmira Aslanlının bir kukla əsəri 15-20 min manata satışa çıxarılır.

Azərbaycanın mərhum rəssamların əsərləri də vaxt ötdükcə daha yüksək qiymətə satılır. Öyrəndik ki, bu gün bazarda görkəmli rəssam Səttar Bəhlulzadənin əsərlərinə çox böyük tələbat var. Səttar Bəhlulzadənin əl işləri 60 min, bəzən isə 100 min manata satılır.

Rəsm əsərinin qiyməti ölçüsündən, məziyyətindən, mövzusundan asılı olaraq dəyişir. Əsərlərin qiymətinin müəyyənləşməsi, daha doğrusu baha və ya ucuz satılmasında rəssamların aldığı fəxri adlar da təsir göstərir. Belə ki, xalq rəssamlarının əsərləri daha baha, əməkdar rəssamlarının əsərləri nisbətə aşağı, fəxri adları olmayan rəssamların əsərləri isə aşağı qiymətə satılır. Bu gün Azərbaycanda ən bahalı rəsm əsərinin qiyməti 60 min manatdır.

Xalçaçı rəssamlar arasında əsərlərinə daha böyük ehtiyac olan Eldar Mikayılov, Aydın Rəcəbov və Eldar Hüseynovdur. Satışa çıxarılan xalçaların qiymətində toxunuş, material və rəssamlıq qabiliyyəti kimi amillər nəzərə alınır. Xalçaların qiyməti ölçüsündən, rənglərin mürəkkəbliyindən, mövzudan, materialdan, eləcə də toxunuş sıxlığından asılı olaraq müəyyənləşir. Xalça əsərlərinin qiyməti 60-100 min manat arasında dəyişir. Araşdırma zamanı o da məlum olub ki, azərbaycanlı xalçaçı rəssam Eldar Mikayılova Roma Katolik Kilsəsindən xalça sifariş olunub və bu xalça 100 min manata satılıb.

Bu gün Azərbaycanda 500-1000 manata rəsm əsəri əldə etmək isə mümkünsüz hala çevrilib. Hazırda ölkəmizdə bu məbləğə əsər almaq mümkündür, ancaq bu əsərin peşəkarlığı şübhə altındadır. Xarici ölkələrdə isə 1000 dollara əsər almaqdan söhbət belə gedə bilməz. Çünki rəssamlara və rəsm əsərlərinə yüksək qiymət verən xarici ölkələrdə əsərlərin satış qiyməti 10 min dollardan başlayır. Azərbaycanda qiyməti min manatadək olan əsərlər və bu cür qiymətə satılan əsərlər professional hesab olunmur.

Bəs Azərbaycan Rəssamlar İttifaqı rəsm əsərlərinin qiymətinin müəyyənləşməsinə nəzarət edirmi? Apardığımız araşdırma zamanı məlum olub ki, peşəkar rəssamların toplandığı bu qurumda rəsm əsərlərinin qiymətinə nəzarət edilmir. Əvvəllər bu funksiyanı ittifaqın nəzdində qiymətləri müəyyənləşdirən bədii fond həyata keçirib, lakin hazırda qiymətlər razılaşma əsasında aparılır. Yəni hər rəssam öz əsərinin qiymətini özü müəyyənləşdirir. Maraqlıdır ki, digər sahələrdə ciddi problemə çevrilən müəlliflik hüququ problemi rəssamlıq sənətində demək olar ki, yoxdur. Hələlik Azərbaycanda heç bir rəssamın əsəri digər müəllifin adı ilə satılmayıb. Rəssamlar bunu çəkdikləri hər əsərə öz övladları kimi baxmaları ilə izah edirlər. Onların fikrincə, əsərin ucuz qiymətə olsa da, rəssamın öz adı ilə satılması daha məqsədəuyğundur. APA




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.