İlahi din tək, səmavi şəriət beşdir. » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 4-ü, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » İlahi din tək, səmavi şəriət beşdir.
 
 » Din » Əqidə » İlahi din tək, səmavi şəriət beşdir.

     
 
Din » Əqidə: İlahi din tək, səmavi şəriət beşdir.
 
 
Müəllif: Admin | 7 Avqust 2009 | 12349 dəfə oxunub
http://zeka.az/33-304lahi-din-t601k-s601mavi-351601ri601t-be351dir.html

İlahi din tək, səmavi şəriət beşdir.

Dəlillərdən güman edilir ki, vəhy səfirləri və böyük peyğəmbərlər tərəfindən bəşəriyyətə çatdırılan səmavi şəriətlərin hamısının həqiqət və mahiyyəti bütün əsrlərdə və zamanlarda bir olub. O sabit olan və bütün şəriətlərdə müştərək olan həqiqət Allahın təkliyinə, peyğəmbərliyinə, məada inam, şirk və küfrdən çəkindirməkdən ibarətdir. Bu etiqad sahəsində olan müştərək cəhətlərdir.

Müştərək fəri əməllər isə aşağıdakılardan  ibarətdir: Bir sıra ehtimallara əsasən ağlın    müstəqil dərk etdiyi və sadalayacağımızların ruhunu təşkil edən vacib və haramların rüknü (əsası) əslində elə İslam dininin də ruhunu təşkil edən Allah-Taala qarşısında təslimçilik və Ona bəndəçilikdir. Əlbəttə, bu özü də ilahi şəriət və iradənin nəzarəti ilə zaman və məkana uyğun olaraq üsul və füruata əlavə etmək və əskiltməklə müxtəlif  şəkillərdə icra olunur və ilahi peyğəmbərlər və şəriət sahibləri tərəfindən xalqa çatdırılır. Yəni, dəlillərə əsasən şəriət və şəriət sahibləri beşdir:

1-Həzrət Nuh (ə)-ın şəriəti,

2-Həzrət İbrahim (ə)-ın şəriəti,

3-Həzrət Musa (ə)-ın şəriəti

4-Həzrət İsa (ə)-ın şəriəti,

5-Həzrət Mühəmməd (ə)-ın şəriəti.

Sözümüzə sübut olaraq aşağıdakı ayələri misal gətiririk:

1- “Allah yanında (bəyənilmiş)din İslamdır”. (Ali-İmran surəsi, ayə 19)

2- “Ey Muhəmməd ümməti Allah-Taala sizin üçün bu dini təşrii edib Nuh peyğəmbərə tövsiyə etdi və sənə ey Muhəmməd vəhy etdi. Və bu dini elə İbrahimə, Musaya, İsaya da tövsiyə edib siz gərək bu dini dirçəldəsiniz və bir-birinizdən pərakəndə olmayın”. (Şura surəsi, ayə 13)

 3- “Biz hər ümmətə (qövmə) şəriət və yol müqərrər etdik”. (Maidə surəsi, ayə 48). Deməli hər şəriətdə mövcud olan sabit şəkildə “Din”, zaman və məkana münasib olan onun müxtəlif şəkillərə İlahi iradə və istəklə tənzim olub. Təbliğ olunan isə “şəriət” adlanır.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 68
 (səs sayı: 3)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 4
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.