Şəhid olan əsgərlərimiz bu gün torpağa tapşırılıb » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Şəhid olan əsgərlərimiz bu gün torpağa tapşırılıb
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Şəhid olan əsgərlərimiz bu gün torpağa tapşırılıb

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Şəhid olan əsgərlərimiz bu gün torpağa tapşırılıb
 
 
Müəllif: Carchi | 20 Fevral 2010 | 12801 dəfə oxunub
http://zeka.az/331-ejhid-olan-jsgjrljrimiz-bu-ggn-torpada-tapedrdldb.html

                                           Şəhid olan əsgərlərimiz bu gün torpağa tapşırılıb 

      Şəhid anası Pakizə Fərəcova: "Oğlum vətən yolunda şəhid olub və o bir ana kimi bununla fəxr edirəm"

Ermənistan silahlı qüvvələrinin fevralın 18-də Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıl Oba və Qapanlı, Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutması nəticəsində şəhid olan 3 əsgərimiz bu gün torpağa tapşırılıb.

     Qeyd edək ki, dünən tamas xətində baş verən atışma nəticəsində əsgər Məmmədov Sahil Novruz oğlu (10.04.1991 Şəki RHK 04.2009), kiçik çavuş Fərəcov Röyal Təşər oğlu (08.03.1991 Masallı RHK 04.2009), əsgər Rüstəmov David Sultanmuradoviç (22.07.1991 Xaçmaz RHK 10.2009 ) şəhid olub. Əsgər Adıgözəlov Elvin Murad oğlu (10.12.1990 Şəmkir RHK 01.2009) isə yaralanıb.

Valideynləri ilk övladlarının şəhid olmasını sarsıdıcı olsa da, bu ölümlə fəxr etdiklərini deyiblər.

     Şəhid anası Pakizə Fərəcova bildirib ki, oğlu vətən yolunda şəhid olub və o bir ana kimi bununla fəxr edir. “Bizim üçün çox çətindir. Oğlumun 6 aylıq körpəsi qaldı. Cəmi 18 yaşı var idi. Nə deyə bilərəm, yenə fəxr edirəm ki, oğlum el yolunda şəhid oldu”, - deyə şəhid anası bildirib.

    Şəhid Röyalın atası Təşər Fərəcov oğlunu vətən üçün xidmət etməyə göndərdiyini bildirib. “Mən oğlumu vətən yolunda göndərmişdim. Yəqin qismət belə imiş. Bir ata kimi fəxr edirəm”, - deyə o bildirib.

    Qeyd edək ki, Röyal Fərəcovlar ailəsində böyüyən 5 uşağın ilki idi. Ötən il martın 8-də anası xəstə olduğuna görə onu evləndiriblər. Ondan 6 aylıq körpə - Kamil yadigar qalıb. Allah rəhmət eləsin!ANS





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 11
Robot: 5
Qonaq: 6
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.