Günəşin enerjisi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2014-cü il, aprelin 25-i, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » Günəşin enerjisi
 
 » Din » Əqidə » Günəşin enerjisi

     
 
Din » Əqidə: Günəşin enerjisi
 
 
Müəllif: Zaur | 20 Fevral 2010 | 1122 dəfə oxunub
http://zeka.az/332-ggnjein-enerjisi.html

                                                                Günəşin enerjisi

        Günəş səthinin istilik dərəcəsi 11 min fahrenheit  ( alman ixtiraçısı və fiziki ) dərəcəsidir. Günəş mərkəzinin istilik dərəcəsinin isə 70 milyon fahrenheit olduğu təxmin edilir. Bu istilik mərkəzindən hər saniyədə 4 milyon, hər dəqiqədə isə 240 milyon ton işıq və istilik enerjisi fəzaya daxil olur.

        Ağıl bu işıq və istilik mərkəzinin əzəməti müqabilində heyrət etməyə bilmir: Milyon illərdir ki, bu yanar kürə öz nur və istiliyini yaymaqdadır, lakin hələ də bu bacarığı, qüdrəti tükənməyib öz qüvvəsində qalmışdır.

       Bu yanar kürə böyük bir fabrik kimi saniyədə 4 milyon ton enerji istehsal edir. Nəticədə öz sisteminin bütün planetlərinin – Merkuridən tutmuş, Plutona qədər – kiçik və böyük aylarına işıq və istilik verir. Onun şüaları 6 milyard kilometrə istilik verir. Yer Günəşə yaxın olan üçüncü planet kimi bu işıq və istiliyin çox az hissəsindən istifadə edir.

                                                                    Günəşin yaşı

      Günəşin ömrü haqqında irəli sürülən sonuncu nəzər – onun bəzi qonşu planetlər kimi 4-5 milyard illik ömrə malik olması nəzəridir. Yəni Günəşin 5 milyard yaşı var. O, Yerdən bir az yaşlıdır.

                                                                 Günəşin hərəkəti

      Bu sahənin alim və tədqiqatçıları uzun müşahidələr nəticəsində Günəşin də Yer kimi öz oxu ətrafında fırlanması qənaətinə gəlmişlər. Onun hər fırlanma dövrü təqribən 25 sutka çəkir. Yerin öz orbitində hərəkət istiqaməti, Günəşin fırlanması istiqamətində olur (yəni Yer Günəşin ətrafında hərəkət etdiyi istiqamətdə Günəş öz oxu ətrafında fırlanır). Bu hərəkətə isə Günəşin öz orbiti üzrə hərəkəti deyilir.

      Alimlərin tədqiqatlarına əsasən, Günəş sistemi öz ayları və planetləri ilə birlikdə, hər saniyədə 19 kilometr yarım sürətlə şimal nöqtəsinə doğru hərəkət edir. Bu hərəkətə isə Günəşin düz xətt boyunca hərəkəti deyilir.

      Günəşin üçüncü hərəkət növü – onun Qalaktikanın mərkəzi ətrafındakı hərəkətidir. Hər Qalaktika milyonlarla ulduz topasından ibarətdir, onların hamısı Qalaktikanın mərkəzi ətrafında dövr edir və onların hərəkət sürəti eyni deyildir. Mərkəzə yaxın və uzaqlığına görə onların dolanma sürəti fərqlənir.

       Bizim Günəş bizim Qalaktikanın bir hissəsidir. Günəş də bu Qalaktikanın digər ulduzları kimi, saatda 972 min kilometr sürətlə hərəkət edərək, Qalaktikanın mərkəzi ətrafında dövr edir. Günəşin dolanma orbiti o qədər genişdir ki. Qalaktikanın mərkəzi ətrafında bir tam dövrünü təxminən 220 milyon ilə başa vurur.

       Günəşin əzəməti və səmərəli fəaliyyəti haqqındakı bu qədər məlumat zənnimizcə kifayət edər.

                                           Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 11)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 2
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.