Milli Arxiv İdarəsinə yeni əlyazmalar təqdim olunub » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Milli Arxiv İdarəsinə yeni əlyazmalar təqdim olunub
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Milli Arxiv İdarəsinə yeni əlyazmalar təqdim olunub

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Milli Arxiv İdarəsinə yeni əlyazmalar təqdim olunub
 
 
Müəllif: Carchi | 21 Fevral 2010 | 12243 dəfə oxunub
http://zeka.az/336-milli-arxiv-ddarjsinj-yeni-jlyazmalar-tjqdim-olunub.html

Milli Arxiv İdarəsinə yeni əlyazmalar təqdim olunub

Bu sənədlər mühacirlərdən bəhs edir.

Artıq Azərbaycan oxucuları və tədqiqatçıları uzun illər vətəndən kənarda yaşayan və faliyyət göstərən çoxsaylı ziyalılarımız haqqında daha geniş informasiyalar əldə edə biləcəklər. Azərbaycanlı mühacirlərin xarici ölkələrdə saxlanılan arxiv materiallarının bir hissəsi ölkəyə gətirilib. Tarixi materiallar Türkiyə, Polşa və Almaniyadan toplanıb. Arxiv sənədlərini vətənə gətirən professor Nəriman Yaqublunun sözlərinə görə, müxtəlif qəzet və jurnallar, əlyazmalar, məktublar, fotolar və başqa materiallar ayrı-ayrı insanlardan, həmin ölkələrin kitabxanalarından əldə edilib.

Arxiv materialları arasında olan 200-dək sənəd Milli Arxiv İdarəsinə təhvil veriləcək. Azərbaycana gətirilən arxiv materiallar arasında Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəyli, Əbdürrəhman Fətəlibəyli-Düdənginskinin və başqalarının şəxsi məktubları, nəşr etdirdikləri jurnallar, qəzetlər, kitablar, fotolar və digər sənədlər var.

Arxiv sənədlərinin Azərbaycana gətirilməsi prezident yanında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi şurasının maliyyə dəstəyi ilə baş tutub.ANS





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.