Milli Qəhrəmanlara aid portalın təqdimatı oldu » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Milli Qəhrəmanlara aid portalın təqdimatı oldu
 
 » Milli Qəhrəmanlara aid portalın təqdimatı oldu

     
 
---: Milli Qəhrəmanlara aid portalın təqdimatı oldu
 
 
Müəllif: Carchi | 23 Fevral 2010 | 12291 dəfə oxunub
http://zeka.az/339-milli-qjhrjmanlara-aid-portaldn-tjqdimatd-oldu.html
Milli Qəhrəmanlara aid portalın təqdimatı oldu 

             Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbayacanın Milli qəhrəmanlarına həsr olunmuş www.milliqahraman.az portalının təqdimat mərasimi keçirilib. Tədbirdə portalın təşəbbüskarı Milli Məclisin uzvu Qənirə Pasayeva bildirib ki, belə bir internet saytın yaradılması çox önəmlidir və bundan sonra həm Azərbaycanda, həm də xaricdə yasayan soydaslarımız hər bir Milli Qəhrəman haqda ətraflı məlumat əldə edə biləcək.

            Deputat deyib ki, portaldakı məlumatlar daim yenilənəcək. "Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılması üçün apardığı mübarizə də daim portalda öz əksini tapacaq. Biz milli qəhrəmanlarımızı nə qədər yüksək səviyyədə təbliğ etsək, cəmiyyətimizə, xüsusən gənclərimizə tanıtsaq, o zaman hər kəs özü oxşamaq istədiyi qəhrəmanı seçəcək", - deyə Q.Paşayeva vurğulayıb.

          AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirib ki, portalda 210 Milli Qəhrəman barədə ətraflı məlumat verilməklə yanaşı, Xocalı soyqırımını əks etdirən materiallar da yerləşdiriləcək. Onun sözlərinə görə, portal bir neçə günə tam istifadəyə veriləcək və yaxın zamanlarda burada ingilis dilində də məlumat almaq mümkün olacaq: “Portalda təkcə 210 nəfər Milli Qəhrəmanla bağlı məlumatlar yerləşdirilməyəcək. Eyni zamanda bura daxil olan hər kəs əsir və girov götürülən 4459 nəfər vətəndaşımız, müharibə nəticəsində fiziki sağlamlığını itirən 44 mindən çox insan, o cümlədən şəhid olan 22 mindən artıq soydaşımız haqda da məlumat əldə edə biləcək. modern.az





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 3
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.