BMT Baş Assambleyası 21 martı Novruz Beynəlxalq Günü kimi tanıyıb » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » BMT Baş Assambleyası 21 martı Novruz Beynəlxalq Günü kimi tanıyıb
 
 » Xəbərlər » Həftə içi xəbərlər » BMT Baş Assambleyası 21 martı Novruz Beynəlxalq Günü kimi tanıyıb

     
 
Xəbərlər » Həftə içi xəbərlər: BMT Baş Assambleyası 21 martı Novruz Beynəlxalq Günü kimi tanıyıb
 
 
Müəllif: Carchi | 24 Fevral 2010 | 12402 dəfə oxunub
http://zeka.az/341-bmt-bae-assambleyasd-21-martd-novruz-beynjlxalq-ggng-kimi-tandydb.html

BMT Baş Assambleyası 21 martı Novruz Beynəlxalq Günü kimi tanıyıb 

      Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsinin press-relizində belə deyilir:

    "Novruz bayramının xalqımız üçün tarixi və milli əhəmiyyəti olduğu səbəbindən, onun BMT Baş Assambleyası tərəfindən Beynəlxalq Gün kimi tanınması məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən müvafiq qətnamə layihəsi hazırlanmış və ölkəmizin BMT yanında Daimi Nümayəndəliyinə digər dövlətlərlə razılaşdırılması və onun BMT-də qəbulunun təmin edilməsi üçün təqdim edilmişdir. Bu məqsədlə, Daimi Nümayəndəlik tərəfindən müəyyən müddət ərzində təbliğat-təşviqat işləri aparılmiş və bir sıra görüşlər keçirilmişdir", - press-relizdə deyilir.

Daimi Nümayəndə, Novruz bayramının qeyd edilməsinin tarixi, onun nəinki Azərbaycanda, o cümlədən dünyanın bir çox ölkələrində, o cümlədən Balkanlarda, Qara Dəniz hövzəsi ölkələrində, Qafqazda, Orta Asiyada və Yaxın Şərqdə ümumilikdə üç yüz milyon insan tərəfindən təntənəli şəkildə üç min  ildən artıqdır ki qeyd edilməsi barədə məlumat verərək, həmin bayramın özündə mehriban qonşuluq, qarşılıqlı hörmət, dözümlülük kimi qədim adət-ənənələri əks etdirdiyini vurğulayaraq, onun beynəlxalq əməkdaşlığın inkişafında mühüm rol oynadığını BMT üzv dövlətlərinin diqqətinə çatdırdı.

Daimi Nümayəndə, mədəniyyətlərarası dialoqun və anlaşmanın, həmçinin xalqlar arasında dözümlülüyün, mehriban qonşuluğun və həmrəyliyin təşviq edilməsi məqsədilə Novruz bayramının, yəni 21 mart tarixinin Novruz Beynəlxalq Günü kimi tanınmasının əhəmiyyətini vurğulamış və BMT üzv dövlətlərini təqdim etdiyi qətnamənin qəbul edilməsinə çağırmışdır.

İclasın sonunda qətnamə yekdilliklə qəbul olunmuşdur.

     Qətnaməyə əsasən, BMT BA Novruz bayramının Şərq və Qərb mədəniyyətlərinin xüsusiyyətlərini, əməkdaşlıq və həmrəylik ideallarını özündə ehtiva etdiyini nəzərə alaraq, dövlətlər arasında bundan sonra da geniş həmrəylik, yüksək hörmət və ehtiramı təşviq etmək məqsədilə, 21 mart tarixinin Novruz Beynəlxalq Günü kimi tanıyır, BMT üzv dövlətlərini Novruz ilə bağlı məlumatlılığın artırılması üçün səy göstərməyə təşviq edir. Eyni zamanda, BMT üzv olan dövlətləri və BMT-ni, xüsusilə onun ixtisaslaşdırılmış orqanlarını, fondlarını, proqramlarını, həmçinin məsələ ilə maraqlanan digər beynəlxalq və regional təşkilatları eləcə də qeyri-hökumət təşkilatlarını Novruz bayramını qeyd edən dövlətlərin təşkil etdiyi təntənəli mərasimlərdə iştirak etməyə dəvət edir. az.trend.az/





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.