"Fələstin uşaqları" şerinin müəllifi Vahid Əlifoğlu » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » "Fələstin uşaqları" şerinin müəllifi Vahid Əlifoğlu
 
 » Xəbərlər » Həftə içi xəbərlər » "Fələstin uşaqları" şerinin müəllifi Vahid Əlifoğlu

     
 
Xəbərlər » Həftə içi xəbərlər: "Fələstin uşaqları" şerinin müəllifi Vahid Əlifoğlu
 
 
Müəllif: Carchi | 25 Fevral 2010 | 12396 dəfə oxunub
http://zeka.az/343-fjljstin-ueaqlard-eerinin-mgjllifi-eair-vahid-zhlifodlu-vjfat-etdi.html

"Fələstin uşaqları" şerinin müəllifi şair Vahid Əlifoğlu vəfat etdi

Acı bir xəbər gəldi: Vahid Əlifoğlu vəfat edib. Hamınızın tanıdığı köşə yazarı Zamin Hacının əmisi olan Vahid gözəl şair idi. O, Füzulidə yaşayırdı. Şairin özü haqda dediyi tərcümeyi-halından

- Mən 1952-ci il aprelin 2-də Füzuli rayonunun Seyidəhmədli kəndində müəllim ailəsində anadan olmuşam. İnşaat İnstitutunu qurtarmışam. Ən çox tikinti idarələrində fəhlə işləmişəm. Füzulidə hamı təəccüb qalırdı ki, ali təhsilli mühəndis gedib fəhlə, çilingər, rəngsaz işləyir. Yeməyi kağıza bükürdüm, gedirdim rayonda paltarımı dəyişirdim, uşaqlara qoşulub işləyirdim. Deyirdilər ki, sən "injiner" adamsan, sən vəzifədə olmalısan, sənə nə düşüb ki, gəlib fəhlə işləyirsən.

Mənim həyatımda elə də çox qeyri-adi heç nə yoxdur. Adi kənd adamıyam. Şerə, yaradıcılığa qalanda, Bakı səviyyəsinə hardasa 80-cı illərin ortalarında çıxmışam. 1985-ci, ya da 1986-cı ildə xalq şairi Bəxtiyar Vahabzadə "Ulduz" jurnalında mənə "Uğurlu yol" yazıb. Ondan sonra da uşaqlar sağ olsunlar, yaxşı kömək ediblər. "Ulduz" jurnalında Ələkbər Salahzadə mənim çox şerlərimi verib. Sonra "Gənclik" jurnalında. Sonra da Aqil Abbas "Ədalət" qəzetində. Cəmi-cümlətanı da 3 kitabım çıxıb indiyədək. 1997, 2001 və 2004-cü illərdə. Birinci kitabımın adı "Çadırda yazılan şerlər"dir, ikinci "Mən çadırda doğulmamışam", üçüncü isə "Əhatə dairəsindən kənarda" adlanır. Dördüncünün də əlyazması hazırdır, amma heyf ki, pul yoxdur. Şairin şerindən bir parca:

FƏLƏSTİN UŞAQLARI

... Uşaq atasından güclü

heç kimi bilməz.

Atalarının

Bir barmaq qurşun önündə,

Nə qədər aciz olduğunu

Öz gözləri ilə gördülər.

Beşikdən tank olmaz,

Yüyrükdən təyyarə.

Gülləyə atılan ilan kimi,

Qaldılar qıvrıla-qıvrıla,

Qaynar qumun üstündə-

Fələstin uşaqları...





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 2
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.