Nə ücün qadınlar örtünməlidir? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Nə ücün qadınlar örtünməlidir?
 
 » Din » Əxlaq » Nə ücün qadınlar örtünməlidir?

     
 
Din » Əxlaq: Nə ücün qadınlar örtünməlidir?
 
 
Müəllif: Abdullah | 26 Fevral 2010 | 12840 dəfə oxunub
http://zeka.az/348-nj-gcgn-qaddnlar-grtgnmjlidir.html

Nə ücün qadınlar örtünməlidir?

   Bu gün cəmiyyətimizin ən böyük problemlərindən olan iffətsizliyin, günü-gündən artması təbəqəsindən, vəzifəsindən və irqindən asılı olmayaraq hər bir insanın dərdidir. Planlı şəkildə xalqımızın arasında əxlaqsızlığın və mənəviyyatsızlığın yayılması hər birimiz  üçün danılmaz bir həqiqətdir. Görəsən bu həqiqətə göz yummağımızın özü də bir həqiqətdirmi? Əgər bəzi insanların soyunub açıq-saçıq gəzməyi  mədəniyyət kimi qəbul etmələrini  Allah da qəbul etsəydi, o zaman heyvanlar aləmi çılpaq gəzdiklərinə görə ən mədəniyyətli varlıqlar hesab olardılar. Demək bu belə deyilsə bəs nədir? Unutmamalıyıq ki, əxlaqsızlıq bir növ ictimai xəstəlikdir və hamı bilməlidir ki, bu xəstəliyə qarşı mübarizə aparılmadığı təqdirdə hər bir şəxsin ailə üzvlərinin, yaxın adamlarının buna yoluxması qaçılmaz bir işdir. Bu gün əksər insanların cəmiyyəti bürüyən bu epidemiyaya qarşı elmi-tərbiyəvi mübarizə aparmaması çox maraqlıdır. Əgər cəmiyyətimizdə hər hansı bir açıq-saçıq geyimə yol verən insandan soruşsaq ki, səni kim yaradıb? Şübhəsiz deyəcək ki, Allah. Əgər desən ki, səni yaradan Allah sənə açıq-saçıq geyinməyi müqəddəs hesab etdiyin Quran - Kərimdə qadağan edib, o zaman da qəbul etmirsə buna nə ad vermək olar? Allah-Taala  “ Bəqərə “ surəsinin 223-cü ayəsində buyurur: “ Qadınlar sizin tarlalarınızdır…” Allah bu ayədə insanlara bir neçə nöqtəni çatdırır ki, onlardan biri də budur: Təsəvvür edin ki, bir nəfərin  əkin tarlası var. O həmin  tarlada əkin(arpa, buğda və ya pomidor, kartof, soğan və s. kimi) nemətlər əkib, amma o tarlanın dörd bir tərəfini hasar və ya örtüklə bağlamayıb, açıq-saçıq saxlayıb. Sizcə həmin şəxs o tarladan istədiyi bəhrəni götürə bilərmi?  Yaxud o tarlanın açıq qaldığı halda keyfiyyətli məhsul verəcəyinə əmin ola bilərmi? Əlbəttə ki, nə əmin olacaq, nə də istədiyi bəhrəni götürə bilməyəcək. Çünki istədiyi bəhrəni götürməsi üçün əvvəl o tarlanı insanların gediş-gəlişindən, heyvanların o tarlaya girib əkini yeyib tapdalamasından, bir sözlə zəhməti bada verən bütün amillərdən qorumaqdan ötrü o əkin tarlasını bir şeylə hasara çəkib bağlamalıdır. Məhz bu halda istədiyi bəhrəni götürəcəkdir. Allahın da qadınlar əkin tarlanızdır deməsində  məqsədi elə budur ki, qadın öz ayıb yerlərini örtsün, özünü ona aid olmayan naməhrəm kişilərdən qorusun və ailə həyatı qurmuşsa özünü həyat yoldaşına aid etsin. Yox əgər ailə qurmayıbsa, yenə də ayıb yerlərini örtməklə özünü, ismətini, abır-həyasını qoruyub cəmiyyətdə öz iffəti və namusu ilə seçilsin. Əgər belə olsa o zaman o qadın həyata gözəl və təqvalı bəhrələr verəcək. O qadının batinində öz qidası ilə, həmçinin əxlaqı və düşüncələri ilə həyata gətirdiyi övladlar xalqa və millətə arxa olmaqla bərabər, cəmiyyətin və insanların ən sevimlisinə çevriləcəkdir. Elm və texnologiyanın inkişaf etdiyi bu dövrdə bəzi mütərəqqi hesab edilən qərb ölkələrində yüksək statistik rəqəmlərlə göstərilən zorlama halları adamı dəhşətə gətirir. Nə qədər ki, dünyaya insanların şəhvət və ehtirasları hökmranlıq edir, heç vaxt namus, qeyrət və əmin-amanlıqdan söhbət gedə bilməz. Şübhə yoxdur ki, çılpaqlıq və açıq-saçıqlıq məsələsi əsrimizin mənəvi dəhşətli hadisəsinə çevrilmişdir. Gec-tez bu hadisə ümumdünya səviyyəsində böyük bir problem kimi qəbul ediləcək. Danılmaz bir faktdır ki, bu bəlanı dünyaya yayan Qərb ölkələridir. Əgər bizlər buna göz yumub Qərbin ardınca getsək, həm Allah qarşısında məsuliyyət daşıyıb hesabını verəcəyik, həm də əsrlər boyu ata - babalardan bizə gəlib çatan milli və mənəvi dəyərləri itirmiş olacağıq. Onu unutmamalıyıq ki, bizim mədəniyyət və mentalitetimizdə çılpaq gəzmək, açıq-saçıqlığa zərrəcən yol vermək olmayıb, millətimizin əsrlər boyu kişi və qadınları tariximizin səhifələrində dünyaya öz sözlərini deyiblər. Çalışaq ki, keçmişimizi unutmayaq. Keçmişini unudan heç bir gələcəyə sahib ola bilməz, o keçmiş ki, bizlərə Nəbilər, Koroğlular, Şah İsmayıl kimi 14 yaşlı hökmdarlar, eyni zamanda, Həcərlər, Nigarlar və s. ismətli, həyalı, qeyrətli və namuslu şəxsiyyətlər bəxş etmişdir. İndi bizə nə olub ki, biz min illərdən bəri qoruyub saxladığımız keçmişi, az bir müddətdə tanıdığımız qərb ölkələrinin mədəniyyət adlandırdıqları  mədəniyyətsizliklə dəyişək? Məgər min illik mənəviyyat tariximiz, az bir müddətdə tanıdığımız qərbə qurban veriləsi tarixdirmi? Məgər əsrlərdən gələn mənəviyyatımızın qiyməti bir soyunmaq qədərdirmi? Onu da qeyd etməyi özümə borc bilib bir tarixi hadisəni nəzərinizə çatdırmaq istəyirəm . “ Avropa Mədəniyyəti “ adlı kitabda qeyd olunur: “ 1932-ci ildə Belçikanın Sefaa şəhərində 28 ölkənin qatılması ilə gözəllik müsabiqəsi keçirilir. Bu gözəllik müsabiqəsində Kerman Haris adlı bir türk qızı da iştirak edir. Günlərlə davam edən yarışmada qızlar camaatın gözü önündən keçib baxışları, gülüşləri və yerişləri ilə səs yığmağa çalışdılar. Sonda münsiflər heyəti səsi toplamaq üçün başqa otağa keçdilər. Bu zaman jüri başqanı səhnəyə çıxıb mikrofona yaxınlaşıb belə dedi: - Hörmətli toplantı iştirakçıları 14 əsrdir ki, dünya üzərində öz hakimiyyətini sürdürən İslamiyyəti artıq, Avropa xristianları bitirmişdir. Bir zamanlar, hətta küçəni qəfəs arxasından seyr edən müsəlman qadını – türk gözəli çıl-cılpaq alt geyimləri ilə qarşımızdadır. Bir zamanlar Fransada tans oynamağa müdaxilə edən Sultan Süleymanın nəvəsi hal-hazırda çimərlik geyimində özünü bizə bəyəndirmək istəyir. Biz də bu qızı bəyənib müsəlmanların gələcəyinin belə olması xatirinə bu türk gözəlini dünya gözəli seçirik. Baxmayaraq ki, müsabiqədə bundan da gözəlləri var,  amma biz bunu seçib, badələrimizi Avropanın zəfəri üçün qaldırırıq “. Bu da Avropanın biz müsəlmanlara qarşı olan məqsədi və məramı. Sonda demək istəyirəm ki, əziz müsəlman Ana və bacılarımız! Çalışın ayrı millətlərin, başqa dövlətlərin geyimlərinə, hiylələrinə uymayın! Onlar Allah barədə hələ bir qənaətə gələ bilməyib, tərəddüdlə yaşadıqları halda, bizlər bir gün yanına dönüb hesab verəcəyimiz Allahı unutmayaq. Öz millətimizə, milli mentalitetimizə sadiq olub, Allaha qulaq asıb özünüzü naməhrəmlərdən örtün! Həqiqətən bu örtük sizləri cəhənnəm odundan qoruyan bir vasitə olacaq İnşaalah.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 10)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 3
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.