Qul oluram » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Poeziya » Qul oluram
 
 » İstirahət » Poeziya » Qul oluram

     
 
İstirahət » Poeziya: Qul oluram
 
 
Müəllif: Abdullah | 27 Fevral 2010 | 12221 dəfə oxunub
http://zeka.az/349-qul-oluram.html

Qul oluram

Demə yaşlandı bu, hər gün bükülən bel oluram.

Nə qədər bel bükülür, bir o qədər qul oluram.

 

Yatıram hər gecə niyyətlə ki, Rəbbim  qəbul etsin

Onda ki, yatmayıram, niyyəti məqbul oluram.

 

Sanma bülbüllə gülün dastanı çox yaddı mənə

Hansı sübh bülbül azançımsa mən ilk gül oluram.

 

Gər ola bilməyirəm bülbülə avazda rəqib,

Bir namaz əhli olub qul kimi yüngül oluram.

 

Uçuram göylər ilə Rəbbimi etdikcə zikr

Enirəm onda ki, dünya ilə məşğul oluram.

 

Birinin çəkdiyi car çəkdiyi xərcdən çox olur

Sayılır amma ki, ehsan yiyəsi, lal oluram.

 

Yaşayır hamı Qiyamət gününün elmi ilə

Yaşamır amma ki, tövbəylə, məəttəl oluram.

 

Elə ki, qəlb düşünür cənnəti, ruhum alışır

Hər cəhənnəm yada düşdükcə sönüb kül oluram

 

Nə əzabdan əmin oldum, nə də rəhmətdən ümidsiz

Hər yeni kəlməsi Allaha təvəkkül oluram.

Altay Cəmil





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 11
Robot: 1
Qonaq: 10
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.