İnternet istifadəçilərinin sayı yarım milyardı keçəcək » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » İnternet istifadəçilərinin sayı yarım milyardı keçəcək
 
 » Xəbərlər » Həftə içi xəbərlər » İnternet istifadəçilərinin sayı yarım milyardı keçəcək

     
 
Xəbərlər » Həftə içi xəbərlər: İnternet istifadəçilərinin sayı yarım milyardı keçəcək
 
 
Müəllif: Carchi | 2 Mart 2010 | 12240 dəfə oxunub
http://zeka.az/352-dnternet-istifadjgiljrinin-sayd-yardm-milyardd-kegjcjk.html

İnternet istifadəçilərinin sayı yarım milyardı keçəcək

2014-cü ilə kimi sürətli internet istifadəçilərinin sayı 44 milyondan 106 milyonadək artacaq    

Yaxın 4 il ərzində internetə genişzolaqlı çıxış abunəçilərinin sayı 20 faiz artaraq 501 milyona çatacaq. Bu barədə “ABI Research” tədqiqat şirkətinin yeni hesabatında bildirilir. Sürətli internet abunəçilərinin artım tempinə “triple-play” (telefon, internet və televiziyanın bir araya gətirilməsi) xidmətlərinin geniş tətbiqi və abunəçi haqqının ləğv olunması güclü təkan verəcək.

Ümumi olaraq dünya üzrə ötən ilin yekunlarına görə stasionar genişzolaqlı çıxış abunəçilərinin sayı 422 milyon təşkil edirdi ki, bu 2008-ci ildən 8 faiz artıqdır. Analitiklər hesab edir ki, burada da genişzolaqlı internet istifadəçilərinin artımı “triple-play” xidmətlərinin geniş tətbiqi və rəqabətin artmasına görə qiymətlərin enməsi ilə bağlıdır.

Statistik məlumatlara əsasən, hazırda internet abunəçilərinin 65 faizi DSL, 25 faizi - kabel, 10 faizi isə optik-lif qoşulma vasitələrindən istifadə edir. Bu qoşulma növləri arasında ən sürətlə artanı isə məhz sonuncu, yəni optik-lif qoşulma olacaq. Həmin texnologiya üzrə internetə qoşulan abunəçilərin 2014-cü ilə kimi sayı 44 milyondan 106 milyonadək artacaq. ANS





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.