Mənsur Həllac » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Mənsur Həllac
 
 » Elm və mədəniyyət » Dahilər » Mənsur Həllac

     
 
Elm və mədəniyyət » Dahilər: Mənsur Həllac
 
 
Müəllif: Zaur | 4 Mart 2010 | 13305 dəfə oxunub
http://zeka.az/355-mjnsur-hjllac.html

Mənsur Həllac

   Təsəvvüf aləminin ilk şəhidi Hüseyn ibn Mənsur Həllac böyük sufilərdən sayılır. Atasının adı Mənsur olduğu üçün onu Mənsur, pambıq darayan olduğu üçün Həllac, kəramətlər göstərdiyi üçün isə Həllac-Əl-Əsrar (yəni sirlər pambığının darayıcısı) adlandırmışlar. Hicrətin 244-cü (866) ilində İraqın cənubunda “ Bəyza “ da doğulmuşdu. On iki yaşında Qurani-Kərimi əzbərləyərək ona təfsirlər yazıb. On səkkiz yaşında Səhl ibn Tüstəridən, iyirmi yaşında isə Həsən Bəsridən dərs almışdır. Abidlər xanəgahında isə Əbu Osman Məkkinin əli ilə təsəvvüf xirqəsi geyinmiş və özü təriqət piri olmuşdur. Həllacın mühüm işlərindən biri bu idi ki, sufilərin rəmz və sirr ilə dediklərini o, açıq-aydın deyərdi və buna görə də təqiblərə məruz qalaraq səkkiz il zindanda işgəncələr görmüş, nəticədə asılmış və dərisi soyularaq hicrətin 309-cu (923) ilində zilqədə ayının 18-də 64 yaşında öldürülmüşdür. Mənsur  insanlara əvvəldən söylədiyi şəkildə edam edildi. Əvvəlcə ayaqları və əlləri kəsildi, sonra dili və başı. Cəsədi yandırıldı, külü Dəclə çayına səpildi. Dəclənin suları coşdu, Bağdadı basmaq üzrə olanda Mənsurun müridlərindən biri onun xirqəsini çayın qabağına atdı. Çay məcrasına qayıtdı. İnsanlar bunu heyrətlə biri-birinə danışdı, amma səbəbini bilən olmadı. Mənsur Həllac bu hadisənin baş verəcəyini müridlərinə danışıb, fəlakətin qarşısını necə almağı öyrətmişdi. Bu da İlahinin sirlərindən biridir. Bəlkə də Mənsurun çaya səpilmiş külünün “ Ənəl-Həqq ” pıçıltısına onun xirqəsinin eyni məntiqlə cavabı idi suları ram edən.

   İlk şəxsdir ki, “ Ənəl Həqq ” (Mən Haqqam) sözünü işlətmişdir.  İlk dəf bu söz Həllacın ” Kitab- ət - Təvasin ” əsərinin fəsillərinin birində verilmişdi. Elə həmin mənbəyə əsasən bu söz geniş kütləyə çatmışdır. Sözün mənası zahirən “ Mən Haqqam ” (Allaham) anlamını verir, əslində isə həqiqi açıqlaması belədir: “ Mən yoxam, Haqq vardır ”. İmam Rəbbani  “ Məktubat ” əsərinin 2-ci cildindəki 44-cü məktubunda bu mənanı belə açıqlayır: “ Mənsur Həllacın “ Ənəl Həqq ” deməsi “ Mən Haqqam, Haqq-Təala ilə birləşdim ”  demək deyil. Belə düşüncəli insanlar kafir sayılır. Onun sözünün mənası  ” Mən yoxam. Var olan Həqq-Təaladır ” deməkdir. Sufilər hər şeyi Allahın adlarının və sifətlərinin görünüşü, aynası bilir. Zatın bunlara birləşməsini,  özündə dəyişiklik olmasını söyləməzlər. Məsələn, insanın kölgəsi özündən hasil olur, kölgə həmin adamla birləşməz, o kölgə adamın eynidir demək olmaz. O insanı sevən kəs kölgəsini görməz, ondan başqa bir şeyə baxmaz. Yalnız onu deyər ki, kölgə insandır. Şəriətin dediyi: “Hər şey Ondandır“ kəlməsi dərvişin “Ənəl-Həqq” sözü ilə oxşardır”.

     İbn Ərəbi yazır: “ Həllacın məstliyi o həddə çatmışdır ki, dərisi soyulanda onun qanı yerdə Allah-Allah kəlməsi yazmışdı. Necə ki, Züleyxa öz barmağını bıçaqla kəsdikdə onun qanı Yusif kəlməsi yazmışdı ”. Bir qrup şəxslər (İbn Xəldun, Cuyini, Qəzvini) onu kafir, digərləri (Seyid Mürtəza, İbn Tufeyl, Nəsrəddin Tusi, İmam Qəzali) isə övliya hesab edirlər. Deyilənə görə gündə min rükətə yaxın nafilə namazı qılırmış.

    Yazırlar ki, Hind əhli onu Əbül-Muğis, Çin əhli Əbül-Muin, Xorasan əhli Əbül-Mehr, Fars əhli Əbu Əbdullah-əz- Zahid, Xuzistan əhli onu Həllacul-əsrar, Bəsrə əhli isə Müxbir adlandırmışlar. 

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 68
 (səs sayı: 5)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.