Qəlbindən xəbərsiz Qurana iman gətirənlər » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Qəlbindən xəbərsiz Qurana iman gətirənlər
 
 » Din » Əxlaq » Qəlbindən xəbərsiz Qurana iman gətirənlər

     
 
Din » Əxlaq: Qəlbindən xəbərsiz Qurana iman gətirənlər
 
 
Müəllif: Abdullah | 6 Mart 2010 | 12741 dəfə oxunub
http://zeka.az/358-qjlbindjn-xjbjrsiz-qurana-iman-gjtirjnljr.html

Qəlbindən xəbərsiz Qurana iman gətirənlər

     Bir gün Allah tərəfindən peyğəmbərə buyuruldu: “Ya peyğəmbər tezliklə sənin ümmətin fitnələrə giriftar olacaq, o zaman çıxış yolu nədədir? - deyə soruşanlara denən ki, Allahın əziz kitabı. Batilin nə öndən nə də arxadan yol tapa bilmədiyi, öyülən alim ALLAH tərəfindən nazil olan bir kitab. Elmi Qurandan qeyri yerdə axtaran hər kimsəni ALLAH azdırar”. Təfsirul-Əyyaşi cild 1, səh. 6, hədis 11.

     Qurani-Kərim nazil olmağa başladığı zaman, bütün aləm qaranlıqlar içində itib batırdı, insanlar yollarını azmışdılar əqidə deyilən bir şey yox idi. Bütlərə ibadət edirdilər, keçmiş Peyğəmbərlərin gətirdikləri dindən əsər-əlamət qalmamışdı. Hər tərəfdə haqsızlıqlar baş qaldırmışdı, bir sözlə qəlblər qaralıb insanları məhvə aparırdı. Məhz belə bir anda Allah-Taala yenə də bu dünyaya son səmavi kitabını nazil etdi və bu kitabda bizlərə Özünün varlığını, bənzərsizliyini, eləcə də, keçmiş Peyğəmbərlərin həyatını, ibadətlər, əxlaq və axirət barədə xəbərlərini çatdırdı.

     Qurani-Kərim bütün insanlara öyüd, dərdli könüllərə şəfa, Allahdan qorxanlar ücün hidayət mənbəyidir. Müsəlmanlara mərhəmət bəxş edən, doğrunu-yalandan, düzü-əyridən, haqqı-nahaqdan ayıran çox incə mətləbləri aşkar edən hikmətlə dolu bir kitabdır. Elm və təfəkkürə böyük qiymət verən bu Quran, insanlığa işıq saçıb dünyanın müxtəlif yerlərində mədəniyyətlər vücuda gətirib, insanlığı maddi və mənəvi cəhətlər baxımından yüksəltmişdir.

     Mizanul-hikmət kitabında Əli (ə) buyurur:

     “Allahın kitabını öyrənin, çünkü o sözlərin ən yaxşısı, öyüdlərin ən aydınıdır.

     Quranı başa düşün, cünkü o qəlblərin baharıdır.

     Onun nurunda şəfa axtarın, cünkü o sinələrdəki xəstəliklərə şəfa verəndir.

     Onu yaxşı oxuyun, cünkü o ən yaxşı əhvalatdır.”

     Çox qəribə və ağlamalıdır ki, belə bir kitaba sahib olduğumuz halda, nə ücün biz bu kitaba üz tutub ona tabe olmuruq? Axı hansı fikirlərdir ki, bizi hər an şəfa və məsləhət verən Qurandan uzaq salıb? Nəticədə insanlar Allahı unudub, Allah qorxusunu qəlblərindən çıxarıblar. Allahın qapısı bu dünyada hər an insanların üzünə açıqkən, insanlar bağlı qapıları döyməklə məşğuldurlar.

Allah-Taala deyir: “Mənə ibadət edin, Məndən qorxun”. Amma insanlar Allahı unudub özləri kimi nütfədən yaranan insandan qorxur və həya edir. Bir gün qəfil gələn ölümüylə Allaha qayıdıb hesab verəcəyini ağlına belə gətirmir. Bütün bunların cavabı budur ki, insanlar Qurandan üz döndərib axirəti unudub dünyaya məhəbbət bağlayıblar. Bu dünya kimi özündə əbədi saxlayıb ki, insanlar bu qədər dünyaya bağlıdırlar. Həqiqətlər göz qabağındadır ki, bu gün cəmiyyətimiz biri-birinə laqeyid görsənir, bir birindən uzaqlaşırlar. Həqiqətdə də Qurandan başqa hər şeyə sahibik, amma sahib olduqlarımız dünya malından, söz-söhbətlərimiz, düşündüklərimiz ev tikmək, avtomobil almaq, yağlı yemək, isti geyinməkdən başqa bir şey deyil. Amma axirəti unutmuşuq, düşünmürük ki, ev lazımdır amma burada qalacaq, bəs axirət evimiz? Bəli təbii ki, hava soyuqdursa isti qalın geyim lazımdır, Amma bir gün bizi nazik bir kəfənə büküb daşıyıb soyuq, nəm, qaranlıq və dar bir qəbrə qoyub qayıdacaqlar, kimlər edəcək bunu? Sevdiklərimiz, bağlandıqlarımız, hamıdan çox sevdiyimiz evladlarımız yaxın qohum və dostlarımız. Hər şeyin öz həddi var, nədən biz dünyanı tutub, axirəti əldən verək?

     Əli (ə) Nəhcül-bəlağədə buyurur: “Dünya və axirət biri-birinə zidd iki düşməndir. Buna görə də dünyanı sevib ona ürək bağlayan kimsə, axirətə düşmən olacaq. Bu iki şey şərqlə-qərb kimidirlər ki, onların arasında yol gedən şəxs biri-birinə nə qədər yaxınlaşsa, digərindən uzaqlaşar.”

     Əgər insanlar Quranı olduğu kimi qəbul edib ona tam şəkildə iman gətirsələr, həm bu dünya həm də axirət gözəlliklərini  qazanmış olarlar. Amma əfsuslar olsun ki, Qurandan bir ayə, bir kəlmə belə bilməyən, Qurana əlifba kitabı qədər də qiymət qoymayan insan deyir kitabım qurandır və ya Quranı müqəddəs sayır. Amma əslində bu etiraf, adətdən və ya cəmiyyətin dilində olan vərdişdən başqa bir şey deyil.

     Allah bizləri Qurana həqiqi iman edənlərdən qərar versin, AMİN!

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.