Peyğəmbərin karikaturasını dərc edən qəzet üzr istədi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Peyğəmbərin karikaturasını dərc edən qəzet üzr istədi
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Peyğəmbərin karikaturasını dərc edən qəzet üzr istədi

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Peyğəmbərin karikaturasını dərc edən qəzet üzr istədi
 
 
Müəllif: Carchi | 10 Mart 2010 | 12304 dəfə oxunub
http://zeka.az/361-mjhjmmjd-peydjmbjrin-karikaturasdnd-djrc-edjn-qjzet-gzr-istjdi.html

Məhəmməd peyğəmbərin karikaturasını dərc edən qəzet üzr istədi

Danimarkanın “Politiken” qəzeti Məhəmməd peyğəmbərin karikaturasını dərc etdiyinə görə üzr istəyib.

Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, qəzet peyğəmbərin karikaturasının dərcinə görə onunla mübarizə aparan müsəlman ictimai təşkilatları ilə də barışıq razılaşması imzalayıb.

Bu ictimai təşkilatlarda “Politiken” qəzetinin 90 min abunəçisi var və onlar Məhəmməd peyğəmərin karikaturasının dərc edilməsindən sonra abunə olmaqdan imtina etmişdilər.

“Politiken” rəhbərliyi bu gün bəyan edib ki, Məhəmməd peyğəmbərin karikaturasının dərc olunması qərarı qəzetin xəbər siyasətinin tərkib hissəsi olub və redaksiyanın mövqeyini əks etdirmir. Təhqirə görə müsəlmanlardan üzr istəyən qəzet ümumiyyətlə, karikatura dərc etmək hüququndan da imtina etmədiyini bildirib.

Ancaq “Politiken” müsəlmanlardan üzr istədiyinə görə digər Danimarka qəzetləri, o cümlədən Danimarka Jurnalistlərinin Milli Birliyi tərəfindən sərt tənqidə məruz qalıb. “Politiken”i tənqid edənlər hesab edirlər ki, bu qəzet söz azadlığı uğrunda mübarizədən geri çəkilib?! LENT.AZ





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.