İntihar » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » İntihar
 
 » Sağlamlıq » Psixologiya » İntihar

     
 
Sağlamlıq » Psixologiya: İntihar
 
 
Müəllif: Zaur | 11 Mart 2010 | 13097 dəfə oxunub
http://zeka.az/362-dntihar.html

                                                                      İntihar

      İntihar – acı və faciəvi bir reallıq. İstəyimizdən asılı olmayaraq yüzlərlə insan dünyada öz həyatına son qoyur. İntihara bəşəri xəstəlik də desək yanılmarıq. Çünki o qədim tarixə malikdir və onun tam qarşısını alan bəşəri qüvvələr yox dərəcəsində sayılır. Yalnız İlahi təlim-tərbiyə üsulu onun qarşısını almağa qadirdir.

      İntihar həm də geniş mənfi təsirlərə malik psixoloji və sosial-psixoloji problemdir. Onun baş verməsi ətrafdakı insanlara sarsıdıcı psixoloji zərbələr endirir. Onları həyəcanlandırır, narahat  edir.

      İntiharın baş vermə səbəblərini və onların qarşısının alınması mexanizmini işləyib hazırlamaq müasir elm adamlarına, tibb mütəxəssislərinə nəsib olmayıb. Ona görə də, mütəxəssislər əsasən intiharı təsnifləməklə və təhlil etməklə məşğul olurlar.

      Öncə neçə növ intihar olduğunu dəqiqləşdirmək lazımdır. İntiharların tarixi və başvermə prinsipləri göstərir ki, onlar əsasən, üç  – “ şəxsi ”, “ sosial ” və“ psixoloji ” formalarda baş verir. 

                                                                 Şəxsi intihar

      Şəxsi intihar insanın şəxsi həyatındakı faciəni, kədərli prosesləri və bununla əlaqədar yaranan sarsıdıcı mənəvi hissləri əhatə edir. Güclü şəxsi faciələr. Ailədaxili münaqişələr, yaxın adamların itirilməsi, məhəbbətdə uğursuzluq məhz, şəxsi intiharların yaranmasına səbəb olur. Bu cür intiharları təhlil etmək mümkündür, yəni onların şəxsi həyatla bağlı məlum səbəbləri hamımıza bəlli olur.

                                                                 Sosial intihar

      Sosial intihar insanların sırf sosial problemləri və münasibətləri ilə bağlı olur. Güclü uğursuzluq, vəzifədən çıxarılma, maddi çətinliklər, cəmiyyətdəki sosial ədalətsizliklərlə barışmamaq kimi hallarda sosial intihar reallığa çevrilir. Bu cür intiharlar keçid dövründə olan ölkələrdə daha çox dəbdə olur. Azərbaycanda da bu cür intiharlar baş verir. Xüsusilə də, maddi çətinliklərdən yaranan intihar hallarına tez-tez rast gəlinir. Sosial intiharın da əsas yaranma səbəbləri bəlli olur.

                                                                Psixoloji intihar

      Psixoloji intihar çox qəribə və anlaşılmaz intihardır. Psixoloji intihar mütəmadi, təkrarlanan və daha ağır sarsıdıcı psixi problemlərin real nəticəsi kimi meydana çıxır. Elə ona görə. Şəxsi və sosial intiharlardan fərqli olaraq, psixoloji intiharların əsas səbəbləri çox vaxt bəlli olmur. Əslində, psixoloji intihara düçar olan şəxs də əsas səbəbləri dərindən anlamır, çünki psixi stresslər, təlatümlü mənəviyyat həmin şəxsi çox acınacaqlı vəziyyətə salır. Nəticədə, fərdin yaşamaq maraqları, onun yaşamaq uğrunda mübarizəsi heçə enir.

       Psixoloji intiharları sırf psixi xəstəliklər kimi qəbul etmək mümkündür. Psixoloji intihar cəmiyyətdə ən çox yayılandır. Lakin şəxsi və sosial intiharlardan fərqli olaraq, psixoloji intiharların qarşısını almaq qismən mümkün olur. Burada dəyişmiş şərait, təsadüfi hadisələr, şəxsin fərdi iradəsi köməyə gələ bilir. 

        Burada bir ümumi yanaşmanı qeyd etmək lazımdır: bütün intiharlar mahiyyət, başvermə xüsusiyyətləri və daxili funksiyaları baxımından psixi xəstəliklərin nəticəsi kimi qəbul oluna bilər. İntiharı yaradan səbəblər müxtəlif olsa da. Onun yaranma və həyata keçmə mexanizmi artıq sağlam psixikanın məhsulu ola bilməz. Real səbəblərdən və uzun müddətli sarsıdıcı proseslərdən sonra yalnız artıq zədələnmiş, xəstələnmiş psixika öz orqanizminin məhvinə qərar verə bilər. Hər hansı formada intihar hadisəsi sağlam insanın əməli ola bilməz. Psixikada tənzimlənməyən, idarə olunmayan psixi, anormal proseslər tamamilə yaranan zaman məlum şəxsin yaşamamaq, məhv olmaq istəyi – intihar hadisəsi baş verir. Deməli, intihar – birbaşa real nəticə olan sarsıdıcı və sonu bəlli olan psixi xəstəlikdir.

                                         İndi isə diqqətinizə bəzi statistik məlumatları çatdırırıq:                                                         

        ANSPRESS bildirir ki, üç il əvvəl,  2007-ci ildə Azərbaycan intihar göstəricisinə görə dünya üzrə ən yaxşı vəziyyətdə idi. «Reuters» agentliyinin məlumatına görə, həmin il Azərbaycanda 100 min adama düşən intihar sayı 1-ə bərabər olmuşdu. Yəni ölkə üzrə, təxminən, 80 intihar hadisəsi qeydə alınmışdı. Amma sonrakı illər vəziyyət xeyli dərəcədə ağırlaşıb. Rəsmi dairələr ölkə üzrə intihar sayının artdığını etiraf edirlər və baş verənin günahını müxtəlif yerlərdə axtarırlar. Bəziləri gecə vaxtı telekanallarda qorxu filmlərinin göstərilməsini, bəziləri iqtisadi çətinlikləri əsas səbəb kimi göstərirlər.   Amma dünya təcrübəsi göstərir ki, sadalananlar heç də intihara meylin artmasında əsas rol oynamır və məsələ daha mürəkkəbdir. Dünyada hər 20 saniyədə bir adam özünü öldürür, hər 2 saniyədə bir insan isə intihara uğursuz cəhd edir. İntihar qurbanlarının sayı müharibə və qətl qurbanlarının birgə sayından daha çoxdur.

         Yeniyetmələrin 80 faizi periodik olaraq özünü öldürmək barədə düşünür. Burada uşaqlıqda alınmış mənəvi və fiziki travmalar önəmli rol oynayır. Həmçinin insanın sosial izolyasiyası və psixi problemləri, o cümlədən depressiya da mənfi təsir göstərir. Ancaq çox hallarda intiharların səbəbi qaranlıq qalır. Hələ də aydın olmayan səbəblər üzündən kişilər qadınlardan dörd dəfə çox özlərini öldürürlər. Ancaq qadınlar iki-üç dəfə daha çox intihara cəhd edirlər. Araşdırmalara görə, qeyri-ənənəvi seksual orientasiyalı insanlar ənənəvi orientasiyalı insanlara nisbətən intihara daha çox meyilli olurlar.

        Amerika İntiharı Xəbərdarlıq Fondunun məlumatına görə, intihar cəhdləri daha çox aprel, iyun və iyul aylarında edilir. ABŞ-da və dünyanın bir çox ölkələrində 1970-80-ci illərdə intiharlar, əsasən, bayram günlərində daha çox baş verirdi.

        Din və intihar arasında asılılıq da var. Əksər islam ölkələrində intihar sayı, demək olar ki, sıfıra bərabərdir, təxminən, 100 min adama 0,1 intihar sayı düşür. Əhalisinin daha çox xristianlığa və ya induizmə tapınan ölkələrində intihar səviyyəsi yetərincə yüksəkdir. Xristian dövlətlərindən hər 100 min əhaliyə 11,2 intihar halı, Hindistanda isə uyğun olaraq 9,6 intihar halı düşür.

        Buddist ölkələrdə bu göstərici daha yüksəkdir — 100 min adama 17,6 intihar halı qeydə alınır. Maraqlıdır ki, Çin kimi ateist dövlətlərdə bu göstərici 25,6-ya bərabərdir.

        «Gallup» xidmətinin məlumatları ehtimal etməyə imkan verir ki, ölkə nə qədər dindardırsa, intihar bir elə də az baş verir. Uzun illər boyunca «Gallup» dünyanın bir çox ölkələrində dindarlıq səviyyəsini müəyyən edib. İnsanın nə qədər dindar olmasını müəyyənləşdirmək üçün ona üç sual verilib: «Dini öz həyatının önəmli hissəsi sayırmı?». «Sual verilən həftə kollektiv ibadət yerinə, yəni məbədə gedibmi?». «Öz ölkəsində fəaliyyət göstərən dini qurumlara etibar edirmi?».

                                                                    Nə etməli?

      Hələlik dünyada intiharın qarşısını alan müalicə metodu yoxdur. Lakin köməyə gələn təbii və ali bir qanunauyğunluq mövcuddur, yəni insan öz istəyi ilə doğulmadığı üçün öz istəyi ilə də ölməyə məhkum deyil. Əgər sən bu təbii qanunauyğunluğa tabe olmaq istəmirsənsə, deməli, sənin ölməyin labüddür. Nə edək ki, digər yaşamaq qanunlarımız yoxdur. Olanına da tabe olmalıyıq. 

     Mübarizə apar! Həyatın dibinə düş, başın “ əlhəd” daşlarına dəysin. Sonra özün də bunu anlayacaqsan, digər dünya axtarmağa və cəhənnəmə düşməyə ehtiyac duymayacaqsan.

       Əgər özünlə bacarmırsansa, dünyanı, səni yaradana və öldürənə - Böyük Allaha sığın. Unutma: sənin doğuluşun da, yaşamağın da, ölümün də və deməli, qurtuluşun da Onun əlindədir! Heç olmasa get böyük Allahın kitabını – Quranı oxu. Bil ki, sənə verilən can əmanətdir, sən onu bacardığın qədər qorumalı və əmanəti sahibinə - Allaha layiqli şəkildə geri qaytarmalısan.   

                                                               Allah köməyin olsun!

                                              Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 4)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 3
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.