Azad İsazadə: "Mənəviyyat problemləri..." » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Azad İsazadə: "Mənəviyyat problemləri..."
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Azad İsazadə: "Mənəviyyat problemləri..."

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Azad İsazadə: "Mənəviyyat problemləri..."
 
 
Müəllif: Carchi | 11 Mart 2010 | 12743 dəfə oxunub
http://zeka.az/363-azad-dsazadj-mjnjviyyat-problemljrinin-aradan-qalddrdlmasd-gggn-strategiya-lazdmddr.html

Azad İsazadə: "Mənəviyyat problemlərinin aradan qaldırılması üçün strategiya lazımdır"

"Dindarlardan başqa, cəmiyyətdə narkotik problemi ilə heç kəs məşğul olmur"

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada psixi xəstəliklərin və depressiyaların daim artdığını qeyd edir. Buna səbəb siyasi, iqtisadi, sosial böhranlar, bəzən isə həm də təbii çevrilişlərdir. Bütün bu proseslər Azərbaycan əhalisinə necə təsir göstərir? Bu barədə Turan agentliyinə müsahibəsində məşhur həkim-psixoterapevt Azad İsazadə fikrini bildirir.

Ekspert yuxarıda sadalananlarla yanaşı, cəmiyyətin əxlaqi vəziyyəti və dəyərləri, narkomaniya, orduda cinayətkarlığın artması və s. haqqında suallara cavab verir.

İsazadənin sözlərinə görə, sovet dövründə psixi xəstəliyi və əsəb pozğunluğu olan insanları uçota götürürdülər. İndi nevrozdan əziyyət çəkənlər uçota alınmır. Şizofreniya və digər növ psixi xəstəliklərdən danışsaq, burada statistika o qədər də dəyişməyib. Lakin əsəb pozğunluqlarının həddindən artıq artdığı müşahidə olunur. Depressiyalar get-gedə daha çox yayılır.

ÜST-ün məlumatına görə, tədbir görülməzsə, 2020-ci ilədək depressiya inkişaf etmiş və inkişaf etməmiş ölkələrin iqtisadi həyatını iflic vəziyyətinə salacaq. Dünyada hər il təxminən 150 milyon insan depressiyalar səbəbindən əmək qabiliyyətini itirir və 2020-ci ilədək depressiya bugünki liderləri – infeksion və ürək-damar xəstəliklərini ötüb keçərək, xəstəliklər arasında dünyada birinci yerə keçəcək. Artıq bu gün depressiya qadınların əziyyət çəkdiyi ən çox yayılmış xəstəlikdir. Amerika Psixiatriya Assosiasiyasının məlumatına görə, ABŞ-da 15 mln. nəfər depressiyadan əziyyət çəkir. Digər araşdırmalar depressiv pozğunluqların yayılmasını daha çox qiymətləndirir – qadınlar arasında 26% və kişilər arasında 12%.

Yenə də, ÜST-ün məlumatına görə, hələ bu yaxınlarda depressiya xəstəlikləri ən çox 30-40 yaşlı insanlar arasında yayılmışdı, bu gün isə depressiya kəskin şəkildə «gəncləşib» və daha çox 25 yaşına qədər insanlar arasında yayılıb.

Azad İsazadənin fikrincə, maraqlıdır ki, siyasi, iqtisadi və sosial böhranlar zamanı psixi xəstələrin sayı azalır, amma nevrozlar kəskin şəkildə artır.

Ailədə bu özünü necə göstərir? Cəmiyyətdə problemlərlə üzləşən hər bir ailə üzvü bu mənfi enerjini evinə aparır. İnsan rəhbərliyə deyə bilmədiyini yaxınlarına deyir. Nəticədə, ev rahatlıq və istilik əvəzinə, narahatlıq və anlaşılmazlıq mənbəyinə çevrilir.

ÜST-ün məlumatına görə, planetdə bütün intiharların 45-60%-ni depressiyada olan şəxslər edir. Proqnozlara əsasən, 2020-ci ildə depressiya 1 nömrəli qatil olacaq.

İsazadə orduda intiharların və Silahlı Qüvvələrdə cinayətkarlığın artmasının səbəbləri ilə bağlı şərh verib. Belə ki, çağırış yaşına qədərki gənclər orduya psixoloji hazırlıq keçmir. Bu zaman orduda əlverişsiz şərait haqqında söhbətlər çağırışçıların psixikasına mənfi təsir göstərir.

Əsgərin psixoloji hazırlığı bir neçə mərhələdən ibarət olmalıdır: çağırışa qədər başlamalı və orduda da davam etdirilməlidir. Orduda kifayət qədər peşəkar hərbi psixoloq olmadığını nəzərə alsaq, ikinci mərhələ də həddindən artıq qeyri-peşəkar həyata keçirilir.

Üçüncü mərhələyə – döyüşə psixoloji hazırlığa gəlincə, bu mərhələ çox vaxt ümumiyyətlə həyata keçirilmir. Bu azmış kimi, birinci və ikinci mərhələlərdə işin bir hissəsini zabitlər əsgərlərin öz üzərinə qoyur ki, bu da dedovşina kimi təzahürə və başqa cinayətlərə gətirib çıxarır. Buna görə, çox vaxt gənc əsgərlər depressiyaya düşür və ya aqressiya göstərirlər. Sonuncu halda əsgər digərini döyür və hətta öldürür ki, bu da çox vaxt etirazın ifadəsi və ya rəhbərlik vasitəsilə neytrallaşdırmaq istəmədiyi aqressiv enerjinin çıxarılmasından ibarətdir. Aqressiyadan azad olmağın daha bir variantı intihar etməkdir.

«İntiharların sayının artması həmişə aydın olmur, belə ki, hadisənin təfsilatı barədə obyektiv informasiya olmur: həqiqətən intihar törədilib, yoxsa bu insana həyatı ilə «hesablaşmaq» üçün «kömək» ediblər?», - deyir İsazadə.

Lakin qeyd edək ki, intiharların rəsmi statistikası real vəziyyətdən xeyli fərqlənir, belə ki, statistikada yalnız aşkar hadisələr nəzərə alınır. Heç kim uğursuz intihar cəhdlərini qeydə almır. Proqnozlara əsasən, 2020-ci ildə dünyada intiharların sayı 1.500.000 nəfərə çatacaq.

Yeri gəlmişkən, həddindən artıq doza qəbul etmək kimi intihar üsulu da var, narkoman bu yolla şüurlu şəkildə özünü öldürür. Narkomaniyadan söz düşmüşkən, onun artması və gəncləşməsi Azərbaycanın həddindən artıq ciddi problemidir.

Bu gün narkotikləri çox tez və ucuz əldə etmək olar. Gənclər həyatdan məyusluğunu narkotikdən istifadə ilə dəf edə və gündəlik problemlərdən uzaqlaşa bilir.

İsazadənin fikrincə, bu problemlə hazırda real olaraq din xadimləri məşğul olur və nəticə əldə edirlər. «Dini institutlardan başqa cəmiyyətdə heç kim bununla ciddi məşğul olmur. Bundan başqa, indi tiryək və heroindən istifadə ilə uşaq narkomaniyası aktualdır. Əvvəllər narkomanların ən «gənc» yaşının 14 olduğu hesab olunurdusa, indi bu, artıq 10 yaş hesab olunur.

Bu ümumilikdə mənəvi pozğunluğun nəticəsidirmi?

Boşanmaların sayının artmasını şərh edən İsazadə bildirib ki, əvvəllər boşanma faciə kimi qəbul edilirdi və məzəmmət edilirdi. Bu gün bu, daha çox seçim hüququ və ya hətta əsaslı səbəblərdən problemdən azad olmaqdır. Amma sosial və digər problemlər səbəbindən boşanmalar da az deyil.

Ümumiyyətlə isə, cəmiyyətin ən ciddi problemləri xeyli dərəcədə əxlaqsızlıq və dəyərlərin itirilməsi ilə bağlıdır. Bütün bu proseslərin öyrənilməsi və strategiya hazırlanması üçün ciddi araşdırmalar aparılmalıdır, amma ölkə daha çox mövcud problemlərin aradan qaldırılması üzrə düşünülmüş və məqsədyönlü işə ehtiyac duyur, deyə Azad İsazadə qeyd edib. (Turan)

(www.deyerler.org) 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.