Venera ( Zöhrə və ya Dan ulduzu – Məğrib ulduzu) » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » Venera ( Zöhrə və ya Dan ulduzu – Məğrib ulduzu)
 
 » Din » Əqidə » Venera ( Zöhrə və ya Dan ulduzu – Məğrib ulduzu)

     
 
Din » Əqidə: Venera ( Zöhrə və ya Dan ulduzu – Məğrib ulduzu)
 
 
Müəllif: Zaur | 12 Mart 2010 | 14120 dəfə oxunub
http://zeka.az/364-venera-zghrj-vj-ya-dan-ulduzu-v-mjdrib-ulduzu.html

                                      Venera ( Zöhrə və ya Dan ulduzu – Məğrib ulduzu)

         Venera astronomların dili ilə desək “ Yerin bacısı ” adlanan bir planetdir. Venera Yer və Merkuri arasındakı bir orbitdə Günəşin ətrafında dolanır.

       Veneranı özünəməxsus parlaqlıqla Günəşin batışından sonra səmanın qərbində, Günəşin doğuşundan əvvəl isə səmanın şərqində görürük. Buna görə də bu ulduz iki yerdə müşahidə olunur. Qədim zamanlarda yunanlar onun iki ulduz olduğunu təsəvvür edirdilər, buna görə də ona iki ad vermişlər. Halbuki, o, bir ulduzdur: bəzən ona Dan ulduzu, bəzən isə Məğrib ulduzu deyirlər.

        Venera bir sıra cəhətlərdən Yerə oxşadığı üçün ona Yerin bacısı adını vermişlər. Bu planet həcm və kütləyə görə Yerdən azca kiçikdir, belə ki, onun həcmi Yerin 100/97 (yüzdə doxsan yeddi) həcminə, kütləsi isə Yerin 100/82 (yüzdə səksən iki) kütləsinə bərabərdir. Onun cazibə qüvvəsi isə Yer səthinin cazibə qüvvəsinin 10/9 (onda doqquzuna) bərabərdir.

        Venera (Zöhrə) 224 gün 16 saat 48 dəqiqə müddətində Günəşin ətrafına tam dövr edir.

                                         Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 4)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 3
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.